• 06.01.2025 13:21

Son günlər yayılan virus nədir?

Son günlər yayılan virus nədir?

Xəbər verdiyimiz kimi, Çində yeni təhlükəli virus –  insan metapnevmovirusu (HMPV) sürətlə yayılır. COVID-19 pandemiyasından beş il sonra ortaya çıxan virusun qripəbənzər simptomlarının yarandığı, adətən yuxarı tənəffüs sisteminə, bəzən də aşağı tənəffüs yolu infeksiyalarına səbəb olduğu bildirilir. 

Artıq Çindən sonra Qazaxıstanda və Qırğızıstanda da  HMPV-yə yoluxma faktları qeydə alınıb. Qonşu ölkələr yeni təhlükə ilə bağlı həyəcan təbili çalırlar.

“Qafqazinfo”nun məlumatına görə, hələ ki, sözügedən virusa Azərbaycanda yoluxma halının qeydə alınması ilə bağlı rəsmi məlumat yoxdur.

Ölkənin Səhiyyə Nazirliyi bu il də hər il olduğu kimi, payız-qış mövsümündə rast gəlinən infeksion xəstəliklər, kəskin respirator virus infeksiyaları olduğunu açıqlayıb. Bura qriplə yanaşı, bir neçə növ respirator viruslar daxildir. Qeyd olunur ki, havaların soyuması ilə əlaqədar bu və ya digər viruslar müəyyən qədər artaraq xəstələnmə halları yaradır. Həmin viruslar bütün il boyu mövcud olsa da, soyuq aylarda onların yayılması sürətlənir.

Nazirliyin məlumatında o da qeyd olunur ki, hansısa infeksiyalarda müəyyən dövrlərdə müvəqqəti artım ola bilər: “Lakin bir müddət sonra həmin infeksiya sönür və yerini başqa respirator virus infeksiyasına verir. Hazırda bu gün ölkədə ümumi epidemioloji durum olduqca qənaətbəxşdir”.

Lakin müşahidələr və sosial şəbəkələrdə qripəbənzər virusa yoluxma ilə bağlı məlumatların çoxluğu əhali arasında epidemioloji durumun heç də ürəkaçan olmadığı qənaətini yaradır. Belə ki, həm uşaqlar, həm də böyüklər arasında qripəbənzər virusun yayıldığı və onun ənənəvi qripdən fərqləndiyi qeyd olunur. İddia olunur ki, müalicəyə tabe olmayan bu xəstəliyin əsas əlaməti günlərdir davam edən qızdırma və öskürəkdir. Bəzən qızdırma bir həftəyədək davam edir, şiddətli boğaz və baş ağrıları, ağır öskürəklə müşayiət olunur.

Bəs əhalinin əziyyət çəkdiyi virus nədir? Ondan necə qorunmaq olar?

İnfeksionist Vüqar Cavadzadə saytımıza açıqlamasında son günlər əhali arasında yayılan xəstəliyi qışda artan kəskin respirator infeksiyalarla əlaqələndirir: “Bizdə yayılan virusun insan metapnevmovirusu (HMPV) olub-olmadığını Səhiyyə Nazirliyi açıqlaya bilər. Lakin mən düşünürəm ki, bu hər il qışda yayılan kəskin respirator infeksiyalarla bağlıdır.  Əslində metapnevmovirus digər kəskin respirator infeksiyalarla eyni kliniki əlamətlərə malikdir. Adi qripin özünün müxtəlif serotipləri mövcuddur, onu törədən çox sayda viruslar var”.

Bu yayılan virusun ənənəvi qripdən fərqlənməsinə gəlincə isə, V. Cavadzadə bunu fərdin şəxsi əlamətləri ilə əlaqələndirib: “Hər şəxsdə fərqli əlamətlər qeydə alına bilər. Bu, müxtəlif amillərlə, o cümlədən, həmin insanın xroniki xəstəliyinin olub-olmaması ilə bağlıdır. Hansı şəsdə xroniki xəstəliklər mövcuddursa, bu xəstəlik uzun müddət davam edə bilər”.

İnfeksionist hava-damcı yolu ilə keçən infeksiyalardan qorunmaq üçün maskadan istifadə etməyi, qapalı məkanlardan uzaq durmağı məsləhət görür. Həkimin sözlərinə görə, bütün gigiyenik qaydalara əməl olunmalı, çoxlu maye qəbulu, bol vitaminli qidalar vacibdir. Həmçinin xəstəliyə yoluxmuş şəxsin təcrid olunması da virusun yayılmasının qarşısını ala bilər.

DİGƏR XƏBƏRLƏR

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib. Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib. Müvafiq…
143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar – general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri hökmdən narazıdırlar.…
19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət…
SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib. Proses.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman…
Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Diplomatik fəaliyyətini başa vuran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı “X” hesabında Azərbaycanla bağlı vida paylaşımı edib. Proses.az xəbər verir ki,…
Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub. Bu barədə tanınmış bloger Nail…
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb. Onunla birlikdə RM…
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. Proses.az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə,…
Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. “Qafqazinfo” xəbər verir ki,…
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Yanvarın son günlərində maqnit qasırğaları gözlənilir ki, bu da təkcə insanların rifahına deyil, həm də rabitə vasitələrinin işinə təsir göstərə…
Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət…
Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb. Aktrisanın səhhəti stabil olaraq qalır. Bu barədə Fatma Mahmudovanın…
Hüseyn toyu ilə bağlı açıqlama verdi

Hüseyn toyu ilə bağlı açıqlama verdi

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov toyunun harada olacağını açıqlayıb. Bu barədə bloger izləyicilərinin suallarını cavablandırarkən bildirib. O, “Toy nə vaxtdır”…
Acun ilk dəfə birinci xanımı ilə – FOTO

Acun ilk dəfə birinci xanımı ilə – FOTO

TV8-in rəhbəri Acun Ilıcalı ilk dəfə birinci xanımı Seda Başbuğla foto paylaşıb. O, qızı Banunun ad günündə çəkilən şəkli izləyiciləri…
İqor Kşnyakin kabinədən videosu yayıldı

İqor Kşnyakin kabinədən videosu yayıldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin kabinədən videosu yayılıb. Görüntülərin bir neçə gün əvvəl…