• 06.01.2025 15:36

Elçin Göyçaylı: “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm”

Elçin Göyçaylı: “Mən heç bir qadını fahişəliyə cəlb etməmişəm”

“Son günlər barəmdə yayılan xəbərlər şayiədir. Əgər mən qadınları fahişəliyə cəlb etmişəmsə, niyə azadlıqdayam?”

Proses.az xəbər verir ki, bunu Lent.az-a açıqlamasında müğənni Elçin Göyçaylı deyib. Onun sözlərinə görə, barəsində yayılan bu xəbəri mətbuatdan və yaxınlarından eşidib:

“Həmin Mətanət adlı xanımla Moskvada el şənliklərinin birində tanış olmuşam. Məni məclisə dəvət ediblər, oxuyub qonorarımı almışam. Bütün yaxınlarımın içində biabır olmuşam. Əgər bu işdə mən suçlu olsaydım, indi evimdə yox, həmin qadınla birgə cəzaçəkmə müəssisəsində olardım. Saytlar xəbəri dəqiqləşdirmədən və mənim fikrimi öyrənmədən paylaşıblar. Həmin sayt rəhbəri ilə danışdıqda məndən 300 manat müqabilində xəbəri siləcəyini bildirdi. Mən heç bir qadını əxlaqsızlığa sövq etməmişəm və bu məsələdə mənim adımın hallanması şəxsi, eləcə də iş həyatıma mənfi təsir göstərib. Hər kəs də bilir ki, mən 44 günlük Vətən müharibəsi zamanı vətənpərvərlik mahnıları bəstələyərək ifa etdim. Təkcə mənim “Noldu Paşinyan” adlı mahnım dillər əzbəri oldu. Artıq vəkil tutmuşam və həmin saytları məhkəməyə verəcəyəm”.

Müğənni onu da bildirib ki, bu xəbərin yayılmasının arxasında ona qısqanclıq edənlər durur:

“Təxminən ay yarım bundan qabaq Əhmədli qəsəbəsində evimə gedərkən 3 nəfərin hücumuna məruz qaldım. Onlar mənə ciddi xəsarətlər yetirərək çənəmi sındırdılar. Hüquq-mühafizə orqanları məsələyə həssas yanaşdılar və həmin şəxslər barəsində cinayət işi açıldı. Hazırda Xətai Rayon Məhkəməsində işimiz davam edir. Bu hadisədən sonra barəmdə böhtan xarakterli xəbərlərin yayılması məni heç də təəccübləndirmədi. Ümid edirəm ki, həmin dezinformasiyanı ötürənlər və xəbəri ilk paylaşan saytlar cəzasını alacaq”.

Qeyd edək ki, mətbuatda müğənni Elçin Göyçaylının qadınları Moskvaya apararaq fahişəliyə cəlb etməsi ilə bağlı xəbərlər yayılıb. Belə ki, Rusiyada “Maşa” ləqəbi ilə tanınan Mətanət Məmmədova Moskva şəhərində xeyli sayda icarəyə götürülmüş kafe və restoran işlədib, həmçinin azərbaycanlı müğənnilərin Moskvada kafe və restoranlarda çıxışlarına təşkilatçılıq da edib.

O, 20-yə yaxın azərbaycanlı qadını Moskvada fahişəliyə cəlb etməkdə ittiham olunub. Mətanət Məmmədovanı zərərçəkmiş qadınların bəziləri ilə müğənnilik fəaliyyəti ilə məşğul olan “Elçin Göyçaylı” kimi tanınan şəxsin tanış etməsi də məlum olub. Elçin qadınları yüksək maaş vədi ilə Mətanət Məmmədovanın yanına göndərib. Şahid qismində “Elçin Göyçaylı” ilə duet ortağı olan qadının da məhkəmədə ifadəsi alınıb. Məhkəmənin qərarı ilə Mətanət Məmmədova 2 il müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum olunub. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkəcək.

DİGƏR XƏBƏRLƏR

Prezident sərəncam imzaladı

Prezident sərəncam imzaladı

Doqquz min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirən Davudlu-Binələr-Güvəkənd-Əmirarx-Qaradeyin-Eymur-Ərəbşəki-Ağcaqovaq avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il…
Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı son vəziyyət necədir?

Azərbaycanda qızılca və suçiçəyi ilə bağlı son vəziyyət necədir?

Ölkədə qızılca xəstəliyinə qarşı müalicə-profilaktika müəssisələri tərəfindən peyvənd işləri davam etdirilir. Bu barədə Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən Trend-in sorğusuna…
“Oğlumun adını İlham qoymuşam, nəvəm olsun, onun da adını İlham qoyacağam”

“Oğlumun adını İlham qoymuşam, nəvəm olsun, onun da adını…

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Xocalı rayonunun Ballıca kəndində fərdi evlərin və infrastrukturun bərpası sahəsində görülən işlərlə tanış olub,…
Fuad Muradova 6 il 6 ay həbs verildi

Fuad Muradova 6 il 6 ay həbs verildi

Yeddi nəfəri şantaj etməkdə ittiham edilən Milli Fədailər Hərəkatının qurucusu Fuad Muradovun cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb. “Qafqazinfo”nun…
Nazir Babək İsgəndərovu rəis təyin etdi – FOTO

Nazir Babək İsgəndərovu rəis təyin etdi – FOTO

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Lənkəran müasir penitensiar kompleksinə rəis təyin edilib. Proses.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, ədliyyə naziri Fərid…
Yelena Sidorenko xərçəngə qalib gəlmə sirrini bölüşdü – VİDEO

Yelena Sidorenko xərçəngə qalib gəlmə sirrini bölüşdü – VİDEO

Tanınmış teleaparıcı Yelena Sidorenko xərçəng xəstəliyinə tutulduğunu və qısa müddət sonra sağaldığını açıqlayıb. O, bu barədə sosial şəbəkə hesabında paylaşdığı…
Həbsdə olan bəstəkarla bağlı yeni xəbər: Avropa Məhkəməsi işə qarışdı

Həbsdə olan bəstəkarla bağlı yeni xəbər: Avropa Məhkəməsi işə…

Həbsdə olan tanınmış bəstəkar Tural Bayraməliyev Yenisabah.az-a açıqlama verib. O, həbsi ilə bağlı məhkəmə prosesinin gedişi ilə əlaqədar bildirib ki,…
Krediti olan şəxslərin DİQQƏTİNƏ! Maaşınızı bu cür tənzimləsəniz…

Krediti olan şəxslərin DİQQƏTİNƏ! Maaşınızı bu cür tənzimləsəniz…

Günümüzdə bir çox insan kredit öhdəlikləri ilə yaşayır və bu, maliyyə idarəçiliyini daha da vacib edir. Maaşın düzgün bölünməməsi kredit…
Əməkdar artistin “qırmızı lent” ÜSYANI – VİDEO

Əməkdar artistin “qırmızı lent” ÜSYANI – VİDEO

“Qırmızı kəmər adəti Azərbaycan və bir sıra türk xalqları arasında dərin köklərə malik olan mühüm bir ənənədir. Bu kəmər, gəlinin belinə…
İş yükünün çoxluğu 28 yaşlı bankirin həyatına son qoydu

İş yükünün çoxluğu 28 yaşlı bankirin həyatına son qoydu

ABŞ-ın Dallas şəhərində yaşayan 28 yaşlı bankir Karter Makintoş evində ölü tapılıb. Ölüm səbəbinin narkotik istifadəsi olduğu güman edilir. Dostları…
“Cərimələr artdığına görə 3 ildir maşın sürmürəm” – VİDEO

“Cərimələr artdığına görə 3 ildir maşın sürmürəm” – VİDEO

Müğənni İzzət Bağırov 3 ildir avtomobilini satdığını bildirib. ATV-də yayımlanan “Efirdən Kənar” verilişinə qatılan müğənni bu addımı cərimələrin çoxluğuna görə…
Qətl törədən azərbaycanlı ata-oğulla bağlı yeni QƏRAR

Qətl törədən azərbaycanlı ata-oğulla bağlı yeni QƏRAR

Rusiyanın Moskva şəhərinin Basmannı məhkəməsi Kirill Kovalevin qətlində təqsirləndirilən azərbaycanlı ata-oğul Şahin və Nizami Abbasovun həbs müddətini uzadıb. Onların hər…
Kamilə Babayeva əri ilə görüntüləndi – FOTO

Kamilə Babayeva əri ilə görüntüləndi – FOTO

Aparıcı Kamilə Babayevanın həyat yoldaşı İbrahim Rzabəyovla görüntüsü yayılıb. Görüntüləri Xalq artisti Röya Ayxan paylaşıb. Video məclislərdən birində çəkilib. Qeyd edək…
“Ukraynalılar özlərini aldadılmış hiss edirlər”

“Ukraynalılar özlərini aldadılmış hiss edirlər”

Ukrayna Prezidenti Volodimir Zelenski ötən gün Səudiyyə Ərəbistanının paytaxtı Ər-Riyadda keçirilmiş ABŞ-Rusiya danışıqlarına münasibət bildirib. CNN Türk-ün suallarını cavablandıran Zelenski danışıqların vaxtının…
Nanə müğənniləri hədələdi: “Sizi yaxşı tanıyıram” – VİDEO

Nanə müğənniləri hədələdi: “Sizi yaxşı tanıyıram” – VİDEO

“Qiybət sevmirəm. Kimsə yanımda başqasının söhbətini edəndə bilirəm ki, mənim haqqımda da orada danışır. Bu, birmənalı şəkildə belədir. Hər zaman…