- 07.01.2025 17:11
Vüqar Qurbanov Aqşin İsayevi baş həkim təyin etdi
Göyçay Rayon Mərkəzi Xəstəxanasına direktor müavini – baş həkim təyin edilib.
Proses.az xəbər verir ki, bununla bağlı TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov müvafiq əmr imzalayıb.
Əmrə əsasən, baş həkim vəzifəsi Aqşin İsayevə həvalə olunub.
Baş həkim xəstəxananın direktoru Talıb Məmmədov tərəfindən kollektivə təqdim olunub.