• 07.01.2025 19:24

“Kasıb yaşamaq üçün pulu necə qazansın?” – Nura Suri

“Kasıb yaşamaq üçün pulu necə qazansın?” – Nura Suri

“Hər gün bu qədər şadlıq sarayları, restoranlar, marketlər tikilir. Bizim cəmiyyətin dərdi sadəcə yemək-içməkdirmi? Bunların yerinə fabriklər, zavodlar tikilsə, özümüz xaricdən aldığımız məhsulları istehsal etsək, necə olar? İstedadlı xanımlarımız var, atelyelər açıb bacardıqları qədər nəsə etməyə çalışırlar. Türkiyədəki kimi öz brendlərimizi yaratsaq, öz istehsalımız olsa, nə pis olar ki?”.

Axşam.az xəbər verir ki, bu sözləri müğənni Nura Suri sosial şəbəkədə yazıb. Qiymət artımına toxunan sənətçi müxtəlif sahələr üzrə mütəxəssis yetişdirməyə ehtiyac olduğunu qeyd edib:

“Televiziya və kino sahəsində dövlət hesabına gəncləri xaricdə təhsil almağa göndərib mütəxəssislər yetişdirsək, bundan kim nə itirər?

Dövlət hesabına rəqs, rəsm, şahmat və sair kimi yerlər açılsa, uşaqların məşğuliyyəti artsa, bu, cəmiyyətimiz üçün nə qədər faydalı olar, deyilmi?

Monopoliya yoxdur deməklə deyil e… Hətta şou-biznesdə də monopoliya var. Eyni müğənnilər eyni şadlıq saraylarındakı bütün tədbirlərə yönəldilir. Toylarımızda da sanki dejavu yaşanır, yalnız bəy ilə gəlinin adı fərqli olur. Hamı elə bil sadəcə göstəriş üçün yaşayır.

Apteklərdə satılan dərmanların keyfiyyətsiz olduğunu bilirik. Keyfiyyətli dərmanları yalnız alman apteklərindən almaq mümkündür, onlar da varlılar üçündür – od qiymətinə satılır. Xaricdən gələn qohum və dostlarımız vasitəsilə dərman gətirtmək də olmur, çünki gömrük icazə vermir.

Torpaq alıb ev tikmək üçün icra hakimiyyətlərindən icazə almaq əsl zülmdür. Evlərin və torpağın qiyməti isə günü-gündən artır. Qalxa-qalxa qiymətlər hara çatmaq istəyir ki? Dollar da qalxsın, manatın dəyəri də get-gedə ölür onsuz da.

İctimai nəqliyyatdan varlılar istifadə etmir, kasıb cərimə ödəsin, kommunal ödəsin, ərzaq və dərmanı nəylə ödəsin bəs? Pulu necə qazansın yaşamaq üçün?

Birdəfəlik qanun çıxsın ki, imkanı, evi, işi olmayanlar dünyaya ancaq bir uşaq gətirə bilər. O bir uşağı böyütmək üçün də dövlət yardım etsin təhsilinə, həkiminə”.

DİGƏR XƏBƏRLƏR

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib. Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib. Müvafiq…
143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar – general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri hökmdən narazıdırlar.…
19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət…
SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib. Proses.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman…
Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Diplomatik fəaliyyətini başa vuran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı “X” hesabında Azərbaycanla bağlı vida paylaşımı edib. Proses.az xəbər verir ki,…
Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub. Bu barədə tanınmış bloger Nail…
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb. Onunla birlikdə RM…
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. Proses.az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə,…
Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. “Qafqazinfo” xəbər verir ki,…
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Yanvarın son günlərində maqnit qasırğaları gözlənilir ki, bu da təkcə insanların rifahına deyil, həm də rabitə vasitələrinin işinə təsir göstərə…
Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət…
Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb. Aktrisanın səhhəti stabil olaraq qalır. Bu barədə Fatma Mahmudovanın…
Hüseyn toyu ilə bağlı açıqlama verdi

Hüseyn toyu ilə bağlı açıqlama verdi

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov toyunun harada olacağını açıqlayıb. Bu barədə bloger izləyicilərinin suallarını cavablandırarkən bildirib. O, “Toy nə vaxtdır”…
Acun ilk dəfə birinci xanımı ilə – FOTO

Acun ilk dəfə birinci xanımı ilə – FOTO

TV8-in rəhbəri Acun Ilıcalı ilk dəfə birinci xanımı Seda Başbuğla foto paylaşıb. O, qızı Banunun ad günündə çəkilən şəkli izləyiciləri…
İqor Kşnyakin kabinədən videosu yayıldı

İqor Kşnyakin kabinədən videosu yayıldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin kabinədən videosu yayılıb. Görüntülərin bir neçə gün əvvəl…