• 17.01.2025 12:36

Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi – YENİ DETALLAR

Dövlətə 3 milyon cərimə kəsdirən Abutalıbovun yeri bilindi – YENİ DETALLAR

Xalq artisti: “Bu məsələnin sonuna qədər gedəcəm və Hacıbalanı mütləq həbs etdirəcəm…”

Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) mülkiyyət hüququnun pozuntusuna görə Azərbaycanın 1 milyon 693 min 892 avro məbləğində təzminat ödəməsinə dair qərar çıxarıb. 

Məhkəmə sözügedən qərarı Bakıda “Qış parkı”nın inşası zamanı evdən çıxarılan sakinlərin ifadələri əsasında verib.

Qeyd olunub ki, 2008-ci ildə Bakı Şəhər İcra Hakimiyyəti başçısının göstərişi ilə Füzuli, Səməd Vurğun, Şəmsi Bədəlbəyli və Topçubaşov küçələrində 500-dən çox yaşayış və qeyri-yaşayış sahəsi sökülüb, sakinlər isə köçürülüb. Sakinlər mülkiyyət hüquqlarına müdaxilədən şikayət edərək ədalətli məhkəmə prosesinin aparılmasını tələb ediblər.

Məlumata görə, AİHM hələ 2022-ci ildə sözügedən işlə bağlı əksər sakinin hüququnun pozulmasını müəyyən edib və təzminatla bağlı məsələnin həlli üçün vaxt verib.

Beləliklə, məhkəmə yanvarın 14-də qərarını elan edib və bu qərara əsasən hökumət 18 ərizəçiyə maddi və mənəvi zərərə görə ümumilikdə 1 milyon 693 min avro həcmində təzminat ödəməlidir.

Ödəniş isə 3 ay ərzində həyata keçirilməlidir.

Füzuli və Mirzəağa Əliyev küçələri arasında yerləşən yeraltı avtodayanacağın üstündəki ərazidə salınan Qış bulvarı – Park və fəvvarələr kompleksinin açılışı 10 may 2013-cü ildə baş tutub. 7 hektar ərazini tutan bu nəhəng park bakılıların açıq havada aktiv istirahəti üçün nəzərdə tutulub. 

Tikinti zamanı məcburi şəkildə sökülən evlərin sahiblərinə qərar verilmiş məbləğdən az ödənilən kompensasiya (hər kvadratmetrə görə 1500 manat) sakinlər arasında narazılıq yaratmışdı.

2009-cu ildə başlanan sökmələrə görə yüzlərlə insan evini tərk etməli olub. Mənzillərindən köçürülən sakinlərdən 52 nəfər AİHM-ə şikayət ərizəsi göndərib. Məhkəmənin 22 oktyabr 2015-ci ildə çıxardığı qərara əsasən evindən zorla çıxarılmış sakinlərdən biri olan Nuriyyə Xalıqovanın şikayəti təmin edilib və Azərbaycan hökumətinin ona ümumilikdə 62.500 avro təzminat ödəməsi tələb olunub. 2022-ci ildə AİHM 14 ərizəni birləşdirərək ərizəçilərin mülkiyyət hüququnun pozulduğuna qərar vermişdi. Məhkəmə eyni zamanda 4 ərizəçi ilə bağlı Avropa İnsan Haqları Konvensiyanın 6-cı maddəsinin pozulduğuna da qərar vermişdi. Lakin məhkəmə ərizəçilərə ədalətli təzminatların ödənilməsi barədə qərar verməyə hazır olmadığını vurğulayaraq, hökumətdən 3 ay ərzində uyğun təqdimat göndərməsini tələb etmişdi.

Uzun illər Bakı Şəhər İcra Hakimiyyətinin başçısı işləmiş Hacıbala Abutalıbov 2019-cu ilin oktyabrından baş nazirin müavini vəzifəsindən də azad edilib. 2001-ci ilin yanvar ayından 2018-ci ilədək Bakı Şəhər İcra Hakimiyyətinə başçılıq edən Abutalıbov haqda bu illər ərzində ziddiyyətli xəbərlər yayıb, korrupsiyada ittiham edilib. O cümlədən Bakıdakı söküntü işlərində ən çox narazılıq Abutalovdan olub. Tutduğu vəzifələrdən uzaqlaşdırılandan sonra onun səs-sorağı da kəsilib.

Bəzi iddialara görə, Hacıbala Abutalıbov əsasən Qaxda tikdirdiyi villada yaşayır, Bakıda Qaraçuxur qəsəbəsindəki evinə isə  az-az hallarda gəlir.

Şeyx Əbdül: “Evi olmayanların ailə həyatı qurması düzgün deyil” - VİDEO - Oxu.az

Uzun illərdir Abutalıbovun ucbatından evsiz qaldığını deyən Xalq artisti, kinorejissor-aktyor Şeyx Əbdül Mahmudov “Yeni Müsavat”a açıqlamasında deyib ki, Avropa İnsan Hüquqları Məhkəməsinə müraciət edənlərin siyahısında onun adı yoxdur: “Mən özümə sığışdırıb, Avropa Məhkəməsinə müraciət etmədim. Hətta vəkilim ölkədə bir nömrəli vəkil, professor idi, mənə təklif etdi ki,  Avropa Məhkəməsinə müraciət edim, ancaq razılaşmadım. Çünki bizim öz Azərbaycanımızın məhkəmələri, hakimləri var, mən niyə Avropa Məhkəməsini qatıb-qarışdırmalıyam? Üstəlik, əlimdə 3 məhkəmə qətnaməsi var, sadəcə, Abutalıbov onu icra etmək istəmir. Qanuna əsasən, sıravi vətəndaşlar məhkəmə qərarını icra etməzsə, 3 ilə qədər, dövlət məmurları isə 7 ilə qədər həbs oluna bilərlər.  Bildiyiniz kimi, mənim Nəsimi rayon Mirzə Ağa Əliyev küçəsində yerləşən, həyəti parka açılan çox gözəl evim var idi. Mən orada böyümüşəm. O məhəllədə köhnə bakılılar yaşayırdı. Lakin illər öncə həmin ərazidə “Qış parkı” salınarkən milyonlar qazanmaq üçün başladılar ərazinin yeraltı strukturları nəzərə almadan tikinti işləri aparmağa. Nəticədə evim çökdü. Abutalıbov işdən çıxandan sonra başımı aldadıb, digərləri kimi məni də müvəqqəti yerdə yerləşdirdilər, dedilər ki, 5-6 aya yeni tikilən evə köçəcəksiniz. Evi tikən də Tamella adlı xanımdır, qalıb ortada. Məhkəmədə Quran gətirib and içdi ki, ərazidə ev tikmək üçün Abutalıbova rüşvət verib. Bildirdi ki, ya pulunu geri qaytarsınlar, ya da tikilinin baş çatmasına icazə verilsin. Evləri tikib, lakin sonra yarımçıq saxlayıblar, nəticədə Tamellanın banklara 10 milyondan çox borcu yaranıb. “Baksovet”də yaşayan bir oğlanı həbs etmişdilər, o da 5-6 ay həbsdə yatandan sonra dedilər günahı yoxdur, azadlığa buraxdılar. Əlbəttə ki, günahkar Abutalıbovdur. Beləliklə, 9 ildir ki, Abutalıbovun ucbatından evsiz qalmışam. Müvəqqəti verdikləri yer də “krişnaya” oxşayır. Karlson kimi indi damda-bacada yaşayıram. 

Hacıbalaya yeni məktub yazmışam, göndərəcəm özünə. Məktubumda bildirmişəm ki, mən Şeyx Əbdül düzələn səmti tuturam, mərdimazar deyiləm, amma əlimdə məhkəmə qətnaməsi var, onu icra etməlisən. Ya evimi verməlisən, ya pulumu, ya da türməyə  getməlisən, başqa yolun yoxdur.

3 ay əvvəl Hacıbalanı İlisuda istirahət edərkən gördüm. Mənə dedilər ki, onun burada villası var. Bir villası da Bakıda NZS qəsəbəsindədir. Mən istəsəm, onu evindən çıxardıb ataram bayıra, pulumu tələb edərəm. Amma adım, nüfuzum var. Üstəlik, dövlətin qanunları var, onu icra etmək lazımdır.

Ay Hacıbala, sənin övladlarının İstanbulda villaları, obyektləri var, özünün də kifayət qədər mülklərin var, mənim öz evimi qaytar mənə, ya da pulumu ver. Bunu etmək sənin üçün heç çətin deyil. Bu məsələnin sonuna qədər gedəcəm və sən mütləq həbsə gedəcəksən.

Yaşlı insanam, ömrüm başa çatanda məni heç olmasa normal bir evdən çıxartsınlar, yoxsa ki, damdan-bacadan deyil…”

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…