• 17.01.2025 12:39

Naxçıvanda hakim bir zənglə yalanın üstünü açdı: Həbs edilən vəkilin işi – ŞOK TƏFƏRRÜAT

Naxçıvanda hakim bir zənglə yalanın üstünü açdı: Həbs edilən vəkilin işi – ŞOK TƏFƏRRÜAT

“Kamandar Nəsibov və partnyorları” vəkil bürosunda işləmiş və nüfuz alveri etməkdə ittiham olunaraq həbs edilən Babək Rzayevin cinayət işinin təfərrüatı məlum olub. Onun hakimə rüşvət vermək adı ilə həbs edilən şəxslərin ailə üzvlərindən pul aldığı məlum olub.

Musavat.com xəbər verir ki, vəkil hüquqlarını müdafiə etdiyi 3 nəfərin ailə üzvlərindən 25 min manat pul alıb.

Bunun qarşılığında həbsdə olan şəxsləri azad etdirməyə nail olacağını, cəzalarını minimum həddə azaldacağını vəd edib. O, aldığı pulu rüşvət olaraq vəzifəli şəxslərə verəcəyini deyib.

İstintaqla müəyyən edilib ki, Babək Rzayev aldığı pulla Naxçıvan Ali Məhkəməsinin hakimi Əsgər Novruzova rüşvət verərək həbsdə olan şəxslərin cəzasının azaldılacağını və ya həbsdən çıxarılması vədini verib.

Həbs edilən şəxslər Naxçıvanda mebel mağazasından 95 min manatlıq mebel oğurlamaqda ittiham olunaraq həbs ediliblər. B.Rzayev onların ailə üzvləri ilə rəsmi müqavilə imzalayaraq vəkilləri olub. Müqaviləyə görə, hər üç şəxsin ailəsindən 1000 manat ödəniş alıb. Sonra da hər üçün şəxsin ailəsindən 8330 manat alıb. Bu məbləğlər ona nağd şəkildə və kart hesabına köçürülməklə çatdırılıb.

Babək Rzayevə qarşı Cinayət Məcəlləsinin 312-1.1-ci (rüşvət vermə: öz həqiqi və ya güman edilən təsir imkanlarından istifadə edərək vəzifəli şəxsin qərarına qanunsuz təsir etmək məqsədilə onun özü və ya üçüncü şəxslər üçün birbaşa və ya dolayı yolla, şəxsən və ya vasitəçidən istifadə etməklə maddi və sair nemətin, imtiyazın və ya güzəştin təklif olunması, vəd edilməsi və ya verilməsi) maddəsi ilə ittiham irəli sürülüb.

B.Rzayev ona qarşı irəli sürülmüş ittihamla özünü təqsirli bilməyib. Deyib ki, pulu rüşvət vermək məqsədi ilə almayıb, heç bir vəzifəli şəxslə də görüşməyib:

“Orxan adlı şəxs mənə zəng etdi. Tanışları barəsində Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə azadlıqdan məhrumetmə cəzası çıxdığını dedi. Cəzanın dəyişdirilməsi üçün apellyasiya şikayəti vermək istədiklərini söylədi. Naxçıvana gedib onunla görüşdüm. Sonra da həbsdə olan şəxslərin ailə üzvləri ilə görüşdük. Onların hər biri barəsində 5 il 6 ay azadlıqdan məhrumetmə cəzası verilmişdi.

Müqavilə haqqı olaraq hər birindən 1000 manat pul aldım. Məndən yüngül cəzanın necə veriləcəyini soruşdular. Onlara dedim ki, məhkəmənin haqqı var, amma nə qədər pul istəyəcəklərini bilmirəm. Söylədim ki, şikayəti verim, sonrakı prosesdə məhkəmə yüngül cəza verilməsi üçün nə qədər pul istəsə, onlara məbləği deyəcəm”.

Babək Rzayev “WhatsApp” qrup yaradaraq həbs edilən şəxslərin ailə üzvlərini ora əlavə edib. Prosesin gedişatı ilə bağlı onlara məlumatları “məhkəmə işi” adlı həmin qrup vasitəsi ilə verirmiş.

“Bakıya qayıtdıqdan sonra heç kimlə bu haqda danışmamışam. Onlara yüngül cəza verilməsi üçün heç bir hakimlə və ya vəzifəli şəxslərlə görüşməmişəm. Amma bu haqda onlara düzgün olmayan məlumat vermişəm. Hökmlə tanış olandan sonra birinci instansiya məhkəməsinin ağır cəza verdiyini gördüm. Düşündüm ki, apellasiya şikayəti versəm, böyük ehtimal məhkəmə cəzanı azaldacaq. Çünki əvvəlki təcrübələrimdə bunu görmüşdüm. Əgər alınmasaydı, pullarını geri qaytaracaqdım. Bir müddət sonra qrupa səs atıb məhkəmənin yüngül cəza təyin etmək qarşılığında ümumilikdə 25 min manat pul istədiyini dedim. Pulu hissə-hissə aldım. Məhkəmə şikayətimi təmin etmədi. Sonuncu məhkəmədən çıxanda müqavilə imzaladığım şəxslər narazılıq etdilər. Onlara pulu qaytaracağımı dedim. Amma gözləmədilər, şikayət etdilər.

Mənim məhkəmənin hakimi Əsgər Novruzovun özü və yaxınları ilə heç bir münasibətim olmayıb. Amma müqavilə imzaladığım şəxslərə bu barədə yalan məlumat vermişəm”, – deyə B.Rzayev ifadəsinə əlavə edib.

O, aldığı pulları borclarına xərclədiyini deyib. Bildirib ki, uzun illərdir internet üzərindən idman mərc oyunlarında çoxlu pullar uduzduğundan borcları yaranıb.

Babək Rzayevin ifadəsindən məlum olub ki, vaxt qazanmaq üçün bir neçə dəfə məhkəmənin təxirə salınmasına da nail olub.

B.Rzayev nüfuz alveri etmədiyini deyərək, əməlinin dələduzluq maddəsinə tövsif olunmasını istəyib. Əlavə edib ki, bütün ziyanı ödəyib.

Zərərçəkmiş şəxslər məhkəməyə bildirib ki, Babək Rzayev onlara yaxınlarının elektron qolbaq taxılmaqla azadlığa buraxılacağını, amma üzərində məhkumluq qalacağını deyib.

Onlara məhkəmədən bir gün qabaq “uşaqlar çıxacaq, maşınları bəzəyin, gəlin deyə” mesaj da yazıb.

B.Rzayevin vəkilliyini etdiyi Zaur İsmayılovun qardaşı şahid qismində dindirilən zaman məlum olub ki, işdə adı çəkilən hakim Əsgər Novruzovla şəxsən danışıb. Bu zaman Babək Rzayevin yalan dediyini başa düşüb.

Onun sözlərinə görə, əvvəlcə Naxçıvan Ali Məhkəməsinin Səxavət adlı hakimi ilə danışıb:

“Səxavət müəllimə Əsgər müəllimlə görüşmək istədiyimi dedim. Həmin gün alınmadı. Səxavət müəllim dedi ki, danışıb xəbər edəcək. Bir gün sonra mənə zəng gəldi. Telefondakı şəxs hakim Əsgər müəllim olduğunu dedi. Bildirdi ki, qardaşımgilə ən aşağı həddə cəza verilib. Pul verdiyimiz adamın bizi aldatdığını söylədi. Ailələrin yazıq olduğunu, pulu geri almağımızı dedi”.

Qeyd edək ki, Babək Rzayev Naxçıvan Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, B.Rzayev əvvəl Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi tərəfindən həbs edilmiş, sonradan ev dustaqlığına buraxılmışdı. Onun vəkillik fəaliyyətinə də xitam verilib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…