• 18.01.2025 08:57

“100 min dollar verirdi ki, film yayımlanmasın”- Foto + Video

“100 min dollar verirdi ki, film yayımlanmasın”- Foto + Video

Türkiyədə Serenay Sarıkaya, Hande Erçel və digər məşhurların meneceri olan Ayşe Barımla bağlı qalmaqal davam edir.

“Qafqazinfo” “Milliyet”ə istinadən xəbər verir ki, bu dəfə məsələdə pop ulduz Edisin adı hallanır.

Belə ki, Amerikada yaşayan aktrisa və prodüser Cande Perçem Edislə çəkildiyi “Alya” filmi ilə bağlı diqqətçəkən iddialar səsləndirib.

Fotoda Cande Perçem

O bildirib ki, A. Barım ona zəng edərək Edisin filmdə özünü bəyənmədiyini, Türkiyədə yayımlansa, karyerasına pis təsir edəcəyini düşündüyünü və 100 min dollar qarşılığında ekran işini almaq istədiyini deyib. Cande isə bu layihənin 1 milyon dollara başa gəldiyini söyləyib:

“Ayşe Barım mənə zəng edir. Deyir ki, Edis özünü filmdə bəyənməyib, “bu film Türkiyədə yayımlansa, mən bitərəm” deyib. 100 min dollar verim filmi mənə versinlər, heç kəs görməsin. Film təxminən 1 milyon dollara başa gəlib. Bu qədər insanın zəhmətini təhqir edir… Pulun qalmayanda sənə iş verdim və baş rolu oynadın. İki ildən sonra siz layihəni sabote edirsiniz. Ayşe Barım bizə zəng etməzdən əvvəl isə kino distribütoru ilə əlaqə saxlayıb. Kino distribütoru da Barımdan qorxduğu üçün filmi kinoteatrlardan çəkməyə qərar verir. O dərəcə Ayşe Barımdan çox qorxurlar”.

Edis isə iddialara sosial şəbəkə hesabından cavab verib.

O, bildirib ki, əsl adı Candeğer olan aktrisanın dedikləri tamamilə yalandır. Pop ulduzun sözlərinə görə, Ayşe heç vaxt onunla çalışmayıb, sadəcə dostu olub.

Həmçinin Candeğerin ona “Xərçəng ananın ölüm xəbərini al” mesajı yazdığını iddia edərək onu məhkəməyə verəcəyini deyib: “Eləcə də yayımladığı videoda mənə qarşı dediyi təhqirlərə görə dəymiş ziyanın ödənilməsi üçün məhkəməyə müraciət edəcəyəm”.

Qeyd edək ki, sözügedən filmdə Qonca VuslateriHande Ataizi kimi simalar da çəkilib.

Xatırladaq ki, ölkədə məşhurların çalışdığı “D İletişim” şirkətinin həmtəsisçisi Ayşe Barımın aktrisalardan birinin transseksual müğənni ilə sevgili olması görüntüsünü yaratmağa çalışdığı, hətta ondan bunun müqabilində 5 milyon dollar pul aldığı iddia edilib. Daha sonra isə əslində bunu adı açıqlanmayan iş adamının etdiyi ortaya çıxıb.

Bundan sonra sosial şəbəkələrdə həmin şəxslərin bir müddət öncə münasibətləri başlayan Serenay Sarıkaya ilə müğənni Mert Demir olduğu barədə müzakirələr aparılıb. Bildirilir ki, iş adamı sözügedən məbləği Ayşe Barım vasitəsilə Sarıkaya və Demirə çatdırıb. Məqsəd isə müğənninin PR-nın aparılması və karyerasında yüksəlişin əldə edilməsi olub.

Məsələ ilə bağlı istintaq başlayıb. “5 milyon dollarlıq reklam eşqi” iddiaları ilə bağlı prokurorluğa çağırılan aktrisa Serenay Sarıkaya bu xəbərlərin əsassız olduğu bildirib.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…