- 21.01.2025 10:21
Tramp ABŞ-nin 47-ci prezidenti oldu
Donald Tramp ABŞ-nin 47-ci Prezidenti kimi and içib.
Proses.az xəbər verir ki, Tramp ikinci dəfə Ağ Evə rəhbərlik edəcək.
Bununla da Donald Tramp ABŞ Prezidenti vəzifəsinin icrasına rəsmən başlayıb.
Trampın ilk səlahiyyət müddəti 2017-ci ildən 2021-ci ilə qədər davam edib.