• 21.01.2025 16:48

Bloger cütlüyün reklam etdiyi şirkətdə milyonlar itirildi – FOTO

Bloger cütlüyün reklam etdiyi şirkətdə milyonlar itirildi – FOTO

Bir müddət öncə evində ölü tapılan iş adamı Ali Akşunun şirkəti “AzeBirja”da onlarla insanın yüksək miqdarda pulu batıb.

Bu barədə OLAY-a şikayət daxil olub. Məsələdə sözügedən MMC-ni reklam edən blogerlər Şərqiyyə və Alim Qafarlı cütlüyünün adı xüsusi qeyd olunub. İddia olunur ki, “Sharg.All” kimi tanınan blogerlər sosial şəbəkə hesablarında iki ildir ki, bu şirkəti reklam edərək insanları yatırım etməyə təşviq ediblər.

Hətta hazırda vəziyyət elə həddə çatıb ki, zərərçəkənlər pullarının dərdini bir kənara qoyub, həmin cütlüyün cəzalandırılmasını tələb edir.

Gəlin, məsələnin əvvəlinə qayıdaq. “Aze Bilişim Finance” MMC adlı şirkət 2022-ci ilin iyulunda fəaliyyətə başlayır. İlk vaxtlarda şirkətin instaqramda təxmini 200 izləyicisi olsa da, sözügedən cütlüyün reklamından sonra daha geniş kütləyə çatır.

Zərərçəkənlərdən biri olan Ayşən Mamedova OLAY-a danışaraq bildirib ki, ötən iki il ərzində Şərqiyyə və Alim sözügedən şirkətdə heç bir saxtakarlıq olmadığını deyərək təbliğata davam edib:

“Onlara yazanları həmin şirkətə yönləndirirdilər. Yüksək yatırım edənləri şəxsən özlərinin qəbul edəcəyini deyirdilər. Öz sosial media güclərindən istifadə edib insanları  təşviq etdilər. Əlbəttə heç kimi zorla aparmayıblar, hər kəs özü investor olub, lakin bir çoxumuz onların səmimiyyətinə, gənc ailə olmasına inanıb əlimizdəki qazancı ora qoyduq. Həddən artıq çox pul qoyanlar var. 170 000, 200 000, 300 000 manatlıq yatırımlar mövcuddur. Hətta intihar həddinə çatanlar var. Bu proses zamanı iki hamilə qadın övladını itirdi. Onların araşdırmadan etdikləri reklam nəticəsində bu hadisələr baş verdi. Daha sonra bu şirkət pulları verməməyə başladı. Mənim pulum da batdı. Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin verdiyi məlumata görə, 1200-dən çox investor var. Burada 15-20 milyon puldan söhbət gedir ki, ortada itdi, yandı. Ötən ilin 24 oktyabrında Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi “AzeBirja” şirkətinin bütün işçilərini apardı. Halbuki Ali Akşun 24 oktyabrdan sonra pulları qaytaracağına dair söz vermişdi. Şəxsən mənə oktyabrın 29-u pulumu verəcəyini demişdi. Korrupsiya gəldi, 24-ü şirkəti bağladı. Sonra araşdırıldı, Ali Akşun dedi ki, hesab blokdadı, mənə vaxt verin, 45 gün ərzində bütün zərərçəkənlərin pulunu qaytaracam. Biz də gözlədik, sonra xəbər gəldi ki, hesab açılıb və pullar verilməyə başlayacaq. Dedilər ki, 15 dekabrdan etibarən pulları gəlib götürəcəksiniz. Nə təsadüfdürsə, 15 dekabrda şirkətin rəhbəri evində ölü tapıldı. Məlum deyil ki, öldürüldü, intihar etdi, ya intihara təşviq edildi. Nəticədə evində ölü tapıldı. Həmin gün bu blogerlər də orada idi, hətta zərərçəkənlərə xəsarət yetirdilər, iş polisə getdi Bu gün əsas şikayətimiz bu şəxslərdəndir ki, öz prestijlərindən istifadə edərək insanları belə təhlükəli şirkətə yatırım etməyə təşviq etdi”.

Zərərçəkənin sözlərinə görə, şirkət 2024-cü ilin mayından etibarən ödənişləri etməyib:

“Alim və Şərqiyyə cütlüyü avqustda bir paket paylaşdılar ki, 42 faizlik qazanc əldə edilir. İnsanlar hər şeyini o 42 faizlik qazanc olacağını dedikləri paketə qoşularaq şirkətə qoydu. Sən demə, iflas ediblərmiş, Ali Akşun pulları batırıb, heç kim bilmir. Alim Qafarlı şirkətin maliyyə problemini bilə-bilə insanları pul köçürməyə təşviq edib piramida yaratdılar. Şirkətin əvvəli necəydi, nə sistemdəydi bilinmir, deyilənə görə piramida deyilmiş. Lakin müflişləşdikdən sonra Alim və Şərqiyyə Qafarlı reklam edərək piramidaya çevirdilər. Hər kəs qazanc fikri ilə pullarını ora köçürdü. Şirkət o yatırımlardan cüzi hissəni əvvəlki investorlara köçürməyə başlayır. Bu da 200 manatlıq məbləğ idi. Şəxsən mən bütün pulumu çıxarmaq istəyəndə  200 manat olmaqla iki dəfə məxaric verdilər. Lakin bütün pulum orada batdı. Ali Akşun öldüyü üçün deyirlər ki, rəhbər ölüb, heç kimdən pul ala bilməzsiniz. Elə bir vəziyyətdəyik ki, şirkət batdığı üçün pulu da ala bilmirik. Sadəcə tək istəyimiz bu işdə əli olanlar cəzalandırılsın, haqq yerini tapsın ki, blogerlər də nəyi reklam etdiklərinə diqqət etsinlər”.

İddiaya görə, bu, mərhum Ali Akşunun ilk əməli deyil. Zərərçəkənin sözlərinə görə, şirkətin rəhbəri eyni tərzdə şirkəti Türkiyədə açır və 4 aylıq fəaliyyətdən sonra pulları götürüb Azərbaycana qaçır:

“Şərqiyyə və Alim cütlüyü saxtakar birinin reklamını etmiş olur ki, bu adam Türkiyədə işlərini böyüdə bilmir. Azərbaycan daha kiçik ölkədir, blogerlər tanınır deyə, hamı onlara güvənib pul yatırımı edir. Hadisə baş verdikdən sonra zərəçəkənlər Şərqiyyə Alim cütlüyünə yazır. Hamısına aqressiv cavab verirlər, bəzi skrinlər də var. Deyirlər, şirkətə niyə inanırdın, mənə inanardın, pulunu mənə verib, məndən tələb edərdin. Kobud və aqressiv şəkildə cavab verirlər. Özlərinin də zərərçəkən olduğunu deyirlər. Lakin eyni vəziyyətdə olsalar, bizim yanımızda olmalıdırlar, anlamalıdırlar ki, biz də zərərçəkənik. Şəxsən mənim orada qalan pulum 2950 manatdır. Amma daha çox yatırım edənlər var, 15-20 milyonluq məbləğ batıb”.

Zərərçəkən bildirir ki, məsələ ilə bağlı polisə, Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə müraciət olunub.

Şikayətçilər tərəfindən təqdim olunan skrinlərdə və videolarda cütlüyün şirkəti davamlı olaraq reklam etdiklərini, insanları güvənilir olduğuna razı saldıqlarını görmək mümkündür. “AzeBirja”nın mərhum rəhbəri Ali Akşunla cütlüyün dostluq əlaqələri də iki ildə genişlənib. Məsələn, TikTok canlı yayımınında cütlüyə bahalı hədiyyələr göndərməsi ilə bağlı görüntülər, blogerlərin hər paylaşımlarında şirkəti işarə etməsinə dair sübutlar var. Gənc ailə yeni aldıqları maşınla bağlı videoda da “AzeBirja”nı işarələyib “Daha böyük uğurlara birlikdə” şərhini yazıblar.

Şirkətin iflasından sonra isə paylaşımdakı həmin hissəni siliblər. İlk vaxtlarda özlərinin də 20 min manata qədər pul köçürdüklərini və ordan 100-lərlə manat qazandıqlarını söyləyiblər. Onlar bir müddət sonra həm investor, həm də şirkətin işçisi olduqlarını qeyd edərək izləyiciləri daha da rahatlaşdırıblar.

Ali Akşunun ölümündən 3 gün sonra isə cütlük açıqlama yayıb:

“Son zamanlarda fəaliyyəti ilə bağlı müəyyən problemlər yaşanan Azebirja şirkəti haqda bəzi məsələlərə aydınlıq gətirmək istəyirik. İndiyədək susmağımızın səbəbi Azebirja şirkətinin rəhbəri Ali Akşuna olan güvənimiz idi. Bir çoxunuzun bildiyi kimi Ali Akşun 15.12.2024 tarixində dünyasını dəyişib. Şəxsən bizim və bir çox digər müştərilərin şikayət və gözləntiləri Ali Akşundan olduğu üçün kütləvi açıqlama vermirdik. Və bu gündən etibarən bizə qarşı olan haqsız qaralama, suçlama və təhdidlərə qarşı susmayacağıq. Sosial mediadakı aktiv fəaliyyətimizdən dolayı 2022-ci ildə şirkətin reklam işləri üzrə öhdəlik daşıyan 3-cü şəxs (N.Z) tərəfindən bizə müraciət olunub. Bunun ardınca rəhbər Ali Akşun və şirkətin fəaliyyətini təsdiqləyən sənədlərlə tanış olduqdan sonra həm reklam təklifini qəbul etmiş, həm də şirkətə borc verənlərdən biri olmuşuq. 2022-ci ildən bəri şirkətin müştərilərə fəaliyyəti ilə bağlı hər hansı problem yaşanmamışdır.

2024-cü il yay aylarından ödənişin gecikmə problemləri yaşandığı üçün reklam fəaliyyətimizi dayandırmış, bundan sonrakı paylaşımlarımızın məzmunu yalnız müştərilərin istəyinə əsasən olmuşdur: müştərilərin istəyi ilə şirkətdə görüş günü təyin edilmiş, problemin səbəbi ilə bağlı şirkət rəhbərliyi və əməkdaşları tərəfindən müştərilər məlumatlandırılmışdır. 24.10.2024 tarixindən şirkətin fəaliyyəti ilə bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində sənədlər araşdırılmağa başlanmışdır. Şəxsən biz də fəaliyyətimizi sübut edən sənədləri təqdim etmişik. Hüquq qarşısında hər zaman cavab verməyə hazırıq. Bu ərəfədə şirkətin fəaliyyəti ilə bağlı hər hansı qeyri-rəsmilik açıqlanmamış, Ali Akşuna problemi həll etməsi üçün möhlət verilmişdir. Azebirja ilə bağlı fəaliyyətimiz yalnız reklam işi üzrə olub. Hazırda Ali Akşun dünyasını dəyişdiyi üçün kütlə tərəfindən təhdid və təhqirlərə məruz qalırıq. Adımıza və iş həyatımıza qarşı qaralama kampaniyası başladılıb. Bütün bunları təsdiq edən sübutlar var. Bunlarla yanaşı həm öz yaşayış ünvanımız, həm də valideynlərimizin yaşayış ünvanını aşkar edib hədə-qorxu gəlirlər. Hazırda Qafarlı Şərqiyyə zərərçəkən olduğunu iddia edən şəxs tərəfindən aldığı xəsarətdən dolayı sağlamlığı ilə bağlı problem yaşayır. Bu zaman çərçivəsində həm maddi, həm mənəvi zərərçəkənlərdən olduq. Biz dövlət orqanlarımızın araşdırmasına güvənərək Ali Akşun tərəfindən problemin aradan qalxması ilə şirkətin fəaliyyətini bərpa etməsini gözlədikcə və səbrli olub, insanları anlayaraq çıxış yolu axtarmağa çalışdıqca bizə qarşı olunan şiddət artmağa davam edirdi. Amma artıq bunun qarşısının rəsmi formada alınması üçün lazım olan bütün hüquqi addımları atdığımızdan əmin ola bilərsiz. Bu işdə əli olan hər kəs məsuliyyət daşıyır. Kimliyindən asılı olmayaraq hüquq qarşısında cavab verəcəksiniz”.

 

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…