• 28.01.2025 13:57

Müəllimlər sertifikasiya barədə açıqlamanın gecikməsindən narahatdır

Müəllimlər sertifikasiya barədə açıqlamanın gecikməsindən narahatdır

Azərbaycanda müəllimlərin növbəti dəfə sertifikasiyadan keçəcəyi gözlənilir. Sertifikasiyanın nə vaxt başlayacağı, hansı fənninin müəllimlərinin cəlb ediləcəyi isə rəsmi olaraq açıqlanmayıb.

Proses.az xəbər verir ki, bir neçə gün əvvəl modern.az-a daxil olan məlumata görə, 2025-ci ildə 7 fənnin –  tarix, fizika, kimya, biologiya, coğrafiya, texnologiya, informatika müəllimlərinin sertifikasiyası təşkil ediləcək.

Ancaq fənlərlə bağlı yekun qərar hələlik verilməyib. Məsələ ilə bağlı məktəb direktorlarına məlumat verildiyi bildirilir. Elm və təhsil naziri Emin Əmrullayevin son həftələrdə məktəb direktorları ilə görüşlərdə də sertifikasiya prosesinin müzakirə edildiyi, onlara bu barədə tapşırıqlar verildiyi qeyd olunur.

Məsələ barədə qərarı Elm və Təhsil Nazirliyinin Təhsilverənlərin Sertifikatlaşdırılması Şurası verir. Ancaq Şuranın hələlik iclası keçirilməyib. Prosesin gecikməsi müəllimlər arasında narazılığa səbəb olub.

Modern.az-a danışan elm və təhsil eksperti Kamran Əsədov bildirib ki, təqvim ilində həyata keçiriləcək fəaliyyətlərlə bağlı öncədən planlaşdırma elan olunmalıdır:

“Bu istiqamətdə Dövlət İmtahan Mərkəzinin çox yaxşı bir təcrübəsi var. DİM 2025-ci ildə keçirəcəyi müxtəlif imtahanlarla bağlı qrafiki artıq elan edib. Hər kəs özünün işini ona uyğun olaraq müəyyənləşdirir. Baxmayaraq ki, bu insanlar müəllimdirlər, ancaq onlar təkcə ixtisaslarından imtahan vermirlər. Eyni zamanda digər kurikulum və tədris materiallarından da suallara cavab verirlər. Ona görə də imtahan vaxtı birmənalı şəkildə öncədən elan olunmalıdır. Hesab edirəm ki, 2-3 ay qalmış imtahan vaxtının elan edilməsi müəllimlərdə müəyyən qədər psixoloji gərginlik yaradacaq”.

Ekspert bildirib ki, sertifikasiya Azərbaycanda təhsil sisteminin inkişafına yönəlmiş vacib prosesdir:

“Amma bu prosesi sürətli etmək yaxşı hal deyil, hətta bu qanunvericiliyə də ziddir. Çünki müəllimlərin sertifikasiya imtahanlarının yay aylarında elan edilsə, müəllimlər vaxtlarını orta məktəblərdə dərslərindənsə bu imtahana hazırlaşmağa daha çox vaxt ayırmaqla keçirəcək. Ona görə də biz vaxtı ən azından 7-8 ay əvvəl elan etməliyik ki, müəllimlər də işlərini qura bilsinlər. Onların birdən-birə sertifikasiya prosesinə daxil olması tədrisin təşkilində də müəyyən gərginlik yaradacaq. Hesab edirəm ki, biz bu yanaşmanı dəyişməliyik. Bu çətin proses deyil, onsuz da bütün fənnlər üzrə sertifikasiya olacaq. Biz elan etməliyik ki, hansı ayda hansı fənnlər üzrə sertifikasiya olacaq, proses necə təşkil olunacaq. Bunu nə qədər gec etsək tədrisin gedişinə mane olacağıq”

K.Əsədov qeyd edib ki, Təhsilverənlərin Sertifikasiyası Şurasının yığışması o qədər  çətin məsələ deyil:

“Onlar başqa planetdən gəlməyəcəklər, ya da hansısa çətin proses təşkil olunmayacaq. İndiyə qədər ibtidai sinif, Azərbaycan dili və ədəbiyyat, ingilis dili müəllimlərinin sertifikasiyası olub. Biz növbəti hansı fənnlərin imtahanının keçiriləcəyini konkret olaraq elan etməliyik. Tədrisin ən vacib elementi vaxtı düzgün planlaşdırmaqdır. Amma təhsilin idarə edilməsindəki problem ümumi tədrisin təşkilinə də öz mənfi təsirini göstərir”.

DİGƏR XƏBƏRLƏR

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Xanım jurnalistə bu universitetdə vəzifə VERİLDİ

Naxçıvan Dövlət Universitetinə yeni mətbuat katibi təyin edilib. Kifayət Mahmudova Universitetin media və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə gətirilib. Müvafiq…
143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

143 milyonluq yeyintiyə görə həbs edilənlər yüngül cəza istəyir

Müdafiə Nazirliyindəki 143 milyonluq yeyintidə təqsirli bilinən əsas fiqurlar – general Nizami Məmmədov və qoşun növlərinin maliyyə-xidmət rəisləri hökmdən narazıdırlar.…
19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

19 yaşlı Nazlının ölümünə səbəb olan şəxsə HÖKM OXUNDU

Mingəçevirdə ağır yol-nəqliyyat hadisəsi törətmiş 27 yaşlı Cəlal Cəfərova hökm oxunub. “Qafqazinfo” xəbər verir ki, Mingəçevir Şəhər Məhkəməsi həmin şəxsi Cinayət…
SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

SON DƏQİQƏ! Tanınmış ekspert həbs edildi

Azərbaycanda informasiya texnologiyaları üzrə tanınmış ekspert İlqar Əliyev həbs edilib. Proses.az xəbər verir ki, bu barədə Azərbaycan İnternet Forumunun rəhbəri Osman…
Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Bağcı Azərbaycana bu sözlərlə vida etdi – FOTO

Diplomatik fəaliyyətini başa vuran Türkiyənin ölkəmizdəki səfiri Cahit Bağcı “X” hesabında Azərbaycanla bağlı vida paylaşımı edib. Proses.az xəbər verir ki,…
Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Millimizin kapitanı narkotikdən TANINMAZ HALA düşdü – VİDEO

Həndbol üzrə milli komandamızın sabiq üzvü və kapitanı İranə Yaqubova narkomaniyanın növbəti qurbanlarından biri olub. Bu barədə tanınmış bloger Nail…
Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Azərbaycanlı milyarder 20 milyon verib azadlığa çıxdı

Rusiyada ev dustaqlığı cəzası alan azərbaycanlı milyarder, “Ximki” futbol klubunun investoru Tufan Sadıqov ev dustaqlığından azadlığa buraxılıb. Onunla birlikdə RM…
Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyinə yoluxan şəxsdən xəbər var

Azərbaycanda meymunçiçəyi virusuna ilk yoluxan şəxsin müvafiq tibb müəssisəsində müalicəsi yekunlaşıb. Proses.az bildirir ki, bu barədə TƏBİB-dən bildirilib. Məlumata görə,…
Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Ana ilə uşaqlarının öldüyü qəzanın təfərrüatı – FOTOLAR

Dünən gecə Salyan rayonunun Seyidlər kəndində 4 nəfərin ölümü ilə nəticələnən yol qəzasının bəzi təfərrüatları məlum olub. “Qafqazinfo” xəbər verir ki,…
Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Əhaliyə xəbərdarlıq: 30 və 31 yanvar tarixlərində…

Yanvarın son günlərində maqnit qasırğaları gözlənilir ki, bu da təkcə insanların rifahına deyil, həm də rabitə vasitələrinin işinə təsir göstərə…
Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıtda polisin narkotik əməliyyatı – VİDEO

Sumqayıt Şəhər Polis İdarəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı həyata keçirilən növbəti əməliyyat zamanı əvvəllər də eyni cinayət…
Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Reanimasiyaya yerləşdirilən Xalq artistinin səhhəti necədir?

Ötən gün xəstəxanaya yerləşdirilən Xalq artisti Fatma Mahmudovanın son vəziyyəti açıqlanıb. Aktrisanın səhhəti stabil olaraq qalır. Bu barədə Fatma Mahmudovanın…
Hüseyn toyu ilə bağlı açıqlama verdi

Hüseyn toyu ilə bağlı açıqlama verdi

Rusiyada məşhurlaşan bloger Hüseyn Həsənov toyunun harada olacağını açıqlayıb. Bu barədə bloger izləyicilərinin suallarını cavablandırarkən bildirib. O, “Toy nə vaxtdır”…
Acun ilk dəfə birinci xanımı ilə – FOTO

Acun ilk dəfə birinci xanımı ilə – FOTO

TV8-in rəhbəri Acun Ilıcalı ilk dəfə birinci xanımı Seda Başbuğla foto paylaşıb. O, qızı Banunun ad günündə çəkilən şəkli izləyiciləri…
İqor Kşnyakin kabinədən videosu yayıldı

İqor Kşnyakin kabinədən videosu yayıldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin kabinədən videosu yayılıb. Görüntülərin bir neçə gün əvvəl…