• 28.01.2025 20:46

Gözəllik salonlarında bu xidmətlər qadağan olundu – Rəsmi XƏBƏRDARLIQ

Gözəllik salonlarında bu xidmətlər qadağan olundu – Rəsmi XƏBƏRDARLIQ

Son vaxtlar bəzi klinikalarda aparılan yoxlamalar, xüsusilə, estetik cərrahlarla bağlı məsələlər əsas gündəm mövzusudur. Buna görə də plastik, kosmetoloji prosedurlar etdirən və yaxud etdirmək istəyən şəxslər üçün bəzi sual yaradan məqamlar var.

Məsələn, bəzi gözəllik salonlarında kosmetoloji prosedurlar edilir. Maraqlıdır ki, bu prosedurlar nə dərəcədə doğru və gigiyenik şəkildə həyata keçirilir?

Klinikalar bir sıra nöqsanların aşkarlanması nəticəsində bağlanırsa, gözəllik salonları da eyni dərəcədə yoxlanılıb, bağlanılırmı?

Bu salonların kosmetoloji prosedurları həyata keçirməkləri üçün xüsusi lisenziyaları var?

Proses.az xəbər verir ki, Analitik Ekspertiza Mərkəzindən Bizim.media-ya verilən açıqlamada bildirilib ki, Nazirlər Kabinetinin 15 may 2017-ci il tarixli 206 nömrəli Qərarı ilə təsdiq olunan “Özəl tibb fəaliyyəti üzrə lisenziyalaşdırılan xidmətlərin və işlərin Siyahısı”nda “kosmetoloji” iş üzrə xidmətin göstərilməsi tibbin bir sahəsi olaraq, tibbi kosmetologiyaya daxil olan estetik problemlər, onların korreksiyasına və profilaktikasına yönəlmiş, örtük toxumalarına müdaxilə ilə müşayiət olunan müxtəlif kompleks prosedurları nəzərdə tutur.

“Tibbi kosmetologiyaya cərrahi müdaxilələr istisna olmaqla (plastik cərrahiyyəyə aid olduğundan) konservativ və korreksiya üsulları daxildir. Bu üsullara inyeksiya (iynə) prosedurları, müxtəlif növ aparat kosmetologiyası (o cümlədən lazer üsulu ilə epilyasiya), biorevitalizasiya, mezoterapiya, pilinq prosedurları, müalicəvi masaj üsulları, plazmoliftinq və digər prosedurlar aid olunur. Bu üsullar “kosmetoloji” işə aid olunduğundan müvafiq iş üzrə özəl tibb xidməti fəaliyyətinin göstərilməsi üçün lisenziya tələb olunur”.

Bəs bu sahə ilə məşğul olmaq hüququna kimlər malikdirlər?

Verilən açıqlamada qeyd olunub ki, bu sahədə praktiki tibbi fəaliyyət üzrə müvafiq sertifikatı olan həkim-dermatoloqlar və tibbi kosmetologiya üzrə ixtisaslaşma keçmiş ali tibbi təhsilli mütəxəssislər məşğul olmaq hüququna malikdirlər.

“Özəl tibb fəaliyyəti haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qanunvericiliklə müəyyən olunan qaydada hüquqi şəxs yaratmaqla özəl tibb fəaliyyəti, həmçinin, ali tibb təhsili olan (ixtisasca həkim-dermatoloq) şəxslər tərəfindən hüquqi şəxs yaratmadan fiziki şəxs olaraq qanunvericiliklə müəyyən olunmuş qaydada özəl tibbi praktika üzrə fəaliyyət həyata keçirilə bilər”.

Gözəllik salonlarında kosmetoloji proseslər keçirilə bilməz

“Qeyd edək ki, gözəllik salonları tibb müəssisələrində sanitar epidemioloji tələblərə dair qaydalara cavab vermədiyindən həmin təsərrüfat obyektlərində tibbi kosmetoloji fəaliyyətin həyata keçirilməsi yolverilməzdir. Belə ki, vətəndaş şikayətləri və yerli dövlət orqanları tərəfindən daxil olan bu tip müraciətlər olduqda aidiyyəti gözəllik salonlarında qanunvericiliklə müəyyən olunmuş qaydada xidməti yoxlamalar keçirilir. Keçirilən yoxlamalar zamanı sahibkar subyektlərində aşkar edilmiş qanunsuz tibbi praktiki fəaliyyətlə məşğul olması faktı lisenziyasız özəl tibb fəaliyyəti kimi qiymətləndirilir və inzibati xəta məcəlləsinin müvafiq maddələri ilə inzibati qaydada tənbeh olunaraq növbəti icraata göndərilir”, – deyə məlumatda bildirilib.

DİGƏR XƏBƏRLƏR

İqor Kşnyakin kabinədən videosu yayıldı

İqor Kşnyakin kabinədən videosu yayıldı

Qazaxıstanın Aktau şəhəri yaxınlığında təyyarə qəzasında həlak olan AZAL-ın pilotu İqor Kşnyakin kabinədən videosu yayılıb. Görüntülərin bir neçə gün əvvəl…
“Özümü heyvan kimi hiss edirəm” – “Real”ın ulduzu

“Özümü heyvan kimi hiss edirəm” – “Real”ın ulduzu

“Real Madrid”in zədəli futbolçusu Dani Karvaxal hazırkı durumunu dilə gətirib. O, bərpa prosesindən bəhs edib. Futbolçu ağır zədədən sonra meydana…
Qadın burun əməliyyatından sonra eybəcər hala düşdü – VİDEO

Qadın burun əməliyyatından sonra eybəcər hala düşdü – VİDEO

Estetik əməliyyatdan çıxan qadın eybəcər hala düşüb. Braziliyanın Natal bölgəsində yaşayan qadın etdirdiyi burun estetikası ilə sosial mediada diqqət çəkib.…
165 min manatlıq dələduzluq etdi

165 min manatlıq dələduzluq etdi

Mingəçevirdə 165 minlik dələduzluq edən şəxs həbs edilib. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, Mingəçevir…
Fərid Qayıbovun yerinə Samir Şərifov təyin olundu

Fərid Qayıbovun yerinə Samir Şərifov təyin olundu

Baş nazirin müavini Samir Şərifova daha bir vəzifə verilib. Proses.az bildirir ki, III MDB Oyunlarının 2025-ci ildə Azərbaycanda keçirilməsi üzrə…
“Hansısa tütək çalan sənətimə qiymət verə bilməz” – FOTO

“Hansısa tütək çalan sənətimə qiymət verə bilməz” – FOTO

Xəbər verdiyimiz kimi, klarnet ifaçısı Hüseyn Məhəmmədoğlu müğənni İntiqam Kərimovun Vəfa Şərifova ilə bağlı “Heç bir opera müğənnisi “Dilbərim”i belə təmiz…
Nəfəs canlı efirdə BİABIR oldu – VİDEO

Nəfəs canlı efirdə BİABIR oldu – VİDEO

Nəfəs “Elcanlı” verilişində canlı ifasına görə sosial şəbəkələrdə qınanıb. Müğənni verilişdə canlı oxumağa çalışsa da, bu, uğursuz alınıb. Aparıcının sualına…
Futbolçunun evinə girib onu və arvadını silahla… – FOTO

Futbolçunun evinə girib onu və arvadını silahla… – FOTO

İspaniyalı futbolçu Aleks Berenguerin evinə silahlı hücum edilib. Hadisə idmançı ilə həyat yoldaşı Sofia Cem evdə olarkən baş verib. İspaniya…
Bağırsaq yuyulmasından ölən Ceyhunun anası DANIŞDI

Bağırsaq yuyulmasından ölən Ceyhunun anası DANIŞDI

Yanvarın 21-i 37 yaşlı Ceyhun Süleymanov adlı şəxs müayinə olunmaq üçün özəl klinikalardan birinə gedib, lakin bir neçə saat sonra dünyasını…
İslam Qəriblinin biznesmen oğlunun meyiti tapıldı: Üzərində külli miqdarda pul olub

İslam Qəriblinin biznesmen oğlunun meyiti tapıldı: Üzərində külli miqdarda…

Bir neçə gün öncə Qəbələdə Nohurgöldən meyiti çıxarılan İlham Qəribovun ölümü ilə bağlı təfərrüat məlum olub. Proses.az Qlobal.net-ə istinadən xəbər…
Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Prezident İlham Əliyev 1 saylı seçki məntəqəsində səs verib

Azərbaycanda növbəti bələdiyyə seçkiləri keçirilir. Proses.az xəbər verir ki, Azərbaycan Prezidenti İlham Əliyev Bakı şəhərinin 7 saylı Səbail seçki dairəsinin 6…
Həsənağa Turabovun xanımı vəfat etdi – FOTO

Həsənağa Turabovun xanımı vəfat etdi – FOTO

Azərbaycanın mərhum aktyoru, Xalq artisti Həsənağa Turabovun həyat yoldaşı dünyasını dəyişib. Bildirilib ki, Solmaz Turabova 85 yaşında vəfat edib. Qeyd…
“Juninyonun necə təhlükəli olduğunu bilirik” – Felipe Luis

“Juninyonun necə təhlükəli olduğunu bilirik” – Felipe Luis

“Flamenqo”nun baş məşqçisi Felipe Luis “Qarabağ”dan transfer etdikləri Olavio Juninyo haqqında danışıb. QOL.az xəbər verir ki, Juninyo ötən gecə Quanabara…
Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı

Azərbaycanda bələdiyyə seçkisi: Səsvermə başladı

Azərbaycanda məntəqələr bələdiyyə seçkilərində səsvermə üçün açılıb Proses.az xəbər verir ki, səsvermə saat 19:00-a qədər davam edəcək. Seçkilər ölkə ərazisindəki 118…
Qardaşı şəhid olan Xana 5 ildən sonra ÜZƏ ÇIXDI – FOTO

Qardaşı şəhid olan Xana 5 ildən sonra ÜZƏ ÇIXDI…

44 günlük Vətən müharibəsində qardaşı şəhid olduğu üçün ifaçılığın daşını atan Xana adlı gənc müğənnidən xəbər var. Proses.az titul.az-a istinadən…