- 31.01.2025 16:17
İrəvan meriyasında gərgin anlar – Deputatlar əlbəyaxa oldu – VİDEO
İrəvan meriyasında əlbəyaxa dava baş verib
Ermənistanın paytaxtında İrəvan Ağsaqqallar Şurasının iclası gərgin anlar yaşanıb. Nəqliyyat tariflərinin müzakirəsi zamanı deputatlar arasında yaranan mübahisə əlbəyaxa davaya çevrilib.
İrəvan meri Tiqran Avinyan vəziyyəti nəzarət altına almaq üçün polis çağırmağa məcbur olub. Lakin polisin müdaxiləsi də gərginliyi azaltmağa kifayət etməyib. Nəticədə T.Avinyan dava iştirakçılarını zalı tərk etməyə çağırıb və “Ana Ermənistan” müxalifət fraksiyasının nümayəndəsi Samvel Akopyanı iclasdan uzaqlaşdırıb./Milli.Az/