• 31.01.2025 18:54

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Daha bir faciə yaşanmaması üçün bunlara diqqət etməliyik!

Bu gün Ağcabədi rayonunun Hindarx qəsəbəsində bir ailənin 5 üzvünün həyatını itirməsi ilə nəticələnən partlayış ölkəmizdə postmüharibə dövründə partlamamış hərbi sursat (PHS) və minalarla bağlı vəziyyətin nə qədər ciddi və təhlükəli olduğunu bir daha göstərmiş oldu.

Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, BMT-nin məlumatlarına əsasən, Azərbaycan dünyada minalarla və PHS-lərlə ən çox çirklənmiş ölkələrdən biridir.

Ölkəmiz bu məsələdə Laos, Anqola, Kamboca, Konqo, Vyetnam, Əfqanıstan kimi dövlətlərlə bir sırada dayanır ki, bunun da səbəbi son 35 il ərzində Azərbaycanın böyük bir ərazisini əhatə etmiş iki müharibədir.

Vətən müharibəsindən sonra onlarla insan məhz bu səbəbdən, yəni mina və PHS partlamasından həyatını itirib və bu hadisələr davam etməkdədir.

Adları qeyd edilmiş, yaxın keçmişdə müharibələr yaşamış və hazırda müharibələrin davam etdiyi ölkələr kimi Azərbaycanda da insanlar, xüsusilə aktiv döyüş əməliyyatlarının getdiyi yerlərdə və ətraf zonaların sakinləri bu təhdidlə birgə yaşamaqdadır.

Əvvəlcədən qeyd edək ki, partlamamış hərbi sursat – PHS döyüş və təlim zamanı istifadə olunmuş, lakin bu və ya digər səbəbdən partlamamış mərmilər və digər hərbi sursatlardır. PHS-lər əl qumbaraları, artilleriya/minaatan mərmiləri, bombalar, güllələr, raketlərdir. Onlar çox böyük təhlükə mənbəyidir, uzun illər zərərsizləşdirilmədən qalan bu cür sursatlar istənilən ən adi toxunuşla partlaya bilər. Təcrübə göstərir ki, mülki şəxslər, əksər hallarda, mina və PHS-ləri gündəlik istifadə etdikləri və yaxud artıq tanıdıqları əşyalara bənzətməyə və bu üsulla da onların təhlükəli olub-olmadığını təyin etməyə çalışırlar. Bu səbəbdən vətəndaşlara mənşəyi şübhəli sayılan və onlara məxsus olmayan əşyalara, ümumiyyətlə, yaxınlaşmamaq tövsiyə olunur.

Təhdid daha çox işğaldan azad edilmiş ərazilərə köçürülən insanları, həmçinin buraya yaxın yaşayanları əhatə edir. Bu səbəbdən işğaldan azad edilmiş ərazilərdə yalnız təhlükəsizliyinə əmin olduğunuz yerlərdən və mümkün qədər asfalt örtüyü olan yollardan istifadə etmək tövsiyə olunur. Döyüşlər getmiş ərazilərdən, kölgəli yerlərdən, çay keçidləri və su mənbələrindən, meşə və bağlardan, tərk edilmiş tikililərdən, hərbi istehkamlardan, səngərlərdən, istifadəsiz və ot basmış yollardan, dağıdılmış hərbi və mülki texnikadan, minalanmış sahə kimi xəbərdarlıq nişanları ilə əhatələnmiş ərazilərdən uzaq olmaq lazımdır. Bu kimi yerlər daha çox uşaqların marağını cəlb etdiyindən məktəblərdə və ailələrdə azyaşlı və yeniyetmələrlə bu istiqamətdə daim söhbətlər aparılmalıdır.

İndiyə qədər baş verən mina və PHS partlayışı hadisələrinə nəzər saldıqda görünür ki, bu cür bədbəxt olayların 70 faizdən çox hissəsi keçmiş təmas xəttindən kənarda olan ərazilərdə baş verib. Bu da onu deməyə əsas verir ki, mina və partlamamış hərbi sursatlara nəinki keçmiş təmas xətti boyu olan ərazilərdə, hətta işğaldan azad olunan bütün ərazilərdə rast gəlmə ehtimalı var. Statistik təhlillər göstərir ki, İkinci Qarabağ müharibəsinin başa çatmasından sonra işğaldan azad olunmuş ərazilərdə hərbi və mülki şəxslərin minaya düşməsi hadisələrinə görə ilk üç yeri Tərtər, Kəlbəcər və Ağdam rayonları tutur.

Füzuli rayonu da Birinci Qarabağ müharibəsi dövründə minalarla ən çox çirkləndirilmiş bölgələr sırasındadır. Elə bölgələr var ki, orada bir kvadratmetr sahədə 6-8 mina aşkarlanır.

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) açıqladığı rəsmi məlumatlara əsasən aparılan təhlil göstərir ki, son 4 il ərzində (2020-2024-cü illər) 180 min hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib. Təkcə 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə minatəmizləmə əməliyyatları zamanı 2 372 ədəd tank və 4 286 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib. Ümumilikdə isə, son 4 ildə (2021-2024-cü illər) işğaldan azad olunmuş ərazilərdə 18 411 ədəd tank, 29 250 ədəd piyada əleyhinə mina aşkar edilərək zərərsizləşdirilib.

Qeyd edək ki, minatəmizləmə əməliyyatlarını ANAMA, Müdafiə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi (FHN) və Dövlət Sərhəd Xidməti (DSX) və dörd özəl şirkət yerinə yetirir. 2024-cü ildə işğaldan azad olunmuş ərazilərdə 59 163 ədəd partlamamış hərbi sursat da aşkar edilərək zərərsizləşdirilib.

Xatırladaq ki, son 4 il (2021-2024-cü illər) ərzində işğaldan azad olunmuş ərazilərdə 119 104 ədəd partlamamış hərbi sursat aşkar edilərək zərərsizləşdirilib.

Hazırda işğaldan azad edilmiş ərazilərin təmizlənməsi işləri sürətlə davam etsə də, daha əvvəl işğal altında olmamış cəbhəboyu yerlərdə, məsələn, bu gün bədbəxt hadisənin baş verdiyi Ağcabədidə və digər ərazilərdə də risklərin olduğu məlumdur. Bunun üçün isə ilk növbədə əhalinin maarifləndirilməsi, təhlükəli əşyalarla düzgün davranış qaydalarının aşılanması vacibdir.

İlk növbədə məktəblərdə şagirdlərlə iş aparılmalı, işğaldan azad edilmiş və cəbhəboyu yerləşmiş rayonlardakı məktəblərdə dərs saatları, praktiki məşğələlər təşkil edilməlidir. Bununla yanaşı, ailələr maarifləndirilməli, qeyri-hökumət təşkilatları real fəaliyyətə söykənən işlər görməlidir.

DİGƏR XƏBƏRLƏR

Zakir Həsənov İrana başsağlığı verdi

Zakir Həsənov İrana başsağlığı verdi

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun İranın Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmməd Hüseyn Bağerinin həlak olması ilə bağlı başsağlığı…
SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

SON DƏQİQƏ: Təbriz yenidən BOMBALANIR

İranın şimal-qərbində yerləşən Təbriz 24 saat ərzində üçüncü dəfə İsrail tərəfindən hücuma məruz qalıb. Musavat.com xəbər verir ki, bu barədə “NourNews”…
İsrail Təbriz aeroportunu VURDU

İsrail Təbriz aeroportunu VURDU

Təbriz şəhəri ətrafında partlayış səsləri eşidilib. Proses.az xəbər verir ki, bu barədə İranın “Mehr” xəbər agentliyi məlumat yayıb. Bildirilir ki, İsrail…
SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

SON DƏQİQƏ: Ermənistanda sabiq baş nazir SAXLANILDI

Ermənistanın sabiq baş naziri Ovik Abramyan saxlanılıb. Bu barədə Korrupsiyaya Qarşı Mübarizə Komitəsinin mətbuat xidməti məlumat yayıb. Daxil olan məlumatlara görə,…
“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın futbolçusu hamilə xanımı ilə FOTOlarını paylaşdı

“Qarabağ”ın xorvatiyalı qapıçısı Fabian Buntiç instaqram hesabında paylaşım edib. O, hamilə olan xanımı Cennifer Buntiçlə fotolarını paylaşıb. Buntiç paylaşıma “The…
Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Zaxarova erməni jurnalistə “yerini göstərdi”

Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin bugünkü iclasında növbəti dəfə erməni jurnalistlərlə rəsmi nümayəndə Mariya Zaxarova arasında mübahisə yaşanıb. Proses.az Trend-ə…
Yasda ehsan verənlər cərimələnə bilər?

Yasda ehsan verənlər cərimələnə bilər?

Azərbaycanın bir çox rayonunda yas mərasimlərində ehsan verilməsi qadağan edilib. Hətta bəzi bölgələrdə bu hal aşkarlanırsa, vətəndaşlar cərimələnir. Maraqlıdır, vətəndaşlar…
Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Anar Mədətov Mahirin soyadını dəyişməsindən DANIŞDI

Tanınmış prodüser Anar Mədətov açıqlaması ilə diqqət çəkib. “Maqazin Plus”a danışan prodüser məşhur futbolçu oğlu Mahir Emrelidən danışıb. O, övladının…
Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona bakal atdı

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib – Ona…

Sumqayıtın Nizami küçəsində yerləşən “Park Palace” şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.…
Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Gecə satışa çıxan “əlimyandı” maşınlar – “Başağrısı” istəmirsinizsə…

Son zamanlar avtomobil alqı-satqısı ənənəvi maşın bazarından çox sosial şəbəkələrə keçib. Xüsusilə gecə saatlarında paylaşılan elanlarda “cekpot”, “əlimyandı”, “şansı qaçırma”…
Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda qaz və işıq limiti LƏĞV EDİLİR?

Azərbaycanda “Qaz təchizatı haqqında” yeni qanun layihəsi də hazırlanıb. Qanun qazın nəqli, paylanması, saxlanması, satışı, idxalı, istehlakı və qaz qurğularının…
Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinət və təqaüdlərin artırılması ilə bağlı SEVİNDİRİCİ XƏBƏR!

Sosial müavinətlərin və təqaüdlərin artırılması ilə bağlı sənəd imzalandıqdan sonra bir sıra və uşağın doğulmasına görə verilən müavinətlərin də artıb…
Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Xanəndələr canlı efirdə barışdılar – VİDEO

Əməkdar artistlər İlkin Əhmədovla Nigar Şabanova arasında küsülülüyə son qoyublar. Efirlərin birində qonaq qolan xanəndələr canlı yayımda barışdıqlarını nümayiş etdiriblər.…
“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

“Narkoman deyiləm, gül kimi qızam” – Fotolar

Narkotik ittihamı ilə mühakimə edilən, özünü şair və tiktoker kimi təqdim edən İlhamə Elşadqızının cinayət işi üzrə məhkəmə araşdırması davam edir.…
Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Nazir Ramin İsrafilovu idarə rəisi təyin etdi – FOTO

Müdafiə Sənayesi Nazirliyinin nəzdində “Mərkəzi Təminat və Marketinq İdarəsi” MMC-yə yeni rəis təyin edilib. Proses.az “Qaynarinfo”ya istinadla xəbər verir ki,…