• 31.01.2025 19:08

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bu sahədə çalışanların iş saatı DƏYİŞDİRİLİR: Dövlət işçilərinə MÜHÜM XƏBƏR

Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsi məqsədilə dövlət orqanları, təhsil və tibb müəssisələrinin iş rejimi dəyişdiriləcək. Bu, Prezident İlham Əliyevin sərəncamı ilə təsdiqlənən “Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı” çərçivəsində həyata keçiriləcək.

Proqrama əsasən, 2025-2026-cı illərdə dövlət qurumları, təhsil və tibb müəssisələri, eləcə də digər hüquqi və fiziki şəxslərin iş rejimi dəyişkən iş qrafiki əsasında təşkil ediləcək. Müvafiq siyahılar Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB tərəfindən təsdiqlənəcək.

Yeni sistemin əsas məqsədi paytaxtda nəqliyyat sıxlığını azaltmaq və şəhərdaxili hərəkəti tənzimləməkdir. Bəs dəyişkən iş qrafiki konkret necə tətbiq olunacaq və hansı saatlarda iş başlanacaq?

Məsələ ilə bağlı Hüquqi və Demokratik İslahatlar Mərkəzinin sədr müavini Elçin Bayramlı Ajans.az-a açıqlamasında bildirib ki, işə başlama saatlarının fərqləndirilməsi qaçılmazdır.

“Bakıda nəqliyyat və piyadaların hərəkətində ciddi problemlər yaşanır. Şəhərdə səhər və axşam saatlarında böyük sıxlıq yaranır. Bunun əsas səbəbi iş yerlərinin, təhsil müəssisələrinin və digər obyektlərin eyni saatda fəaliyyətə başlaması və eyni saatda bağlanmasıdır. Nəticədə nəqliyyat şəbəkəsi həddindən artıq yüklənir, metro və avtobuslarda dözülməz sıxlıq yaranır. Buna görə də ən azı iş saatlarının 1-2 saat fərqlə təşkil edilməsi vacibdir.”

Elçin Bayramlının fikrincə, bəzi iş yerlərində işin səhər saatlarında başlaması məcburidir. Lakin bəzi qurumlar və müəssisələrdə işin bir qədər gec başlaması mümkündür.

“Müəyyən iş yerləri üçün saat 08:00-dan, digərləri üçün isə saat 10:00-dan başlamaq olar. Təhsil müəssisələrində də dərs saatlarının 09:30 yox, 10:30-dan başlaması mümkündür. Bu dəyişiklik nəqliyyat axınının bərabər paylanmasına kömək edəcək və sıxlığın azalmasına səbəb olacaq.”

Ekspert vurğulayıb ki, təkcə iş qrafikinin dəyişdirilməsi ilə problem həll olunmayacaq. Bakı şəhərində nəqliyyat infrastrukturunun köklü şəkildə yenidən qurulması vacibdir:

Şəhərin müxtəlif hissələrinə yeni metro xətlərinin çəkilməsi vacibdir. Alternativ nəqliyyat vasitələrinin inkişaf etdirilməsi tıxacların qarşısını ala bilər. Bundan əlavə Bakıya olan miqrasiyanın azaldılması üçün bölgələrdə iş imkanlarının və sosial infrastrukturun genişləndirilməsi lazımdır.

Elçin Bayramlı əlavə edib ki, şəhərin tikintisi və planlaşdırılması müəyyən normalara uyğun aparılmalıdır. Bakı sürətlə böyüyür və bununla bağlı yeni strategiyalar hazırlanmalıdır.

Qeyd edək ki, dəyişkən iş qrafikinin tətbiq olunması ilə bağlı Nazirlər Kabineti, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Elm və Təhsil Nazirliyi, Səhiyyə Nazirliyi və TƏBİB müvafiq siyahılar hazırlayacaq. Bu siyahıya uyğun olaraq fərqli sektorlar üçün müxtəlif iş saatları müəyyən ediləcək.

DİGƏR XƏBƏRLƏR

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs edildi

İmişlidə “Georgi lenti” ilə çıxış edən Saleh Səmədov həbs…

Faşizm üzərində Qələbə günü – mayın 9-da tədbirdə SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış…
İyunun ilk gününün HAVASI

İyunun ilk gününün HAVASI

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Proses.az xəbər verir ki, bu barədə Milli…
Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına REAKSİYA

Teatrda qalmaqal: Füzuli Hüseynovdan töhmət və şuradan uzaqlaşdırılma qərarına…

Əməkdar artist Füzuli Hüseynov Akademik Milli Dram Teatrının Bədii Şurasının üzvlüyündən kənarlaşdırılması və ona töhmət verilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.…
Pensiya ilə bağlı vacib AÇIQLAMA

Pensiya ilə bağlı vacib AÇIQLAMA

Azərbaycanda vətəndaşların əmək pensiyası hüququ qanunvericiliklə tənzimlənir və bu sahədə müəyyən şərtlər və mexanizmlər mövcuddur. Bəzi hallarda vətəndaşların pensiya almaq…
Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid edir

Danlanın keçmiş sevgilisi başına bəla oldu – Ölümlə təhdid…

Tanınmış sosial media fenomeni Danla Biliç keçmiş sevgilisi Berk Çətin tərəfindən zorakılığa və ölüm təhdidlərinə məruz qaldığını bildirib. Biliçin hüquqi mübarizəsi…
Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməliyyat keçirdi – 9 kiloqram narkotik aşkarlandı

Polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə davam etdirilir. DİN-in Mətbuat xidmətindən verilən xəbərə görə, Abşeron və Sabunçu…
“Vaz”la motosiklet toqquşdu – Ölən var

“Vaz”la motosiklet toqquşdu – Ölən var

Zaqatala rayonunun Üçüncü Tala kəndi ərazisində “Vaz-2106” və motosiklet toqquşub. “Qafqazinfo” nun məlumatına görə, hadisə nəticəsində motosikletin 27 yaşlı sürücüsü Şükür…
Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Günel vəfat edən müğənni ilə yazışmalarını paylaşdı – VİDEO

Xəbər verdiyimiz kimi, süd vəzi xərçənginə qalib gəldikdən sonra beynində şiş aşkarlanan müğənni Şimal Gülən vəfat edib. Axşam.az-ın məlumatına görə, müğənni…
DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə bildirin

DİN əhaliyə XƏBƏRDARLIQ etdi – Bu halda mütləq polisə…

Mayın 30-da bir sıra şəxslərin bank kartlarından kiber üsullarla pul vəsaitləri oğurlanıb. Proses.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi…
Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

Tanınmış azərbaycanlı bloqer özünə bahalı maşın ALDI – VİDEO

“By_guniiii” ləqəbli tanınmış bloqer Günay Mehdiyevanın paylaşıımı marağa səbəb olub. Model və aktrisa kimi də fəaliyyət göstərən Günay özünə yeni…
Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada dəhşətli QƏZA: Üç azərbaycanlı gənc həlak oldu

Rusiyada yol-nəqliyyat hadisəsində həlak olan 3-cü azərbaycanlının şəxsiyyəti məlum olub. Oxu.Az-ın məlumatına görə, qəzada ölən Ağstafa rayonunun Muğannı kənd sakini,…
Beşinci övladı ölü doğuldu – Video

Beşinci övladı ölü doğuldu – Video

Kürdəmirdə 32 yaşlı hamilə qadının uşağı ana bətnində ölüb. Musavat.com Xezerxeber.az-a istinadən xəbər verir ki, rayonun Çöl-Ərəb kənd sakini Rüfanə…
Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Yeniyetmə və gəncin öldüyü qəzada – Hökm oxundu

Biri yeniyetmə olmaqla iki nəfərin ölümü ilə nəticələnən yol qəzası ilə bağlı hökm oxunub. “Qafqazinfo”nun məlumatına görə, qəzaya səbəb olan…
Xəzərdə zəlzələ oldu

Xəzərdə zəlzələ oldu

Xəzər dənizində zəlzələ olub. Proses.az Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, zəlzələ yerli vaxtla saat 09:02-də qeydə alınıb.…
Tanınmış müğənni vəfat etdi – FOTO

Tanınmış müğənni vəfat etdi – FOTO

Gəncədə tanınmış müğənni Alim Gəncəli vəfat edib. Proses.az “Teleqraf”a istinadla xəbər verir ki, bir müddətdir onun səhhətində ciddi problemlər var…