- 02.02.2025 20:13
Konfransda yuxulayan səfir işdən çıxarıldı – FOTO
İspaniyanın xarici işlər naziri Xose Manuel Albares ölkənin Belçikadakı səfiri Alberto Antonu Madriddə illik diplomatik konfransda çıxışı zamanı yuxuya getdiyinə görə işdən çıxarıb.
Bu barədə İspaniya mediası yazıb.
Yatmış səfir hadisəni lentə alan operatorlar tərəfindən çəkilib, bundan sonra sosial şəbəkələrdə əsnəyərək yatan Alberto Antonun qısa videoları yayımlanıb.
Qeyd edək ki, İspaniyada Albares işə sərt yanaşmasına görə qeyri-rəsmi olaraq “Balaca Napoleon” adlandırılır. /Unikal