- 02.02.2025 20:23
Küçədən pişik balası bilib götürdüyü heyvan böyüdükdə ŞOK oldu – VİDEO
Təbiətə və heyvanlara qarşı həssaslığı ilə tanınan şəxs yol kənarında yaralı vəziyyətdə tapdığı heyvan balanı xilas etmək üçün evinə gətirib.
İlk baxışda pişik balasının olduğunu zənn edən heyvansevər ona sevgi və qayğı ilə baxmağa başlayıb.
Lakin bu hekayə şok edici sonluqla başa çatıb. Bala böyüdükdə isə tülkü olduğu məlum olub. Zamanla heyvanın quyruğu uzanıb, üz cizgiləri kəskinləşib və hərəkətləri daha vəhşi hal alıb.
Buna baxmayaraq, onu müalicə etdirib və daha sonra evində bəsləməyə davam edib./Milli.az/