- 02.02.2025 20:27
Məşhur aktrisa: “Bir kişi ilə davamlı şəkildə eyni yatağa girmək istəmirəm” – VİDEO
Türkiyəli məşhur aktrisa Akasya Asıltürkmen açıqlaması ilə diqqətləri üzərinə çəkib.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, onun televiziya proqramında etdiyi evlilik şərhi ilə sosial mediada böyük müzakirələrə səbəb olub. Asıltürkmenin “Bir kişi ilə davamlı şəkildə eyni yatağa girmək istəmirəm” sözləri sosial mediada geniş müzakirələrə səbəb olub.
Bir müddətdir ekranlardan uzaq olan aktrisa “Balçiçek ilə Bu Gecə” proqramına qonaq olub. Proqramda diqqət çəkən şərhlər verən Akasya evlilik mövzusunda da çox danışılan bir fikir səsləndirib.
Proqramda “Təkmi, yoxsa həyat yoldaşı ilə yatmaq daha rahatdır?” sualına Asıltürkmen “Bir kişi ilə davamlı eyni yatağa girmək məcburiyyətində olmaq istəmirəm” cavabını verib.
Aparıcı Balçiçek İlter bu cavab qarşısında təəccüblənərək “Niyə məcbur olasınız?” sualını verib. Asıltürkmen isə “Çünki eyni yataq. Artıq evlisiniz. Yalnız bir otaq var” deyə izah edib.
Məşhur aktrisanın açıqlaması sosial mediada iki fərqli mövqedə olan istifadəçilərin sırasında şərhlərində Asıltürkmenə haqq verənlər də olub, bunun mənasız olduğunu müdafiə edənlər də…