- 02.02.2025 20:37
“Qarabağ”ın futbolçusundan möhtəşəm qol – Video
Azərbaycan Premyer Liqasının 21-ci turunda “Qarabağ” “Zirə”nin qonağıdır.
“Qafqazinfo” xəbər verir ki, ağdamlıların yarımmüdafiəçisi Patrik Andrade 42-ci dəqiqədə möhtəşəm qol vurub.
Onun “Zirə”nin qapısına endirdiyi zərbə gözəl alınıb. Qeyd edək ki, hazırda matçda fasilədir və “Qarabağ” 2:0 üstünlüyə sahibdir.
Patrik Andradenin fantastik qolunu təqdim edirik: