• 03.02.2025 10:37

SON DƏQİQƏ: Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirilib – VİDEO

SON DƏQİQƏ: Azərbaycanda terrorçu qruplaşma zərərsizləşdirilib – VİDEO

Azərbaycan Respublikası ərazisində beynəlxalq terror təşkilatları ilə əlaqəli olan radikal dini-ekstremist qruplaşma üzvlərinin terror-təxribat əməllərinin müəyyən edilməsi və qanunazidd fəaliyyətlərinin qarşısının alınması istiqamətində Dövlət Təhlükəsizliyi Xidməti və Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən birgə kompleks tədbirlər görülmüşdür.

Musavat.com xəbər verir ki, bu barədə DTX məlumat yayıb.

Həyata keçirilmiş əməliyyat-istintaq tədbirləri ilə əvvəllər “Meşə qardaşları” adlı terror qruplaşmasının fəaliyyətində iştirak etdiyinə görə məhkum olunmuş Qədir Hacıyevin Qusar rayon sakinləri – Kamran Kərimxanov, Ümüd Güləliyev, Valerik Adilov, Riyad Səfərəliyev, Rövşən Laçınov, Nazim Zəkiyev və qeyriləri ilə cinayət əlaqəsinə girməsi, onların birlikdə Qusar rayonu ərazisində terror aktları hazırlamaları, həmin rayonun Hil, Cibir və Yasab kəndlərini əhatə edən meşə massivində yeraltı sığınacaqlar yaratmaları, bu sığınacaqları silah-sursat, partlayıcı maddələr, texniki qurğular və digər zəruri ləvazimatlarla təchiz etmələri təsbit olunmuşdur. İlkin mərhələdə, qruplaşma üzvü olan Əlipaşa Kamilovun yeri müəyyən edildikdən sonra istintaqa cəlb edilməsi məqsədilə keçirilmiş əməliyyat zamanı o, Qusar şəhərində gizləndiyi ünvanda xüsusi təyinatlı əməkdaşlara silahlı müqavimət göstərərək 2 ədəd “RGO-78” markalı əl qumbarası atmış, nəticədə xüsusi təyinatlılardan biri yaralanmış, Əlipaşa Kamilov isə zərərsizləşdirilmişdir. Davam etdirilən əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunmuş, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri – Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olmuşlar. Aşkar edilmiş sığınacaqlara keçirilən baxış zamanı oradan partlayıcı qurğuların hazırlanması üçün nəzərdə tutulan torf, aseton, detonatorlar, məsafədən idarə edilə bilən partlayıcı mexanizmlər, qəlpə qismində istifadə edilən armatur və qurğuşun hissələri, 2 ədəd “Kalaşnikov” avtomatı, 3 ədəd ov tüfəngi, patronlar və avtomat güllələri, eləcə də beynəlxalq səviyyədə terror təşkilat kimi tanınmış qanunsuz silahlı birləşmənin simvolu olan bayraq müəyyən edilərək götürülmüşdür. Həmçinin, görülmüş təxirəsalınmaz tədbirlərlə terrorçu qruplaşmanın üzvlərindən olan Nazim Zəkiyevin Hil kəndinin yaxınlığında yerləşən fermada, Kamran Kərimxanov və Rövşən Laçınovun isə Hil kəndi ərazisində gizlənmələri müəyyənləşdirilmiş və onlar hüquq-mühafizə orqanlarının əməkdaşlarına qarşı silahlı müqavimət göstərərkən zərərsizləşdirilmişlər. Araşdırmalarla cinayətkar birliyə daxil olan şəxslərin dairəsi, təşkilatlanma forması, təchizatı, planları ilə bağlı detallar və dəlillər müəyyən edilmişdir. Qanunsuz olaraq amonium-nitrat, güclü yandırıcı xüsusiyyətə malik torf, detonatorlar və od ötürən qaytanlar əldə edib onlardan istifadə etməklə kustar üsulla partlayıcı qurğular hazırlayan və onları Qusar şəhərində yerləşən “Motel” adlı qonaq evində və onun yaxınlığındakı avtoyuma məntəqəsinin damında gizlədərək saxlayan Etibar Əhmədov qeyd olunan əməlləri davam etdirərkən həmin qurğuların partlaması nəticəsində xəsarət almışdır. Habelə, Qusar rayon sakinləri olan Şərafəddin Mahmudov, Etibar Əhmədov və qeyrilərinin Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmayan silahlı birləşmənin fəaliyyətində iştiraklarına, o cümlədən bu silahlı birləşməni partlayıcı maddələrlə və digər ləvazimatlarla təchiz etmələrinə əsaslı şübhələr müəyyən edilmişdir. Qeyd olunan cinayətkar dəstənin üzvləri – Etibar Əhmədov, Rəhim Mirzəbəyov, David Rəşidov, Şərafəddin Mahmudov, Abugül Babayev və Elçin Əlirzayev Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 28,214.2.1, 28,214.2.3, 28,214.2.6-cı (cinayətkar birlik (cinayətkar təşkilat) halında odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə dini düşmənçilik, dini radikalizm və dini fanatizm zəminində terrorçuluğa hazırlıq) və digər maddələri ilə istintaqı aparılan cinayət işi üzrə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb edilərək, məhkəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilmişdir. Hazırda cinayət işləri üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.

DİGƏR XƏBƏRLƏR

Küçədə gedən gənc qızı gözündən vurub TANINMAZ HALA saldı – VİDEO

Küçədə gedən gənc qızı gözündən vurub TANINMAZ HALA saldı…

Türkiyənin Kahramanmaraş şəhərində küçədə gedərkən gənc qız bir kişi tərəfindən yumruqla hücuma məruz qalıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir…
Erməni həkimdən ETİRAF: azərbaycanlı körpələr qəsdən öldürülüb – VİDEO

Erməni həkimdən ETİRAF: azərbaycanlı körpələr qəsdən öldürülüb – VİDEO

Stavropoldan olan erməni həkimi Olga azərbaycanlı xəstələrinin uşaqlarını qəsdən öldürdüyünü bildirib. Milli.Az xəbər verir ki, bu barədə “Bez tormozov” telegram…
Banka borcu olanların NƏZƏRİNƏ: 1 il vaxtınız var…

Banka borcu olanların NƏZƏRİNƏ: 1 il vaxtınız var…

Müştərilərin bankdan götürdükləri kreditlə bağlı bəzən problemlər yaranır. Məsələn, kimsə biznes qurmaq üçün borclanır, bir başqası ev almaq üçün ipotekaya…
Suriya prezidenti Türkiyəyə gəlir – Tarix açıqlandı

Suriya prezidenti Türkiyəyə gəlir – Tarix açıqlandı

Suriya prezidenti Əhməd əl-Şəraa fevralın 4-də Türkiyəyə rəsmi səfər edəcək. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının…
Aktrisa qripdən ÖLDÜ

Aktrisa qripdən ÖLDÜ

Tayvanlı aktrisa Barbie Xu qripə yoluxduqdan sonra 49 yaşında vəfat edib. Bu barədə ştatın Mərkəzi İnformasiya Agentliyi aktrisanın ailəsinə istinadən…
Xaşa görə QALMAQAL: “Çox böyük qələt edirlər”

Xaşa görə QALMAQAL: “Çox böyük qələt edirlər”

Əməkdar artist Vasif Məhərrəmlinin “Günə bax” verilişində xaşın hambal yeməyi olduğunu deməsi müzakirələrə səbəb olub. Sitat: “Mən xaşı limonla yeyirəm. Xaş…
Bakıda müəllim faciəli şəkildə öldü

Bakıda müəllim faciəli şəkildə öldü

Bakıda müəllim faciəli şəkildə həlak olub. 54 nömrəli tam orta məktəbin müəllimi Məryəm Fərmayıl qızı Novruzova avtomobil qəzasında dünyasını dəyişib.…
“Özümü paylaşıram ki, gözünüz gözəllik görsün” – VİDEO

“Özümü paylaşıram ki, gözünüz gözəllik görsün” – VİDEO

Tanınmış psixoloq Samirə Bağırova paylaşımları ilə bağlı irəli sürülən iradlara münasibət bildirib. O bildirib ki, qəşəng olduğu üçün özünü paylaşır.…
Yeni dövlət rüsumları müəyyənləşdi – Prezident təsdiqlədi

Yeni dövlət rüsumları müəyyənləşdi – Prezident təsdiqlədi

Yeni dövlət rüsumları müəyyənləşib. Proses.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında Qanuna dəyişiklikdə əksini tapıb.…
Prezident rektoru vəzifəsindən azad etdi – Sərəncam

Prezident rektoru vəzifəsindən azad etdi – Sərəncam

Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Medianews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.…
Vətən müharibəsi qazisi Rusiyada öldü

Vətən müharibəsi qazisi Rusiyada öldü

Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Hüseyn Rusiyada…
İtkin şəhidin məzarı 32 il sonra TAPILDI

İtkin şəhidin məzarı 32 il sonra TAPILDI

Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra tapılıb və bu barədə ailəsinə xəbər verilib.…
Qüdrət İsaqov vəfat etdi

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. Proses.az xəbər verir ki, bu…
Unun satış qiyməti artdı

Unun satış qiyməti artdı

Azərbaycanda unun topdansatışı ilə məşğul olan “ATS MİLL” MMC qiymətləri artırıb. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət unun topdansatış…
Əli Əhmədova yeni köməkçi TƏYİN EDİLDİ – FOTO

Əli Əhmədova yeni köməkçi TƏYİN EDİLDİ – FOTO

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədova yeni köməkçi təyin edilib. İsgəndər-zadə Mustafayev Milli Məclis Sədrinin birinci müavininin köməkçisi təyin…