• 03.02.2025 22:17

Xaşa görə QALMAQAL: “Çox böyük qələt edirlər”

Xaşa görə QALMAQAL: “Çox böyük qələt edirlər”

Əməkdar artist Vasif Məhərrəmlinin “Günə bax” verilişində xaşın hambal yeməyi olduğunu deməsi müzakirələrə səbəb olub.

Sitat: “Mən xaşı limonla yeyirəm. Xaş hambal yeməyidir. 20-ci əsrin əvvəlində İrandan axın edənlər içərisində əziyyət çəkən hamballar var idi. Onlar o vaxta qədər qoyunun, dananın başı ilə ayağını atırmışlar. Hansısa bir novator hambal onu bişirir, xaş olur”.

Xatırladaq ki, bu iddialar vaxtaşırı yayılıb. Bildirilir ki, heyvanın istifadə olunmayan, atılan əzalarını bişirib hamballara verirmişlər. Kalorili olduğu üçün bu qida onları tox tuturmuş.

Bəzi iddialara görə isə keçmişdə xaşı xanlar, bəylər yeyib.

Bunların hansı doğrudur?

Proses.az bildirir ki, Globalinfo.az-a danışan Azərbaycan Milli Kulinariya Mərkəzinin sabiq direktoru Tahir Əmiraslanov Vasif Məhərrəmlinin onun üçün hörmətli və əziz insan olduğunu vurğulayıb.

O deyib ki, yemək məsələsi ifaçının sənəti ilə bağlı olmadığı üçün təbii ki, səhv edə bilər:

“Məntiqlə rəiyyət, qara camaat və ya kasıblar üçün olan yeməklərin reseptləri adətən saray aşpazlarının mətbəx kitablarına düşmür və düşməməlidir. Bunlar bir az məntiqi kənara qoyurlar. Deməli, Çingiz xan üçün yazılmış uyğur aşpazın kitabında xaş var və hətta Çingiz xanın xaşı çox sevdiyini deyirlər. Sultan Məhməd Fateh də xaşı çox sevirdi. Saray aşpazlarının kitabında bu xörək “baş-ayaq”, “kəllə-paça”, “paça”, “xaş” və müxtəlif adlarla dəfələrlə təkrar olunur. Baxsanız, görəcəksiniz ki, Nizami Gəncəvi 12-ci əsrdə yazdığı “İskəndərnamə” əsərində İskəndərin qara qoyunun baş-ayağından hazırlanmış xaşdan ləzzətlə yediyini yazır. Bu, adi yemək olsaydı onu İskəndərə aid etməzdi. XV əsrdə Sultan Muradın azərbaycanlı baş aşpazı Məhməd Şirvaninin kulinariya kitabında onlarla xaş növü var. Saray aşpazlarının kitablarında bu yemək xüsusi yer tutur”.

Mütəxəssis xaşın kasıbların, yetim-yesirlərin yeməyi olması haqda yazılan əfsanələrin olduğunu qeyd edib:

“Bu, vaxtilə ermənilər tərəfindən yazılmışdı, yayılırdı, indi də yayılır. Bunu da öz milli yeməkləri etməyə çalışırlar. Guya türklər bunları yeməyib, atıb deyə onlar da götürüb, ondan yemək icad ediblər, bişiriblər. Amma çox böyük qələt edirlər. Çünki 100 kiloqramlıq dana kəsilərdisə, onun 10 kilosu baş-ayaq və içalat, qalanı ət olardı. Çox məhsulun qiyməti isə ucuz olur. Biz saray mətbəxinin dəftərlərinə baxanda orada sultanlar, şahlar, xanlar üçün kəllə-paça, baş-ayaq, içalat, qara ciyər alındığını görürük. Sarayda ciyər kababı verilirdi. Ondan başqa da xaş və bəzi növ yeməklər toylarda təqdim olunurdu. Əsasən də döyüşçülərə verilirdi, çünki güclü yeməkdir. İndi deyirlər ki, guya şahlarımız yeyib-içib, sarayda yatmaqla məşğul olublar. Amma elə deyil. Onlar səhərdən axşama kimi həm oxuyurdular, həm məşq edirdilər, həm döyüşlərdə olurdular. Bizim şahlarımızın çoxu döyüşçü idi. Sizcə, Şah İsmayıl Xətai güclü yemək yeməsəydi, əlindəki qılıncla topun lüləsini kəsməyi bacarardımı? Xaşla bağlı olan söhbətlər yanlışdır və bunu yığışdırmaq lazımdır. Nəzərə almaq lazımdır ki, xaş da digər yeməklərimiz kimi Ermənistanın rəsmi, milli irs saytının içində 250 xörəyimizlə bir yerdə yerləşdirilib. Bunu mühafizə etmək əvəzinə, səs-küy yaratmasınlar”.

Tahir Əmiraslanov deyib ki, ümumiyyətlə, hər kəs öz sənəti, öz işi ilə məşğul olsun:

“Mən gedib, başqasının yerinə nə mahnı ifa edə bilərəm, nə xarrat, nə dəmirçi ola bilərəm. Ona görə də o sahələrdə fikir yürütməyin həmin sənətkarlara verilməsi yaxşı olar. Vasif Məhərrəmov fikir söyləyib və onun səhv etmək haqqı var. Çünki o, aşpaz deyil. Bunu tirajlamaq lazım deyildi”.

DİGƏR XƏBƏRLƏR

Küçədə gedən gənc qızı gözündən vurub TANINMAZ HALA saldı – VİDEO

Küçədə gedən gənc qızı gözündən vurub TANINMAZ HALA saldı…

Türkiyənin Kahramanmaraş şəhərində küçədə gedərkən gənc qız bir kişi tərəfindən yumruqla hücuma məruz qalıb. Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir…
Erməni həkimdən ETİRAF: azərbaycanlı körpələr qəsdən öldürülüb – VİDEO

Erməni həkimdən ETİRAF: azərbaycanlı körpələr qəsdən öldürülüb – VİDEO

Stavropoldan olan erməni həkimi Olga azərbaycanlı xəstələrinin uşaqlarını qəsdən öldürdüyünü bildirib. Milli.Az xəbər verir ki, bu barədə “Bez tormozov” telegram…
Banka borcu olanların NƏZƏRİNƏ: 1 il vaxtınız var…

Banka borcu olanların NƏZƏRİNƏ: 1 il vaxtınız var…

Müştərilərin bankdan götürdükləri kreditlə bağlı bəzən problemlər yaranır. Məsələn, kimsə biznes qurmaq üçün borclanır, bir başqası ev almaq üçün ipotekaya…
Suriya prezidenti Türkiyəyə gəlir – Tarix açıqlandı

Suriya prezidenti Türkiyəyə gəlir – Tarix açıqlandı

Suriya prezidenti Əhməd əl-Şəraa fevralın 4-də Türkiyəyə rəsmi səfər edəcək. Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının…
Aktrisa qripdən ÖLDÜ

Aktrisa qripdən ÖLDÜ

Tayvanlı aktrisa Barbie Xu qripə yoluxduqdan sonra 49 yaşında vəfat edib. Bu barədə ştatın Mərkəzi İnformasiya Agentliyi aktrisanın ailəsinə istinadən…
Bakıda müəllim faciəli şəkildə öldü

Bakıda müəllim faciəli şəkildə öldü

Bakıda müəllim faciəli şəkildə həlak olub. 54 nömrəli tam orta məktəbin müəllimi Məryəm Fərmayıl qızı Novruzova avtomobil qəzasında dünyasını dəyişib.…
“Özümü paylaşıram ki, gözünüz gözəllik görsün” – VİDEO

“Özümü paylaşıram ki, gözünüz gözəllik görsün” – VİDEO

Tanınmış psixoloq Samirə Bağırova paylaşımları ilə bağlı irəli sürülən iradlara münasibət bildirib. O bildirib ki, qəşəng olduğu üçün özünü paylaşır.…
Yeni dövlət rüsumları müəyyənləşdi – Prezident təsdiqlədi

Yeni dövlət rüsumları müəyyənləşdi – Prezident təsdiqlədi

Yeni dövlət rüsumları müəyyənləşib. Proses.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Dövlət rüsumu” haqqında Qanuna dəyişiklikdə əksini tapıb.…
Prezident rektoru vəzifəsindən azad etdi – Sərəncam

Prezident rektoru vəzifəsindən azad etdi – Sərəncam

Rüfət Əzizov Sumqayıt Dövlət Universitetinin rektoru vəzifəsindən azad edilib. Medianews.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev Sərəncam imzalayıb.…
Vətən müharibəsi qazisi Rusiyada öldü

Vətən müharibəsi qazisi Rusiyada öldü

Vətən müharibəsi qazisi, Ağsu rayon sakini Hüseyn Hüseynli vəfat edib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Hüseyn Rusiyada…
İtkin şəhidin məzarı 32 il sonra TAPILDI

İtkin şəhidin məzarı 32 il sonra TAPILDI

Birinci Qarabağ müharibəsində şəhid olmuş Müşfiq İbrahim oğlu Quliyevin məzarı 32 ildən sonra tapılıb və bu barədə ailəsinə xəbər verilib.…
Qüdrət İsaqov vəfat etdi

Qüdrət İsaqov vəfat etdi

Tanınmış alim, ETN Fizika İnstitutunun laboratoriya müdiri fizika-riyaziyyat elmləri doktoru, professor Qüdrət İsaqov vəfat edib. Proses.az xəbər verir ki, bu…
Unun satış qiyməti artdı

Unun satış qiyməti artdı

Azərbaycanda unun topdansatışı ilə məşğul olan “ATS MİLL” MMC qiymətləri artırıb. Proses.az iqtisadiyyat.az-a istinadən xəbər verir ki, şirkət unun topdansatış…
Əli Əhmədova yeni köməkçi TƏYİN EDİLDİ – FOTO

Əli Əhmədova yeni köməkçi TƏYİN EDİLDİ – FOTO

Milli Məclisin sədrinin birinci müavini Əli Əhmədova yeni köməkçi təyin edilib. İsgəndər-zadə Mustafayev Milli Məclis Sədrinin birinci müavininin köməkçisi təyin…
Plastik cərrahlarla bağlı Nazirliyə 62 dəfə şikayə edilib – RƏSMİ

Plastik cərrahlarla bağlı Nazirliyə 62 dəfə şikayə edilib –…

Səhiyyə Nazirliyi yanında yaradılan Təftiş Komissiyasına müraciət müddəti 31 yanvar tarixində sona çatıb. Göstərilən tarixədək Səhiyyə Nazirliyinə 82 mütəxəssis tərəfindən…