- 03.02.2025 22:18
Suriya prezidenti Türkiyəyə gəlir – Tarix açıqlandı
Suriya prezidenti Əhməd əl-Şəraa fevralın 4-də Türkiyəyə rəsmi səfər edəcək.
Milli.Az xarici mediaya istinadla xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin rəhbəri Fəxrəddin Altun sosial şəbəkə hesablarında bu barədə məlumat yayıb.
Səfər Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə baş tutacaq.Görüş zamanı Suriyadakı son hadisələr, iqtisadiyyatın bərpası, davamlı sabitlik və təhlükəsizliyin təmin edilməsi mövzuları müzakirə olunacaq.
İki ölkə arasında birgə atılacaq addımlar dəyərləndiriləcək.