- 03.02.2025 22:27
Küçədə gedən gənc qızı gözündən vurub TANINMAZ HALA saldı – VİDEO
Türkiyənin Kahramanmaraş şəhərində küçədə gedərkən gənc qız bir kişi tərəfindən yumruqla hücuma məruz qalıb.
Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, yolda gedərkən tanımadığı şəxsin yumruqla hücumuna məruz qalan 23 yaşlı Nisa Akdere yaşadığı qorxulu anlardan danışıb.
Təhlükəsizlik kamerasına düşən bu dəhşətli hücumda sol gözündən ağır yaralanan gənc qız həmin şəxsin sərbəst buraxılmasına üsyan edir və ədalətin bərqərar olmasını istəyir.