• 19.02.2025 09:45

Azərbaycanlı xanımın ABŞ-dəki böyük uğuru – FOTO

Azərbaycanlı xanımın ABŞ-dəki böyük uğuru – FOTO

Həmyerlimiz Ula Rüstəmovanın ABŞ-də qurucusu olduğu Level Zero Health startapı ilkin investisiya raundunu tamamlayıb. Level Zero Health hormonların davamlı monitorinqi üçün cihaz hazırlayır.

Medianews.az tech.az-a istinadən yazır ki, qadınların təsis etdiyi tibbi cihaz startapı Level Zero Health hormonların davamlı monitorinqini təmin edəcək innovativ cihaz hazırlamaq məqsədilə fəaliyyətini genişləndirir. Cəmi bir ildən bir qədər çox yaşı olmasına baxmayaraq, startap 6,9 milyon dollar həcmində ilkin maliyyələşdirmə raundunu uğurla tamamlayıb. Startap invaziv qan analizlərinə ehtiyacı aradan qaldırmağı və hormon balanssızlığı ilə əlaqəli xəstəliklər üçün yeni müalicə üsulları, eləcə də fərdi dozalanan hormonal kontraseptivlər kimi innovativ həllər üzərində tədqiqatları dəstəkləməyi hədəfləyir.

Startapın həmtəsisçisi və baş direktoru Ula Rüstamova, bu texnologiyanın bazarda tamamilə yeni bir kateqoriya formalaşdıra biləcəyini bildirir:

“İnvestorlarımızdan biri dedi ki, elə startaplar var ki, mövcud texnologiyalara sadəcə üzlük (wrapper) əlavə edirlər, amma siz isə tamamilə yeni bir texnologiya yaradırsınız.” O, davam edir:

“Məqsəd tamamilə yeni bir bazar formalaşdırmaqdır. Eyni şəkildə, davamlı qlükoza monitorları (CGM) də sıfırdan milyardlarla dollar dəyərində bir bazar yaratdı. Bizim cihaz da ümid edirik ki, bu sahədə yeni startapların yaranmasına təkan verəcək və növbəti onilliklərdə geniş təsirə malik olacaq.”

Tibbi cihazların inkişafı və bazara çıxarılması uzunmüddətli prosesdir. Level Zero Health da bu məqsədə tədricən çatmağı planlaşdırır. Startap ilkin mərhələdə tək istifadəyə yararlı, həkim resepti ilə təyin edilə bilən bir məhsul üzərində işləyir. Prototipi artıq hazırlanmış bu cihazın gələn il istifadəyə verilməsi nəzərdə tutulur və o, süni mayalanma (IVF) və aşağı testosteron səviyyəsi (TRT) kimi tibbi məqsədlər üçün dövri hormon testlərini aparmağa kömək edəcək.

Mövcud prototip dəri altına nüfuz edən kiçik iynələr vasitəsilə hormon səviyyələrini ölçür. Şirkətin uzunmüddətli məqsədi isə 2028-ci ildə bazara çıxarmağı planlaşdırdığı, progesteron, estrogen və testosteron kimi hormonların davamlı monitorinqini təmin edən geyilə bilən cihaz hazırlamaqdır. Bu texnologiya, qan plazması və hüceyrələr arasında vasitəçi rolunu oynayan interstisial mayedə hormon səviyyələrini ölçməklə işləyəcək.

DİGƏR XƏBƏRLƏR

Bu qurumda 15 nəfər işdən çıxarıldı – SƏBƏB

Bu qurumda 15 nəfər işdən çıxarıldı – SƏBƏB

Cəfər Cabbarlı adına “Azərbaycanfilm” kinostudiyasında 15 nəfər işdən azad edilib. Bu barədə Azərbaycan Respublikasının Kino Agentliyindən məlumat verilib. Bildirilib ki,…
Yeni təyin edilən sədr kimdir? – DOSYE

Yeni təyin edilən sədr kimdir? – DOSYE

Xəbər verdiyimiz kimi, Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. A.Mursaqulov 1981-ci ildə ildə anadan olub. 2003-cü…
Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin edib – Sərəncam

Prezident İlham Əliyev Dövlət Statistika Komitəsinə yeni sədr təyin…

Azər İsmayıl oğlu Mursaqulov Dövlət Statistika Komitəsinin sədri təyin edilib. Prezident İlham Əliyev bununla bağlı Sərəncam imzalayıb. Qeyd edək ki,…
Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış cərrahı qətlə yetirən əri barədə QƏRAR…

Tanınmış plastik cərrah Türkan Gündüzü qətlə yetirməkdə təqsirləndirilən həyat yoldaşı, Türkiyə vətəndaşı Məhəmməd (Muhammet) Gündüzün barəsində olan hökmdən verilən kasassiya…
“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ” Nərimanın gedişindən nə qədər qazanacaq?

“Qarabağ”ın futbolçusu Nəriman Axundzadə karyerasını MLS-in “Kolumbus Kryu” klubunda davam etdirəcək. Ağdam təmsilçisi də bu transferdən pul qazanacaq. MLS klubu…
Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Milli Məclisdən YENİ QADAĞA – BUNDAN SONRA…

Azərbaycanda mülki dövriyyədə olmasına yol verilməyən əşyaların siyahısı genişləndirilir. Bu məsələ Milli Məclisin bu gün keçirilən iclasında müzakirə edilən “Mülki…
SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…