- 19.02.2025 13:08
Prezident İlham Əliyevin Ağdam səfərindən GÖRÜNTÜLƏR – VİDEO

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva fevralın 18-də Ağdam şəhərində səfərdə olub.
Prezident və xanımı “Hilton Garden İnn” hotelində aparılan tikinti işləri ilə tanış olublar. Azərişıq” Açıq Səhmdar Cəmiyyətinin (ASC) Ağdam Regional Rəqəmsal İdarəetmə Mərkəzi və Təlim-Tədris Kompleksinin açılışında iştirak ediblər. Ağdam Muğam Mərkəzində görülən tikinti işləri ilə tanış olublar. “Ağdam Residence” yaşayış kompleksində yaradılan şəraitlə tanış olublar. Prezident Ağdam şəhərində 2-ci yaşayış kompleksində aparılan tikinti işləri ilə tanış olub.
İlham Əliyev Əsgəran qala-kompleksinin konsepsiya layihəsi ilə tanış olub.
AzTV Prezidentin Ağdam səfərini əhatə edən video hazırlayıb.