- 20.02.2025 12:33
Qarabağda ağır QƏZA: ölən və yaralanlar var

Ağdam rayonunda bir nəfərin ölümü, üç nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Proses.az xəbər verir ki, hadisə rayonun işğaldan azad olmuş Xıdırlı kəndi ərazisində baş verib.
Hərəkətdə olan VAZ-2107 markalı avtomobil idarəetməni itirərək, yoldan çıxıb aşıb.
Nəticədə Allahverənov İlyas Allahyar oğlu hadisə yerində həyatını itirib. Avtomobildə olan 1992-ci il təvəllüdlü Məmmədov Natiq Zakir oğlu, 1997-ci il təvəllüdlü Əmənov Elmin Arzu oğlu və 1991-ci il təvəllüdlü Cəfərov Amik Rafiq oğlu ağır xəsarət alıb. Yaralılar təcili tibbi yardım maşını ilə Ağdam Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.