- 20.02.2025 15:06
Qafqazşünaslıq İnstitutu ləğv edildi

AMEA-nın Qafqazşünaslıq İnstitutu ləğv edilib.
Proses.az AZƏRTAC-a istinadən xəbər verir ki, bununla bağlı AMEA-nın Rəyasət Heyətinin iclasında qərar qəbul olunub.
Cəmi 18 nəfər elmi işçidən ibarət olan institutun saxlanılması məqsədəmüvafiq hesab edilməyib.
İnstitutun Qafqaz tarixi ilə əlaqədar şöbələrinin əməkdaşları Tarix və Etnologiya İnstitutunda, siyasi elmlərə aid olan əməkdaşları isə Fəlsəfə və Sosiologiya İnstitutunda elmi tədqiqat işlərini davam etdirəcəklər.