- 20.02.2025 15:17
Azərbaycanda məktəb direktoru qəza törətdi – VİDEO

İsmayıllıda yol-nəqliyyat hadisəsi baş verib.
Yenisabah.az xəbər verir ki, Qalib Bəşirovun idarə etdiyi “Ford” markalı avtomobil səkiyə çırpılıb. Qəza nəticəsində 2 nəfər xəsarət alıb. Hadisənin duman səbəbindən baş verdiyi bildirilir.
Qeyd edək ki, Q.Bəşirov Natiq Behdiyev adına İsmayıllı şəhər 6 nömrəli tam orta məktəbin direktorudur./”Unikal”