• 20.02.2025 17:28

Bu istiqamətdə də ödənişli yol çəkiləcək – AÇIQLAMA

Bu istiqamətdə də ödənişli yol çəkiləcək – AÇIQLAMA

Ölkəmizdə bir müddətdir ki, ənənəvi yola alternativ olaraq, ödənişli yollar da sürücülərin istifadəsinə verilib. Bu cür yolların əsas məqsədi nəqliyyat axınını sürətləndirmək, alternativ marşrutlar yaratmaqdır. Sürücülər bu yollardan müəyyən ödəniş qarşılığında istifadə edirlər, ödənişlər isə elektron sistemlər və ya giriş-çıxış məntəqələri vasitəsilə həyata keçirilə bilər.

Bəs gələcəkdə hansı istiqamətlərdə ödənişli yolların tətbiqi gözlənilə bilər?

Proses.az xəbər verir ki, mövzu ilə bağlı redaktor.az-a açıqlamasında nəqliyyat eksperti Elməddin Muradlı bildirdi ki, hazırda ödənişli yollardan kifayət qədər istifadə olunur:

“İndiki halda Azərbaycanda bu yoldan kifayət qədər istifadə edən var. Qiymətlər də o qədər də baha deyil. Gələcəkdə əgər zərurət yaranarsa, bu məsələyə bir daha baxmaq olar. Qanunvericiliyə görə, ödənişli yol digər yolla paralel inkişaf etməlidir. Yəni ödənişsiz yol da eyni infrastruktura, eyni imkana malik olmalıdır ki, vətəndaşlar oradan rahat və təhlükəsiz şəkildə istifadə etsinlər. Bu imkanlar mütləq yaradılmalıdır. Məsələ artıq çoxdan müzakirə olunub. Qiymət məsələsinə də baxılıb. Normal bir mexanizm, qiymətlər müəyyənləşdirilib və bundan artığı artıq gələcəkdə zəruri bir məsələ ortaya çıxarsa, gündəmə gətirmək olar. İndiki halda istifadə ilə bağlı hər hansı bir problem görmürəm. Yalnız müəyyən qaydalar tətbiq edilməlidir. Çünki Azərbaycanda bu, ilkdir və müəyyən çətinliklər, problemlər də olur. Adətən ilk addımlarda indiki halda artıq rahat istifadə olunur”.

Ekspertin fikrincə, bu addım həm sürətli və təhlükəsiz hərəkəti təmin edəcək, həm də beynəlxalq yükdaşıma və sərnişindaşıma sahəsində mühüm rol oynayacaq.

“Bir çox istiqamətlərdə də belə yolların olması nəzərdə tutulur. İşğaldan azad olunan ərazilərə doğru da belə yolların çəkilməsi planlaşdırılır. Hazırda şimal istiqamətində bu var, cənub istiqamətində də artıq özünü doğruldacaq və müəyyən istiqamətlərdə olmalıdır. Bu, beynəlxalq yükdaşımalar, sərnişindaşımalarda beynəlxalq yol hərəkətində qəbul edilmiş bir variantdır, üsuldur və insanlar da bundan çox səmərəli şəkildə istifadə edirlər. Kimsə sürətli getmək, daha tez çatmaq, daha komfortlu yol istəyirsə, pulunu ödəyir və həmin yoldan istifadə edir. Burada hər hansı bir problem yoxdur. Ancaq yoldan istifadə qaydalarının pozulması, ödənişlə bağlı müəyyən yeniliklər artıq yavaş-yavaş tətbiq edilir. Daha rahat və asan formada ödənişlərin həyata keçirilməsi və digər mövzular barədə zaman-zaman məlumatlar verilir”, – deyə E.Muradlı qeyd etdi.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…