• 21.02.2025 18:46

Gənclər üçün 4 qorxulu TƏHLÜKƏ – Bill Qeyts açıqladı

Gənclər üçün 4 qorxulu TƏHLÜKƏ – Bill Qeyts açıqladı

“Microsoft”un qurucusu və Bill Gates Fondunun rəhbəri Bill Qeyts gənc olsaydı, hər şeydən çox atom bombalarından qorxacağını bildirib.

Milyarder bu barədə “Stripe” şirkətinin həmtəsisçisi Patrik Kollison ilə müsahibəsində danışıb.

“Gənc ikən əsas narahatlığım nüvə müharibəsi idi, amma bu gün dünya dörd-beş böyük təhdidlə üz-üzədir” deyən Qeyts bu təhlükələri iqlim dəyişikliyi, bioterrorizm və pandemiyalar, süni intellektin nəzarəti və cəmiyyətdəki qütbləşmə kimi sıralayıb.

O, xüsusilə gənc nəslin bu mövzulara daha çox diqqət yetirməsinin vacib olduğunu vurğulayıb. 2023-cü ildə yazdığı bloq yazısında ailəsinin böyüdükcə dünyanı daha yaxşı bir yerə çevirmə istəyinin artdığını ifadə edən Qeyts “Nəvə sahibi olmaq, gələcəyi necə yaxşılaşdıra biləcəyimizi düşündürür; siyasət, səhiyyə və iqlim kimi sahələrdə həll yolları tapmaq lazımdır”, deyə yazıb.
Qeyts cəmiyyətin “zəka çatışmazlığı” yaşadığını və süni intellektin bu problemi həll edə biləcəyini düşünür. Süni intellektin bəzi riskləri olsa da, onun düzgün istifadə edildikdə böyük faydalar verəcəyinə inanır.

“Bizim hər şeyi izləyə biləcək qədər tibb mütəxəssisimiz və ya şəhərlərdə riyaziyyat dərsi keçə biləcək yetərli sayda müəllimimiz yoxdur. Bu səbəbdən, bazar sistemini bir həll yolu kimi istifadə edirik” deyən Qeyts süni intellektin zamanla zəkanı demək olar ki, pulsuz hala gətirəcəyini vurğulayıb.

O, gələcək nəsillərin mövcud riskləri düzgün idarə edə bilsələr, daha yaxşı vəziyyətdə olacaqlarını düşünür. “Əgər bu böyük problemlərdən bəzilərini həll edə bilsək, hər şey çox daha yaxşı olacaq” deyən Qeyts gələcəkdə Altsheymer, piylənmə və QİÇS kimi xəstəliklərə qarşı müalicələrin tapılacağını, uşaq iflici, qızılca və malyariya kimi xəstəliklərin tamamilə yox olacağını bildirib.
Qeyts innovasiya sürətinin indi hər zamankindən daha yüksək olduğunu vurğulayaraq, qorxunun insanları iflic etmə təsiri olsa da, gənc nəsil üçün bir motivasiya vasitəsinə çevrilə biləcəyinə inanır. “İnsanlar bu qorxulu məsələlərdən çəkinməyimiz üçün bəzən onların reallaşma ehtimalını və təsirini şişirdə bilərlər”, deyə fikrini tamamlayıb. /Qaynarinfo

DİGƏR XƏBƏRLƏR

Əli Rais: Rusiyada islamofobiya və etnik nifrət artıq dövlət siyasətinə çevrilib

Əli Rais: Rusiyada islamofobiya və etnik nifrət artıq dövlət…

Jurnalist Əli Rais Rusiyada qeyri-rus xalqlara qarşı artan zorakılıq və ayrı-seçkiliklə bağlı Proses.az-a şərhində bildirib ki, hazırda bu ölkədə azərbaycanlılara,…
Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Füzulidə 16 yaşlı Nahid Nağızadə kanalda batıb. “Qafqazinfo”nun məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisindən…
Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən AÇIQLAMA

Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən…

“Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki…
Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə…
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib. Proses.az modern.az-a istinadən xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir…
Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim imiş – VİDEO

Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim…

Adana şəhərinin Seyhan rayonunda xüsusi sərnişin avtobusunda bir qadının ətək altından foto çəkdiyi iddia edilən 75 yaşlı təqaüdçü hakim A.M.A.…
Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu…
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb. Görüntülər cəzaçəkmə müəssisələrinin birində lentə alınıb. Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarında…
OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində  Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.…
Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov…
Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətiriləcəyi tarix hələ məlum deyil.…
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Proses.az-a AZAL-dan…
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. XİN-dən Proses.az-a daxil olan sənəddə iyunun 27-də…
Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü – FOTO

Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü…

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə…
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Təsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə…