- 23.02.2025 12:47
38 yaşlı qadın və azyaşlı övladanın bıçaqlandığı yerdən GÖRÜNTÜLƏR – VİDEO

38 yaşlı qadın azyaşlı övladı ilə birlikdə atasına məxsus evdə bıçaqlanıb.
Proses.az Xəzər TV-yə istinadən xəbər verir ki, ağır cinayət gecə paytaxtın Xətai rayonu Ayaz İsmayılov küçəsi 35 ünvanında baş verib. Çoxmərtəbəli binanın 6-cı mərtəbəsində Aysel Əfəndiyeva və 5 yaşlı oğluna kəsici alətlə xasərət yetirilib.
Yaralılar dərhal xəsxətanaya aparılıblar. Həkimlərin vaxtında müdaxiləsi ilə onların həyatı xilas edilib.
Daxili İşlər Nazirliyindən verilən məlumata görə, qadına və azyaşlı oğluna kəsici alətlə xəsarətlər yetirməkdə şübhəli kimi 31 yaşlı Rauf Əfəndiyev polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanıb. Binanın komendantının verdiyi məlumata görə, həmin mənzil xəsarət alan Aysel Əfəndiyevanın ata evi olub. Qonşular deyirlər ki, gecə vaxtı qadının səsnini eşidib çölə çıxıblar.
Faktla bağlı ərazi üzrə 37-ci polis şöbəsində ailədaxili münaqişənin səbəbləri araşdırılır.
Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik: