• 26.02.2025 16:37

“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?” – Artur Rasi-zadə ilə MÜSAHİBƏ

“Gəl anamın pasportunu sənə göstərim, gör ermənidir?” – Artur Rasi-zadə ilə MÜSAHİBƏ

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycanın sabiq Baş naziri Artur Rasi-zadənin 90 yaşı tamam olur. Eks-baş nazir ötən həftə Prezident İlham Əliyevin Sərəncamı ilə “Heydər Əliyev” Ordeninə layiq görülüb. 

Proses.az xəbər verir ki, Artur Rasi-zadədə yubiley günündə Musavat.com-un suallarını cavablandırıb. Həmin müsahibəni ixtisarla təqdim edirik:

– Xocalı soyqırımının törədildiyi gündə doğulan bir insan üçün yəqin ki, doğum gününü qeyd etmək də asan məsələ olmayıb, elə deyilmi?

– Bəli, bəli. Elədir.

– Amma artıq Xocalıya böyük qayıdış başlayıb, Azərbaycan ədaləti bərpa etdi. Yəqin bu gün başqa hisslər keçirirsiniz…

– Doğrudur. Allah Xocalı şəhidlərinə və bütün şəhidlərimizə rəhmət eləsin. Amma istəyirəm Köçəryan, Sərkisyan və digərlərinin ədalət məhkəməsi qarşısında dayanmasını da görüm. Bu, mənim arzumdur. Ya məhkəmə, ya da özlərinə layiq cəza. Özü də beynəlxalq səviyyədə. Çünki elə cinayətlər törədiblər ki, bunu heç vaxt yaddan çıxartmaq olmaz. Heç vaxt.

– Yubiley tədbirinizi necə keçirmək fikrindəsiniz?

– Mən həmişə evdəkilərlə qeyd edirəm. Təntənəli tədbirlərdən, ad günlərindən qaçıram. (Gülür)

– Doğum gününüzdə, 90 illik yubileyinizdə ürəyinizdən nələr keçir?

– Ən çox minnətdarlıq… Minnətdarlıq… Görürsən də bu çətin dövrdə nələr baş verir? Ona görə də Prezidentə cansağlığı arzulayıram. Ulu Öndərə qəni-qəni rəhmət olsun. Mən fəxr edirəm ki, Ulu Öndərin həm silahdaşı, həm şagirdi olmuşam. Mən həm də fəxr edirəm ki, Prezidentin uzun illər silahdaşı olmuşam. Başqa nə deyim? Tarix özü qiymət verdi.

– Böyük Hüseyn Cavidin məqbərəsini ziyarət etmək üçün Zəngəzur dəhlizindən keçən qatarla nə zaman Naxçıvana gedəcəyinizi düşünür və ya arzulayırsınız?

– Mən tam inanıram ki, o gün gələcək. Hələ uşaq vaxtına Naxçıvandan Bakıya qatarla gedib-gəlirdim. Düşünürəm ki, bundan sonra da belə olacaq. Birmənalı. Məndə şübhə yoxdur. Yalnız zaman və bir də o məsələyə qayıdıram ki, özümüz güclü olmalıyıq. Həm iqtisadi cəhətdən, həm də müdafiə qabiliyyətimiz çox güclü olmalıdır.

– Prezident Qərbi Azərbaycana qayıdışın da reallaşması məsələsini qətiyyətli şəkildə bəyan edib.

– Bəli. Bu, ədalətli mövqedir. Burada işğalçılıq, ya başqa bir şey yoxdur. Əksinə, tarixi sənədlər var, bu ərazilər 1920-ci ildən sonra Ermənistana necə verilib, bolşeviklərin qərarı ilə və sair. İndi başlayıblar ki, “Stepanakert”. 1923-cü ilədək bu şəhərin adı nə idi – Xankəndi. Bu, tarixdir. Yerevan əvvəldən “Yerevan” idi? Tarix var. Çətinliklə də olsa, bir az gec, bir az tez, həqiqət öz yerini tutur. Baxmayaraq ki, indiki zəmanədə ədalət çox da istifadə olunmayan bir sözdür. Amma ədalət yenə var və olmalıdır.

– Artur müəllim, indiki hökumət başçısı Əli Əsədovla təmaslarınız, görüşünüz olurmu? Hökumətin fəaliyyəti ilə bağlı nə deyə bilərsiniz? Razısınızmı?

– Mən sənə bir söz deyim: bəziləri düşünür ki, Baş nazir işləmək asan məsələdir. Çətin vəzifədir, çox çətin məsələdir. Yalnız uğurlar, uğurlar, uğurlar! İndi Allaha şükür, işlər pis deyil, yaxşıdır. Prezidentin etimadını doğruldurlar. Özü də təkcə bizim ölkədə deyil, bütün ölkələrdə Baş nazir vəzifəsini daşımaq asan məsələ deyil, bunu camaat bilməlidir. Amma təəssüflər olsun ki, bəzi saytlar yazırlar… Sağ olsun, Prezident Artur Rasi-zadəni “Heydər Əliyev” Ordeni ilə təltif etdi, amma 20 Yanvar hadisəsində adı keçir. Boş-boş şeylərdir. Amma bir düşünmürlər ki, birinci katib, Moskvadan göndərilən ikinci katib, Baş nazir, Ali Sovetin sədri yerində olan 1-ci müavin Qorbaçova teleqram vurur? Özü də Nazirlər Kabinetinə yox, Prezidentə…Dünyada belə bir şey ola bilərmi?

– Yubiley günündə qanınızı qaraltmaq istəmədim. Amma vaxtaşırı belə iddialar ortaya atılır ki, guya sovet ordusunu Bakıya siz dəvət etmisiniz…

– (Gülür) Təsəvvür elə də, belə şey ola bilməz. Deyən gərək, axı, siz 1,5-2 il hakimiyyətdə oldunuz, bir yoxlayardınız da. Teleqram qeydiyyatdan keçməlidir, onun əsası qalmalıdır. Hə, Rasi-zadənin anası ermənidir, gəlini də ermənidir. Deyirəm mən çox şad olardım ki, gəlinim erməni olardı, amma taleyim elə olub ki, mənim oğlum yoxdur, bir dənə qızım var…Ə, belə şey olar? Bununla nə qazanırsınız? Bu, hansı dəyirmana su tökməkdir? Gəl mən anamın pasportunu sənə göstərim, gör ermənidir? Lap tutaq ki, erməni olaydı. Rasi-zadə nə edibsə, hökumət üçün, xalq üçün, millət üçün, ölkə üçün eləyib. Ata-anası tam azərbaycanlı olan bəziləri nə ediblər? Ehh… Bilmirsən savadsızlıqdır, ya başqa dərdləri yoxdur, ya nədir? Mən baş qoşmuram.

– Misir Mərdanovun yazdığı kimi, sizin şadlıq evləriniz, ya villa-saraylarınız olsaydı…

– Oooo (bərkdən gülür). Bir hektar torpaq, ya bir dənə mağaza tapsınlar, mən onlara qurban verirəm.

– Harada yaşayırsınız?

– Sağ olsun Prezident, mən dövlət bağında yaşayıram.

– Misir müəllim sizin Azərbaycan dilində incəliklərinə qədər səlis danışdığınızı da yazıb. Bəzən dilimizə görə də ittiham olunursunuz. Sizinlə sərbəst danışırıq, görürəm ki, ciddi çətinliyiniz yoxdur.

– Açıq desəm, bəli, mən xüsusilə də qabaqlar Azərbaycan dilini rus dili kimi bilmirdim. Bu, mənim nöqsanımdır, bəli. Mən bunu qəbul edirəm. Amma… Məsələn, Yekaterina rus dilini bilmirdi, amma imperiyanı dünya səviyyəsinə qaldırdı. Amma gəlin Cavidin şeirlərindən danışaq, görüm mənim qabağıma çıxa bilərlərmi? (Ürəkdən gülür)

– Cavidi əzbər bilirsiniz, eləmi?

– Bəli, əlbəttə. (“İblis”dən bədahətən söyləyir)

“Oturarlar, söyləşərlər, anlaşılmaz sözləri,

Həp baxarlar, amma görməz gözləri.

İdraksız başçıları, qeyrətsizlik ancaq

Milləti edib əllərdə oyuncaq.

İblis nədir? Cümlə-xəyanətlərə bais…

Ya hər kəsə xain olan insan nədir? İblis! (Ardınca da ürəkdən gülür).

Doğrudan da mən şairlər, yazıçılar kimi dili bilsəydim, çox şad olardım. Amma rus məktəbi qurtarmışam, anam rusdilli olub. Müharibə vaxtı atasız…Mən heç atamı xatırlamıram. Müharibəyə getdi və ilk aylarda həlak oldu. Anam iki uşağı ilə təkbaşına qaldı. Çox dəhşətli taledir. Mən məktəbi Lənkəranda bitirmişəm. O vaxt çörəyi “kartoçka” ilə verirdilər. Aylıq kitabça verirdilər, gedirdik, “kartoçka” ilə 150 qramlıq çörəyi alırdıq. Lənkəran böyük şəhər deyildi, hamı bir-birini tanıyırdı. Biz, balaca uşaqlar acından gecə yata bilmirdik. Gedirdik o dükana, deyirdik səhərki çörəyi axşam ver, biz yeyək. Bax, mən belə böyümüşəm.

– Çox ağır mənzərədir. Siz Lənkəranda neçə il yaşadınız?

– 17 il. Mən Gəncədə doğulmuşam. Atam Gəncədə işləyirdi. Sonra atamı (Tahir Şeyx Məhəmməd oğlu Rasi-zadə-E.P.) Lənkərana göndərdilər, Lənkəran subtropik bitkilər texnikumunun direktor müavini oldu. Sonra müharibəyə çağırdılar, qayıtmadı.

– Allah rəhmət eləsin. Artur müəllim, bu günlərdə rus məktəbləri ilə bağlı müzakirələr gedir. Rusca təhsil alan biri kimi, sizin fikriniz necədir?

– Mən rus məktəblərinin bağlanmasının əleyhinəyəm. Həm rus dilini, həm ingilis dilini öyrənməliyik. Rusiya bizim qonşumuzdur. Siyasi məsələlər də düzələcək, inşallah. İqtisadi məsələlər var. Rus dilini bilməsəm, mən bütün Orta Asiya ilə necə danışacağam?

– Bəs rus məktəblərinin dövlət hesabına fəaliyyətinə necə baxırsınız?

– Məndən olsa, dövlət hesabına Çin məktəbləri də açardım. Çünki gələcək Çinin əlində olacaq.

– Sonda ABŞ Çinə uduzacaq?

– Bəli. Ancaq zaman. İndi bərabərdirlər.

– Bəs Ukrayna müharibəsi nə ilə bitəcək?

– Ooo. Buna mənim cavabım yoxdur.

– Növbəti dəfə Azərbaycana şimaldan təhlükə ola bilərmi?

– Mən düşünmürəm. Yox. Rusiya birmənalı şəkildə təyyarə hadisəsinə görə Azərbaycandan üzr istəməlidir. Cənab Prezident dedi ki, mən başa düşürəm, bu hadisə bilərəkdən edilməyib, amma bunu boynuna al da. Fakt göz qabağındadır. Siyasət belədir də. Təəssüflər olsun ki, imperiya düşüncələrinə hələ son qoyulmayıb.

– Putin yenidən SSRİ-ni bərpa etmək fikrinə düşə bilərmi?

– SSRİ də olmasa, nəsə ona bənzər şey…

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…