• 06.03.2025 11:14

“Banka qoyduğum 300 min dollar yoxa çıxıb”

“Banka qoyduğum 300 min dollar yoxa çıxıb”

Bakı şəhər sakini Rüfət Razim oğlu Əsgərov 2008-ci ilin iyun ayında “MuğanBank”a (lisenziyası 2023-cü ildə ləğv edilib) yerləşdirdiyi əmanətin yoxa çıxdığını iddia edir.

“Qafqazinfo”ya müraciət edən R.Əsgərov illər əvvəl banka qoyduğu 300 min dollar pulu və faizlərini geri ala bilmədiyini deyir.

Şikayətçi bildirir ki, həmin il bankın Gəncə filialında fiziki şəxs kimi uzunmuddətli və sığortalanmış depozit hesabı açıb: “Əmanəti və faizini müddət bitəndən sonra götürəcəkdim. Yeddi müqavilə bağlayaraq əmanət yerləşdirdim və həmin gün Azərbaycandan çıxıb başqa ölkəyə getdim. İldə bir-iki dəfə Gəncəyə gedərkən “MuğanBank”a baş çəkərək müqaviləm haqqında maraqlanırdım, hər dəfə mənə heç bir problemin olmadığı deyilirdi. 2019-cu ilə qədər bu formada davam etdi”.

R.Əsgərovun sözlərinə görə, 2020-ci ildə “MuğanBank”dakı əmanətini götürmək istəyib: “Banka zəng edib bildirdim ki, bir həftəyə Gəncəyə gələcəyəm, əmanətimi hazırlasınlar, gəlib götürəcəyəm. Həmin vaxt mənə dedilər ki, “sizin bank hesabınız yoxdur”. Hesab nömrəmi təqdim etdikdə həmin hesabın Gəncədə deyil, bankın Goranboy filialında olduğunu dedilər. Dərhal Gəncə filialına, həm də “MuğanBank”ın Bakıdakı baş ofisinə məktub göndərdim. Cavab gəldi ki, hesabımın Gəncə filialına aid olduğu doğrudur. Lakin guya mən şəxsən gedib əmanəti tam şəkildə çıxarmışam. Onlar göstərdiyi tarixdə isə mən Azərbaycanda olmamışam”.

Bundan sonra vətəndaş məhkəmələrə üz tutmalı olub: “Məhkəmədə qalib gəldim. Lakin bank Ali Məhkəməyə müraciət etdi. Ali Məhkəmə də Dövlət Arxiv İdarəsindən sənədin başqa cür formasını istədiyi üçün iş yenidən Apellyasiya Məhkəməsinə göndərildi. Dövlət Arxiv İdarəsindən və Mərkəzi Bankdan Apellyasiya Məhkəməsinə cavab gəldi. Cavabda mənim haqlı olduğum, bankın isə yalan dediyi bir daha sübut olundu. Lakin sabahı gün “MuğanBank”ın lisenziyası ləğv olundu”.

Bank bağlanandan sonra R.Əsgərov Əmanətlərin Sığortalanması Fonduna müraciət edib: “Bütün məhkəmə sənədlərinin surətini onlara təqdim etdim. 59 gün sonra fonda getdim ki, bir məlumat əldə edim. Oradan mənə bildirdilər ki, siz bizə müraciət etməmisiniz. Lakin sonra fonddan bildirildi ki, “siz sığortalı əmanətçilərin siyahısına düşməmisiniz və sizə pul verilməyəcək”. Mənə adi qaydada, şablon cavab verdilər. Lakin mənim məsələm şablon cavab tələb etmir, bu iş məhkəmə müstəvisində sübuta yetirilib.

Ekspertiza müəyyən edib ki, mənə ümumilikdə faizlərlə birgə 537 min dollar qaytarılmalıdır”.

O, məsələni yenidən məhkəmə müstəvisinə daşıdığını əlavə edib: “Bakı Apellyasiya Məhkəməsinin icraatında olan iş vaxtı bankın lisenziyası müflisləşmə ilə bağlı ləğv edildiyindən işə mülki icraatda baxılması mümkün olmadı və icraata xitam verildi. Mən kreditor tələbimi Əmanətlərin Sığortalanması Fondunda qeydiyyatdan keçirdim və 2024-cü ildə kreditor tələbimi qəbuledilməzlər siyahısına salınmasına dair Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyası qərardad qəbul edib. İndi mənim tələbimə mülki qaydada baxılması mümkün deyil, inzibati icraat qaydasında da bankın ƏSF-yə təhvil verdiyi sənədlər arasında mənim pul vəsaitimlə bağlı sənəd olmadığından inzibati icraat qaydasında da kreditor tələbim təmin olunmur. İndi mən neyləyim? Qanunsuz olaraq illərlə məhkəmə çəkişməm gedir. Hazırda da Ali Məhkəməyə hər iki məhkəmə aktından şikayət vermişəm”.

Məsələ ilə əlaqədar Əmanətlərin Sığortalanması Fonduna sorğu ünvanladıq. Qurumdan müraciətimizə cavab olaraq bildirildi ki, hazırda məsələ ilə bağlı məhkəmə çəkişməsi davam edir: “Vətəndaş Əsgərov Rüfət Razim oğlunun özünün də bildirdiyi kimi, hazırda bankla sonuncu arasında məhkəmə mübahisəsi davam edir. Kreditorun mübahisələndirdiyi tələb üzrə məhkəmə yekun aktı qanuni qüvvəsini aldığı təqdirdə tərəfimizdən qərarla bağlı ətraflı məlumat təqdim edilə bilər”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…