• 11.03.2025 15:24

Bayram öncəsi bu pensiyaçılara əlavə 200 manat veriləcək?

Bayram öncəsi bu pensiyaçılara əlavə 200 manat veriləcək?

Novruz bayramı ərəfəsində pensiyaçıların sosial rifahını yaxşılaşdırmaq üçün əlavə ödənişlərin verilməsi məsələsi yenidən gündəmə gəlib. Dünyanın bir çox ölkələrində, o cümlədən Türkiyə və Rusiyada bayram günlərində pensiyaçılara xüsusi müavinətlərin ayrılması təcrübəsi mövcuddur. Türkiyə Təqaüdçülər Dərnəyinin (TÜED) sədri Kazım Ergün milyonlarla pensiyaçının bayram mükafatlarında artım gözlədiyini bildirərək, bu vəsaitin onların büdcəsinə dəstək olacağını vurğulayıb. Türkiyə hökuməti Ramazan və Qurban bayramlarında pensiyaçılara verilən mükafatların artırılmasına diqqət yetirərkən, Rusiyada da müxtəlif sosial kateqoriyalara aid vətəndaşların və hərbçilərin pensiyalarına əlavə ödənişlər tətbiq edilir.

Onu da qeyd edək ki, 2022-ci ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə əmək pensiyaçılarına maddi dəstək göstərilməsi məqsədilə sığorta prinsipiylə pensiya alan şəxslərə 200 manat maddi yardım edildi. 2023-cü ildə isə həmin maddi yardımlar bölündü və bir aya düşən məbləği pensiyalara daxil edildi. Həmin yardımlar indeksləşidirilərək pensiya məbləği daxilində ödənildi.

Maraqlıdır eyni praktika 2025-ci ildə də həyata keçirilə bilərmi?

Məsələ ilə bağlı iqtisadçı Natiq Cəfərli News24.az-a açıqlamasında bildirib ki, Azərbaycanda da oxşar praktika mövcud olub:

“Ötən il hökumət pensiyaçılara əlavə dəstək məqsədilə hər rüb 50 manat olmaqla, ümumilikdə 200 manatlıq ödəniş həyata keçirdi. Bu məbləğ böyük dəstək olmasa da, pensiyaçılar üçün müəyyən qədər maddi rahatlıq yaratdı. Lakin həmin təşəbbüs davam etdirilmədi və bu il üçün oxşar ödənişlərin ediləcəyi ilə bağlı rəsmi açıqlama verilməyib”.

İqtisadçı qeyd edib ki, minimum pensiya alanlar üçün xüsusi ödənişlər ayrıla bilər:

“Azərbaycanda pensiya artımlarının və əlavə ödənişlərin tətbiqinin müəyyən maliyyə yükü yarada bilsə də, bunun daha ədalətli formada həyata keçirilməsi mümkündür. Hazırda ölkədə 1 milyondan çox pensiyaçı var və onların hamısına bayram mükafatı vermək hökumət üçün maliyyə baxımından çətin ola bilər. Lakin minimum pensiya alanlar üçün əlavə vəsaitlərin ayrılması daha məqsədəuyğun olar. Təxminən 800 mindən çox təqaüdçü minimum və minimuma yaxın pensiya alır. Heç olmasa, həmin kateqoriyaya aid şəxslərə əlavə vəsaitlərin ödənilməsi onların maddi durumuna müsbət təsir edə bilər.”

Natiq Cəfərli vurğulayır ki, pensiyaçılar sosial cəhətdən həssas təbəqə olduğu üçün onların bayram öncəsi əlavə müavinətlə təmin edilməsi əhəmiyyətli addım ola bilər. Bununla yanaşı, gələcəkdə bayram mükafatlarının davamlı olması və müəyyən sistemə əsasən verilməsi də vacibdir.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…