• 11.03.2025 16:22

“Bəzilərinin pulunu mətbuatdan çəkinərək qaytarıb”

“Bəzilərinin pulunu mətbuatdan çəkinərək qaytarıb”

Bakıda bir qrup vətəndaş aldadıldığını bildirir. Vətəndaşlar özünü vəkil kimi təqdim edən Səbiyyə Panəliyeva adlı qadının onların pulunu mənimsədiyini iddia edirlər. 

Onlar bu şikayətlə “Qafqazinfo”ya müraciət ediblər.

Şikayətçi Hüseyn Abdullayev bildirib ki, S. Panəliyeva vətəndaşların ümumilikdə 28 min manatdan çox pulunu ələ keçirib: “Səbiyyə özünü hüquqşünas kimi təqdim edərək insanlarla guya rəsmi müqavilə bağlayır. Vəkil olmadığı halda vətəndaşlardan order üçün pul tələb edir. Lakin onun Vəkillər Kollegiyasında belə adı yoxdur.

H.Abdullayev onun saxta instaqram hesabı işlətdiyini qeyd edib: “O, özünü sosial şəbəkələrdə vəkil kimi təqdim edir, hazırda istifadə etdiyi “huquq_merkezi_bhkm” adlı səhifədə saxta ünvan qeyd edib. Guya ki, hansısa hüquq bürosunun rəhbəridir. Bizə dedi ki, sizin məsələnizi həll edəcəm, ancaq pulumuzu mənimsədi. Bizə məlum oldu ki, bu şəxs dələduzdur. Mən də daxil olmaqla zərərçəkən şəxsləri təhqir edərək, hədələyir”.

Şikayətçinin sözlərinə görə, S.Panəliyevanın yaşayış qeydiyyatı Neftçalanın Kürkənd kəndi olsa da, hazırda Bakıda fəaliyyət göstərir: “Atası Neftçalada yaşayır, qeydiyyatı oradadır. Ancaq hazırda Bakıdadır, dələduzluq edir. Neftçala, Qazax və bir çox rayonlardan onun adına şikayətlər mövcuddur. 16 rayonda adına şikayət var. Məndən başqa vətəndaşlar – Leyla Xudiyeva, Nicat Yusifov, Tural Qurbanov, Akif Şıxəliyev, Gülər Məcidova, Şaiq Abdullayev də ondan şikayətçidir. Aidiyyəti orqana müraciət etmişik. Bəzilərinin pulunun sadəcə bir qismini mətbuatdan çəkinərək qaytarıb. Ancaq bizə dəymiş zərər tam olaraq ödənilməyib. Biz zərərimizin ödənilməsini tələb edir, dələduzun məsuliyyətə cəlb olunmasını istəyirik. Çünki o, azadlıqda olduğu müddətdə insanları aldadacaq. Bizdə ödənişlərin olduğuna dair qəbzlər və vatsap mesajları sübut kimi mövcuddur”.

Vətəndaşların iddiası ilə bağlı qarşı tərəf Səbiyyə Panəliyeva ilə əlaqə saxladıq. O, saytımıza açıqlamasında bildirdi ki, iddialar həqiqəti əks etdirmir: “Vətəndaş Abdullayev Hüseynin haqqımda yaydığı iddialar əsassızdır. Şəxs bir neçə iş adamının nüfuzuna ziyan vurduğu üçün aidiyyəti orqana müraciət olunub. Anası oğlunun psixoloji problemlərinin olduğunu qeyd edib. Digər şəxslərə gəldikdə isə onlar mənə ödəniş etməyib. Vətəndaşlar haqqımda şər-böhtan xarakterli danışdıqları üçün məhkəmə orqanına müraciət edilib”.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinə sorğu ünvanladıq. DİN-in Mətbuat Xidmətinin baş inspektoru polis leytenantı Lumu İsrəfilli bildirdi ki, hazırda bu barədə araşdırma gedir: “Vətəndaş Səbiyyə Panəliyeva tərəfindən bir neçə şəxsin hüquqazidd hərəkətlərə məruz qalması barədə ayrı-ayrı rayon polis orqanlarında müraciətlər var. Həmin müraciətlər əsasında araşdırmalar aparılır”.

DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…