• 11.03.2025 17:59

“Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar” – FHN-in sabiq rəsmisi

“Tapşırdılar ki, işçilər işdən azad edilmə ərizəsini yazsınlar” – FHN-in sabiq rəsmisi

Fövqəladə hallar naziri, general-polkovnik Kəmaləddin Heydərovun fəxri fərman və fərqlənmə diplomları ilə təltif etdiyi sabiq rəis qanunsuz olaraq işdən çıxarıldığını iddia edir.

Proses.az “Qaynarinfo”ya istinadla xəbər verir ki, FHN-in Maddi-Texniki Təchizat İdarəsinin ümumi şöbəsinin sabiq rəisi Faiq Ağalarov özü və idarənin xeyli sayda əməkdaşının aldadılaraq işdən çıxarıldığını bildirib.

“2009-cu ildən 2023-cü ilin sonlarınadək FHN-in Maddi-Texniki Təchizat İdarəsində işləyərək əmək fəaliyyəti ilə məşğul olmuşam. 30 iyul 2009-cu ildə idarənin ümumi şöbəsinin iş icraçısı vəzifəsinə, 2 oktyabr 2013-cü il tarixdə həmin şöbənin mütəxəssisi vəzifəsinə, 23 iyun 2014-cü il tarixdə şöbənin rəisi vəzifəsinə təyin edilmişəm. 30 oktyabr 2023-cü il tarixində FHN-lə bağlanmış əmək müqaviləmə xitam verilib və idarənin ümumi şöbəsinin rəisi vəzifəsindən azad edilmişəm.

Maddi-Texniki Təchizat İdarəsində işlədiyim dövrdə hər hansı intizam məsuliyyətinə cəlb edilməmişəm, əksinə, dəfələrlə nazir Kəmaləddin Heydərov tərəfindən fəxri fərman və fərqlənmə diplomları ilə təltif olunmuşam. Maddi-Texniki Təchizat İdarəsi nazirliyin tərkibində olsa da, dövlət qulluğuna aid edilməyən mülki bir idarə olub. Artıq bir neçə il idi ki, nazirlik tərəfindən Maddi-Texniki Təchizat İdarəsinin də FHN-in digər idarə və şöbələri kimi dövlət qulluğuna keçirilməsi üçün lazımi sənədləşdirilmə işləri aparılırdı. Bu sahədə də idarənin ümumi şöbəsinin rəisi kimi fəal iştirak etmiş, tələb olunan sənədlərin hazırlanması prosesinə rəhbərlik etmişəm. 2023-cü ilin oktyabr ayından təmsil etdiyim idarənin əməkdaşları da dövlət qulluqçusu kimi qeydiyyata alınmağa başladı. Dövlət qulluğuna keçid reallaşdıqdan sonra nazirliyin aidiyyəti qurumlarının vəzifəli şəxsləri tapşırdılar ki, idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazsınlar”.

O bildirib ki, həmin vaxt əksər işçilər öz xahişləri ilə işdən azad edilmə barədə ərizə yazmaqdan ehtiyat edib, bu tələbi yerinə yetirməyiblər:

“Belə olan halda, nazirliyin aidiyyəti idarəsinin vəzifəli əməkdaşları idarəyə gələrək, iclas keçirdilər və bir daha bildirdilər ki, Maddi-Texniki Təchizat İdarəsi nazirliyin digər idarə və şöbələri kimi dövlət qulluğuna keçdiyi üçün idarənin bütün işçiləri öz xahişləri ilə işdən azad edilmə, həmçinin yenidən dövlət qulluğu hesab edilən həmin işə qəbul edilmələri barədə ərizə yazmalıdırlar və nazirin tapşırığı ilə bütün işçilər əvvəlki iş yerləri və vəzifələrində qalaraq, əmək fəaliyyətlərini davam etdirəcəklər, heç kəs işdən kənarlaşdırılmayacaq. Bu iclasın gedişi idarəmizin əməkdaşları tərəfindən səs yazısı formasında qeydə alınıb və həmin səs yazısı da var”.

Faiq Ağalarov əlavə edib ki, bundan sonra idarənin bütün əməkdaşları 2023-cü ilin oktyabr ayının sonlarında öz xahişləri ilə işdən azad edilmək barədə birinci və yenidən həmin işə qəbul edilmə barədə ikinci ərizəni yazaraq, nazirliyin kadrlar şöbəsinə təqdim ediblər:

“Bu əsasla da, idarənin əməkdaşlarının işdən azad edilməsinə və dekabr ayından başlayaraq, təxminən 120 əməkdaşdan əksəriyyətinin elə həmin ay, yəni bir neçə gün ərzində yenidən işə qaytarılmasına başlanıldı. Qalan hissəsi isə sonrakı aylarda əvvəlki və ya öz arzuları ilə nazirliyin tərkibində başqa işlə təmin edildilər. Bu proseslər bir neçə ay davam etdiyindən aldadılaraq işdən azad edilən əməkdaşlar nazirliyin yeni təyinatlarını gözləyirdilər və vaxtaşırı xatırlatma ərizəsi ilə müraciət edirdilər. Buna baxmayaraq, idarənin bir necə əməkdaşının, o cümlədən ümumi şöbəsinin rəisi kimi mənim də FHN-də vəzifəmizə geri qaytarılmamız təmin edilməyib”.

Keçmiş rəis bildirib ki, dəfələrlə ərizə və teleqramlarla nazirliyin rəhbərliyinə müraciət etsələr də, hər qəbulda işlə təmin ediləcəkləri bildirilsə də, tələbləri icra edilməyib. O, işdən azad edilməsindən bir ilə yaxın müddət keçdikdən sonra hesab edir ki, nazirlik onu yeni işlə təmin etmək istəmir. Belə olan halda rəsmi ərizə ilə FHN-ə müraciət edərək, bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin və əmək kitabçasının ona verilməsini tələb edib. 2024-cü ilin noyabr ayının 29-da əmək kitabçası nazirliyin Kadrlar İdarəsi tərəfindən ona qaytarılsa da, iddiaçı ilə bağlanmış əmək müqaviləsinə xitam verilməsi barədə əmrin surətinin verilməsi təmin edilməyib.

Sabiq rəis bu barədə məhkəməyə müraciət edib. Bir neçə gün əvvəl keçirilən prosesdə onun iddiası tələb edilməyib. Səbəb kimi isə işdən çıxarılması ilə bağlı müddətin keçməsi göstərilib.

Qeyd edək ki, FHN-in Kadr siyasəti Baş İdarəsinin rəisi general Sevda Şirinova və Maddi-Texniki Təchizat İdarəsinin rəisi Elnar İmanovdur.

DİGƏR XƏBƏRLƏR

Sabah yay havası olacaq

Sabah yay havası olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Medianews.az xəbər verir ki, bu…
Davada onları ayırmağa gələn polisin başını əzməyə çalışdı – ANBAAN VİDEO

Davada onları ayırmağa gələn polisin başını əzməyə çalışdı –…

Türkiyədə dava zamanı bir nəfər yol polisinin başına tullanıb. Hadisə Aydın şəhərinin Bozdoğan qəsəbəsində baş verib. Dəvə döyüşü festivalında gözlənilmədən…
Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI: SİYAHI

Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI: SİYAHI

Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat var. Ajans.az xəbər verir…
Xalq artisti vəfat etdi – FOTO

Xalq artisti vəfat etdi – FOTO

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib. Proses.az xəbər verir ki,…
Mixail Saakaşviliyə HÖKM OXUNDU

Mixail Saakaşviliyə HÖKM OXUNDU

Gürcüstan məhkəməsi ölkənin keçmiş prezidenti Mixail Saakaşviliyə hökm oxuyub. O, 9 il müddətinə azadlıqdan məhrum edilib. Oxu.Az bu barədə “Mtavari” nəşrinə…
“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA

“Bolt”da bu sürücülərin fəaliyyətinə bu gündən QADAĞA

Bu gündən “Bolt” taksi şirkəti Azərbaycanda bir çox sürücünün taksi fəaliyyəti ilə məşğul olmasına qadağalar tətbiq edib. Proses.az bildirir ki, …
Məşhur aşpaz Azərbaycan mətbəxinə müraciət etdi – VİDEO

Məşhur aşpaz Azərbaycan mətbəxinə müraciət etdi – VİDEO

Yaxın Şərq və Şimali Afrika mətbəxi üzrə ixtisaslaşmış aşpaz, aparıcı Con Qreqori-Smit bu dəfə Azərbaycan mətbəxindən yemək hazırlayıb. Aşpaz 1…
Azərbaycanlı məşhurların zərgəri öldü – FOTO

Azərbaycanlı məşhurların zərgəri öldü – FOTO

Şou-biznes aləmində məşhurların zərgəri kimi tanınan Səkinə xanım dünyasını dəyişib. Bu haqda Əməkdar artist Elza Seyicahan məlumat yayıb. Elza Səkinə…
Salah göz yaşlarını saxlaya bilmədi – FOTO

Salah göz yaşlarını saxlaya bilmədi – FOTO

Xəbər verdiyimiz kimi, “Liverpul” Çempionlar Liqasının 1/8 final mərhələsində penaltilər seriyasında PSJ-yə məğlub (1-4) olaraq turnirlə vidalaşıb. Mersisaydlıların ulduzu Məhəmməd…
“Nə qələt istəyirsən, et!” – Pezeşkiandan Trampa sərt cavab – VİDEO

“Nə qələt istəyirsən, et!” – Pezeşkiandan Trampa sərt cavab…

İran Prezidenti Məsud Pezeşkian amerikalı həmkarı Donald Trampı sərt tənqid edib. Proses.az qafqazinfo-ya istinadən xəbər verir ki, o, Trampın Ukrayna…
Azərbaycanda bu valyutalar BAHALAŞDI, dollar isə…

Azərbaycanda bu valyutalar BAHALAŞDI, dollar isə…

Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Proses.az xəbər verir…
“60 yaşım var, ağzımın danışığını yaxşı bilirəm” – VİDEO

“60 yaşım var, ağzımın danışığını yaxşı bilirəm” – VİDEO

Müğənni Manaf Ağayev “Tarixin bir günü” verilişinin qonağı olub. O, Aşıq sənəti barədə efirdə səsləndirdiyi fikirlərin yanlış anlaşılmasına aydınlıq gətirib.…
31 yaşlı kişi faciəvi şəkildə öldü

31 yaşlı kişi faciəvi şəkildə öldü

Ağsuda 31 yaşlı kişini elektrik cərəyanı vuraraq öldürüb. Proses.az xəbər verir ki, rayonun İlxıcı kəndində 1994-cü il təvəllüdlü Samir Əhmədzadə…
Milli Qəhrəman Salatın Əsgərovanın oğlu kritik vəziyyətdədir – narahatlıq yaradan paylaşım

Milli Qəhrəman Salatın Əsgərovanın oğlu kritik vəziyyətdədir – narahatlıq…

Musavat.com xəbər verir ki, tanınmış jurnalist, Milli Qəhrəman Salatın Əsgərovanın oğlu Ceyhun Əsgərov sosial şəbəkədə izləyicilərini narahat edən paylaşım edib.…
Erməni qız Moldovada Azərbaycanla bağlı iddialar səsləndirdi – Susduruldu

Erməni qız Moldovada Azərbaycanla bağlı iddialar səsləndirdi – Susduruldu

Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransda erməni təxribatının qarşısı alınıb. Belə ki, tədbirin ilk günündə təşkil…