• 12.03.2025 15:04

“Şikayət etmək istəyəndə qarşımızı Xuraman həkim kəsdi”

“Şikayət etmək istəyəndə qarşımızı Xuraman həkim kəsdi”

Talassemiyalı uşaqların müalicəsi üçün verilmiş pulları ələ keçirməkdə ittiham olunan üç xanımın məhkəmə araşdırması davam edir.

“Qafqazinfo”nun məlumatına görə, Bakı Ağır Cinayətlər Məhkəməsində keçirilən bugünkü iclasda bir neçə şahid dindirilib.

Onlardan biri Şahsuvar Paşayevdir. Şahsuvarın həyat yoldaşı işdə zərərçəkmiş qismində tanınıb. Ailənin övladı talassemiya xəstəliyindən əziyyət çəkir. O, təqsirləndirilən Nuridə Seyidova, işçiləri – Aynur Bayramova və Aysel Məmmədovanı da övladının əməliyyatına dəstək olacaq şəxslər kimi tanıyıb.

Şahidin dediyinə görə, müttəhim xanımlara 30 min dollar verib. Guya onlar məbləğin üstünü düzəldib övladının əməliyyatını təşkil edəcəkmişlər.

Ş.Paşayev cinayətə görə yalnız üç xanımın mühakimə edilməsi ilə də razılaşmır. Şahid hesab edir ki, bu işdə bir sıra həkimlər də məsuliyyət daşıyır: “Bunlar heç kimdir. Bunlarla işləyən həkimlər də tutulmalıdır. Bizi Nuridə və Aynurla Talassemiya Mərkəzinin baş həkimi Xuraman Cəfərova tanış elədi. Hələ iş bura gəlib çatmamış etiraz etdik. Şikayətimizin işıqlandırılmaması üçün Xuraman Cəfərova (Talassemiya Mərkəzinin sabiq baş həkimi-red) qarşımızı kəsdi. Bizim uşaq ağır vəziyyətdədir. Pulumuzu tələb edirik”.

Hakim Azad Məcidov şahidin dediklərinə cavab verib. Bəzi məsələləri ona izah edib: “Hamımız bura yığışmışıq ki, bu məsələləri həll edək. Biz də istəyirik zərərçəkmişlərə dəymiş ziyan ödənilsin. Amma o demək deyil ki, pulu məhkəmə alıb verməlidir. Həkimlərə gəlincə, sizdə onların cinayətdə iştirak etmələri ilə bağlı məlumat varsa, hüquq-mühafizə orqanlarına müraciət edin. Sadəcə biləsiniz ki, zərərçəkmişlərdən biri daha əvvəl bir sıra həkimlərin (Mir Cəlal Kazimi, Xuraman Cəfərova və Valeh Hüseynov-red) məhkəməyə çağırılması barədə vəsatət verib. Biz onları dindirəcəyik.

Prosesin davamında şahid Cahangir Xanmirzəyev ifadə verib. Cahangir atasına böyrək köçürülməsi üçün Mərkəzi Gömrük Hospitalına müraciət edib. Bu müraciət onu təqsirləndirilən şəxslərin yanına gətirib çıxarıb. Şahidi oraya hospitalın cərrahı Mir Cəlal Kazimi göndərib: “Hospitalda əməliyyat üçün 50 min manat lazım idi. O pul da bizdə yox idi. Bu ərəfədə Mir Cəlal doktor bizə Ayselin nömrəsini verdi. Dedi ki, sizə kömək edəcəklər. Aysel vasitəsilə də Nuridəni tanıdım. Məndən 25 min manat pul aldılar. Söz verdilər ki, üstünü düzəldib əməliyyatı təşkil edəcəklər. Sonra da heç bir əməliyyat olmadı. Ayselin dayısı 10 min manatımı qaytarıb. Qalan 15 mini də tələb edirəm”.

Məhkəmə salonunda əyləşən zərərçəkmişlərdən biri bildirib ki, Mir Cəlal Kazimi Ayseli hamıya xeyriyyəçi qadın kimi tanıdıb.

“Yaman da xeyir verib…”, – hakim Azad Məcidov əlavə edib.

Proses martın 19-u davam edəcək.

Qeyd edək ki, Nuridə Seyidova “Urmedhelp” və “My Doc Tour” adlı şirkətlərin sahibi, A.Bayramova və A.Məmmədova isə işçiləridir. İş üzrə 36 nəfər zərərçəkmişə 1 milyon manata yaxın zərər dəyib.

DİGƏR XƏBƏRLƏR

Həbs olunan Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI – VİDEO

Həbs olunan Ağadadaş Ağayev məhkəmədən sonra ilk dəfə DANIŞDI…

Xəbər verdiyimiz kimi, Xalq artisti Ağadadaş Ağayevin ittiham olunduğu cinayət işi üzrə məhkəmə prosesi ötən həftə yekunlaşıb. Binəqədi rayon Məhkəməsində hakim…
Ermənistanın “Arabo”sunun QƏTLLƏRİ ortaya çıxdı – VİDEO

Ermənistanın “Arabo”sunun QƏTLLƏRİ ortaya çıxdı – VİDEO

AzTV Xəbər Ermənistanın “Arabo” dəstəsi və bu dəstənin liderlərinin niyə hələ də azadlıqda olduğu barədə süjet təqdim edib. Rəsmi Bakının…
Generala yeni vəzifə verildi

Generala yeni vəzifə verildi

Fövqəladə Hallar Nazirliyinin (FHN) Tibb Xidmətinin rəisi vəzifəsindən istefa verib. Proses.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, Tibb Xidmətinin rəisi polkovnik-leytenantı…
“Ona görə kişim yoxdur ki…” – FOTO

“Ona görə kişim yoxdur ki…” – FOTO

14 fevral “Sevgililər günü”ndə Bakıda konsert proqramı ilə çıxış edən Rusiyanın estrada ulduzu Alsu şəxsi həyatı ilə bağlı açıqlama verib.…
Rusiyada DİN generalı saxlanıldı

Rusiyada DİN generalı saxlanıldı

Rusiya Daxili İşlər Nazirliyinin Volqa Federal Dairəsi üzrə Nəqliyyat İdarəsinin keçmiş rəisi, general-mayor Aleksandr Berejnoy Moskvada saxlanılıb. 49 yaşlı Berejnoy…
Xalq artisti dəbdəbəli VİLLAsından VİDEO paylaşdı

Xalq artisti dəbdəbəli VİLLAsından VİDEO paylaşdı

Xalq artisti Brilliant Dadaşova Buzovna kəndində yerləşən dəbdəbəli villasının terrasından paylaşım edib. 8 mart – “Beynəxalq Qadınlar Günü”ndə Bakı Konqres…
Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: mühüm AÇIQLAMA

Maşın almaq istəyənlərin NƏZƏRİNƏ: mühüm AÇIQLAMA

“Azərbaycanın avtomobil bazarında idxal və vergi tənzimləmələri ilə bağlı narahatlıqlar var”. Bu barədə Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət…
Xankəndidə separatçıların yuvası SÖKÜLÜR – VİDEO

Xankəndidə separatçıların yuvası SÖKÜLÜR – VİDEO

Xankəndidə bir vaxtlar separatçıların yuvası olan qondarma hökumət evi sökülür. Proses.az oxu.az-a istinadən xəbər verir ki, söküntü işləri artıq iki…
Bu tarixdə yaxın qohumlar arasında nikah qadağan olunacaq

Bu tarixdə yaxın qohumlar arasında nikah qadağan olunacaq

Bu ilin iyul ayından yaxın qohumlar arasında nikah qadağan olunacaq. Bunu Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin təşkil…
Azərbaycanda tanınmış iş adamı vəfat etdi

Azərbaycanda tanınmış iş adamı vəfat etdi

Azərbaycanın tanınmış iş adamı – “ASPİ GLASS” Şirkətlər Qrupunun prezidenti Adil Yusifov 65 yaşında vəfat edib. Proses.az xəbər verir ki,…
Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Şad XƏBƏR: Bu şəxslər hər ay 200 manat ALACAQLAR

Sosial rifahın gücləndirilməsi məqsədilə həyata keçirilən sosial paket çərçivəsində minimum əməkhaqqının artırılması bir sıra müavinət və təqaüdlərdə də yüksəlişə səbəb…
Sabah yay havası olacaq

Sabah yay havası olacaq

Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Medianews.az xəbər verir ki, bu…
Davada onları ayırmağa gələn polisin başını əzməyə çalışdı – ANBAAN VİDEO

Davada onları ayırmağa gələn polisin başını əzməyə çalışdı –…

Türkiyədə dava zamanı bir nəfər yol polisinin başına tullanıb. Hadisə Aydın şəhərinin Bozdoğan qəsəbəsində baş verib. Dəvə döyüşü festivalında gözlənilmədən…
Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI: SİYAHI

Azərbaycanda hamının içdiyi narkotik tərkibli QRİP DƏRMANLARI: SİYAHI

Azərbaycanda satılan bəzi qrip dərmanlarında, preparatlarda, qrip tozlarında (paraşok) narkotik vasitə və psixiotrop maddələrin olması barədə məlumat var. Ajans.az xəbər verir…
Xalq artisti vəfat etdi – FOTO

Xalq artisti vəfat etdi – FOTO

Azərbaycan SSR Xalq artisti, SSRİ Dövlət mükafatı laureatı balet ustası Tamilla Şirəliyeva 79 yaşında vəfat edib. Proses.az xəbər verir ki,…