- 17.03.2025 10:38
32 yaşlı qadın özünü dördüncü mərtəbədən atdı
Şəkidə 32 yaşlı qadın intihar edib.
Proses.az xəbər verir ki, hadisə Şəki şəhərinin Şərablar küçəsində qeydə alınıb.
Belə ki, 1993-cü il təvəllüdlü Röya Mayis qızı Mustafayeva özünü yaşadığı binanın dördüncü mərtəbəsindən ataraq intihar edib.
Faktla bağlı araşdırma aparılır.