• 17.03.2025 10:47

Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək – FOTOLAR

Dünya minifutbolunun nəbzi Bakıda döyünəcək – FOTOLAR

Azərbaycan olduqca böyük, beynəlxalq miqyaslı yarışlara, festivallara, qlobal forumlara, konfranslara – bir sözlə, nüfuzlu tədbirlərə evsahibliyi edib. Belə böyük miqyaslı tədbirlərin keçirilməsi üçün etimadın göstərilməsi heç də təsadüfi deyil.

Bu, əlbəttə, Azərbaycanın qazandığı uğurların, nüfuzun, beynəlxalq çəkinin, dünya ictimaiyyəti, beynəlxalq təşkilatlar qarşısında əldə etdiyi reputasiyanın ifadəsidir.

“Bakı-2025”də tarix yazılacaq

Artıq Azərbaycan dünyada həm də beynəlxalq idman yarışlarının, dünya və Avropa çempionatlarının keçirildiyi unikal məkan statusuna da sahiblənib. Elə il yoxdur ki, ölkəmizdə hansısa beynəlxalq idman yarışı keçirilməsin. Hazırda isə idman ölkəsi daha bir nüfuzlu yarışın –  minifutbol üzrə dünya çempionatını qəbul etməyə hazırlaşır. May ayının 21-dən iyun ayının 1-dək Milli Gimnastika Arenasında keçiriləcək mundialda dünyanın ən güclü 32 komandası mübarizə aparacaq.

Bu günlərdə DÇ-nin püşkatma mərasimi keçirilib. Mərasimdə Dünya Minifutbol Federasiyasının prezidenti Filip Yuda, gənclər və idman naziri Fərid Qayıbov, AFFA-nın prezidenti Rövşən Nəcəf  çıxış edərək Azərbaycanda böyük futbolla bərabər minifutbola marağın getdikcə artdığını xüsusi olaraq vurğulayıblar. Qeyd ediblər ki, dünya çempionatının Bakıda keçirilməsi bu idman növünə marağı daha da artıracaq.

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov isə dünya çempionatının ölkəmizə həvalə edilməsinə görə dünya minifutbol federasiyasının rəhbərliyinə minnətdarlığını bildirib. O, minifutbol üzrə yığma komandamızın Avropa çempionu olduqdan sonra bu idman növünə marağın xeyli artdığını söyləyib.

Orxan Məmmədov Prezident İlham Əliyevin Avropa çempionatından sonra millimizin üzvlərini qəbul etməsini onlara əlavə stimul verdiyini diqqətə çatdıraraq bu amilin dünya çempionatının təşkilatçılığında ciddi rol oynadığını açıqlayıb.

Möhtəşəm sürpriz

Tədbirə göstərilən maraq, yüksək səviyyəli hazırlıq heç də futbol üzrə dünya çempionatının püşkatmasından geri qalmayıb. Bu dəfə də yüksək təşkilatçılıqla nümunə göstərən Azərbaycan Minifutbol Federasiyası (AMF) minifutbol tarixinə möhürünü vurub. Çünki indiyədək dünya çempionatlarında bu cür möhtəşəm püşkatma mərasimi keçirilməmişdi.

Etiraf edək ki, hamı üçün sıradan bir püşkatma mərasimi kimi görülsə də, tədbirin keçirildiyi məkana daxil olduqda möhtəşəm hazırlığın şahidi olduq. Sanki FİFA və UEFA-nın mötəbər tədbirindəymişik kimi atmosferlə üz-üzə qaldıq. Tədbiri yüksək səviyyədə keçirmək, mükəmməl təşkilatçılıq bacarığını nümayiş etdirmək elə də asan məsələ deyil. Bütün detallar tam dəqiqliklə nəzərə alınmışdı.  Xüsusi olaraq vurğulayaq ki, minifutbol maliyyə resursları elə də yüksək olmayan idman növüdür.

Tədbir başladı… Ölkənin tanınmış, futbol ictimiayyətinin görkəmli simaları tədbirə qatılmışdılar. Adətən, belə mötəbər tədbirlərin püşkatmasında iştirak edənlər dünyanın tanınmış futbol ulduzlarını görməyə alışıblar. Elə bunu düşündüyümüz anda möhtəşəm sürprizlə qarşılaşdıq.

Tədbirin aparıcıları dünya ulduzunu püşkatma üçün səhnəyə dəvət edəcəklərinin anonsunu verdilər. Hamı təəccüb və həyəcanla bu adın kim olacağını fikirləşməyə başladı. Və budur, AMF rəhbərliyinin xüsusi təşəbbüsü sayəsində Portuqaliya millisində Avropa çempionu olan, “Mançester Yunayted” (İngiltərə) kimi qitənin ən böyük klublarında forma geyən Luiş Nani səhnəyə dəvət olundu. Tədbir iştirakçılarının böyük alqışına səbəb olan səhnəni sözlərlə ifadə etmək olduqca çətin idi.

Azərbaycan Minifutbol Federasiyasının yüksək təşkilatçılığı

İndi isə hər kəs böyük səbrsizliklə mundialın başlayacağı tarixi gözləyir. Dünyanın müxtəlif ölkələrindən gələcək komandaları, federasiya rəsmilərini, azarkeşləri maraqlı sürprizlər gözləyir. Milli komandamızdan isə həmişə olduğu kimi ən yüksək nəticəni gözləyirik. Bu cür təşkilatçılığa, belə də sonluq yaraşardı.

Ümumiyyətlə, etiraf edək ki, bu tipli nüfuzlu yarışlar üçün ən azı 2-3 il zaman verilsə də, Azərbaycanın dünya çempionatına hazırlıq üçün cəmi bir il vaxtı vardı. Mundialın keçirilməsində böyük təcrübə mövcuddur və demək olar ki, Dünya Minifutbol Federasiyanın (WMF) hər bir sahə üzrə öz göstərişlərini verir. Mövcud təlimatlarda hər bir istiqamət üzrə müəyyən edilmiş metodiki qaydalar var.

“Bakı-2025”də isə bütün məsuliyyət, təşkilati məsələlərin yoluna qoyulması Azərbaycanın öz üzərinə düşürdü.  Bu müddət ərzində Bakıda qarşılaşmaların keçirilməsi üçün infrastrukturun yaradılması və oyunların təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərir ki, AMF  hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaq üzrədir. Təkcə onu demək kifayət edər ki, Azərbaycan Minibutbol Federasiyasının qısa zaman kəsiyində əldə etdiyi uğur, bəlkə də bu sahədə ənənəsi olan böyük dövlətlərin onilliklər ərzində qazandıqları nailiyyətlərdən, uğurlardan böyükdür.

Federasiya rəhbərliyi az vaxtda uğura aparan yolun qısa xülasəsini təqdim etdi və bir daha bəlli oldu ki, həqiqətən də istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Əgər yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır.  Yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilib.

Göründüyü kimi qısa müddətdə bu qədər işin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edir. Lakin Azərbaycan Minifutbol Federasiyası ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı. Bakıda mundiala hazırlıq, püşkatma mərasiminin yüksək səviyyədə təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, AMF rəhbərliyi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atmaqdadır.

“Bakı-2025”də görüşənədək…







DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…