- 31.03.2025 12:26
Abşeronda DƏHŞƏT: Yeniyetmə oğlan anasını öldürdü

Abşeronda dəhşətli cinayət törədilib.
Proses.az lent.az-a istinadən xəbər verir ki, hadisə rayonun Məmmədli kəndində qeydə alınıb.
Orada yaşayan, Salyan rayon sakini, 2008-ci il təvəllüdlü Səid Eldəniz oğlu Əliyev münaqişə zəminində anası, 1986-cı il təvəllüdlü Rəfiqəni bıçaqlayaraq qətlə yetirib.
Hadisəni törədən S.Əliyev polis tərəfindən tutulub.
Faktla bağlı rayon prokurorluğu tərəfindən araşdırma aparılır.