• 12.04.2025 17:42

Ramiz İsmayılov Belarus səfərindən danışdı – FOTOLAR

Ramiz İsmayılov Belarus səfərindən danışdı – FOTOLAR

“Belarusa gedərkən məqsədim orada yaşayan qohumlarla görüşmək, uzun illərin ayrılığından sonra doyunca dərdləşmək və dünyasını dəyişmiş yaxın qohumumun məzarını ziyarət etmək idi. Amma qonaq olduğumuz şəhərdəki müxtəlif muzeyləri, tarixi abidələri gördükcə onlarla yaxından tanış olmaq qərarına gəldim”.

Bu fikirləri Proses.az-a açıqlamasında Qərbi Azərbaycan İcması Sumqayıt şəhər nümayəndəliyinin rəhbəri Ramiz İsmayılov səsləndirib.

O bildirib ki, yəhudi xalqının soyqırımını və bu millətin başına gətirilən faciələri özündə əks etdirən “Yəhudi Müqavəməti” adlı muzeydə olub və burada söhbət əsnasında erməni vandalları tərəfindən Qərbi Azərbaycanda, Xocalıda və digər torpaqlarımızda xalqımızın başına gətirilən müsibətləri göz önündə canlandırıb:

“İki xalqın üzləşdiyi bu soyqırım bizi birləşdirən həssas nöqtədir. Yəhudi əsirlərinin işgəncələrə məruz qaldığı düşərgədə salınan bu muzey onların yaşadığı faciədən xəbər verir. Bu mənzərə mənə tanışdır, çünki hər bir Qərbi azərbaycanlı kimi bu soyqırımı mən də yaşamışam. Mənim də yaxınlarım, qohumlarım erməni vəhşiliyinin qurbanı olub. Ailəm isə isə öz doğma elindən, isti ocağından qovularaq qaçqın həyatı yaşayıb. Erməni vəhşiliyi ilə bağlı fikirləri və başımıza gətirilən faciələri, Qərbi azərbaycanlıların soyqırıma məruz qalmasını və doğma yurdlarından deportasiya olunmasını məhdud vaxt kəsiyində oradakı insanların nəzərinə çatdırmağa çalışdım. Muzeyin xatirə dəftərinə qısa da olsa xatirələrimi və ürək sözlərimi yazdım. Qərbi Azərbaycan İcmasının nişanını muzeyin fonduna hədiyyə etdim”.

Ramiz İsmayılov bildirib ki, qonaq olduğu şəhərdə qarşısına çıxan ilk kilsəyə daxil olub və oranın keşişi ilə söhbətləşib:

“Kilsənin keşişi ilə qısaca söhbət əsnasında bir məqamı xatırlatmağı özümə borc bildim. İstər müsəlmanların, istərsə də xristianların müqəddəs kitabında “öldür, məhv et” tezisi yoxdur. O zaman xristian dinindən olan ermənilərin Azərbaycan xalqına qarşı olan bu nifrəti haradan qaynaqlanır? Kilsənin keşişinə ünvanladığım bu sual onu dərin düşüncələrə qərq etdi. Əvvəllər yazdığım “Erməni kilsəsinin antisülh bəyanatı” məqaləsinin rus dilində olan tərcüməsini keşişə verdim və onu öz düşüncələri ilə baş-başa buraxaraq kilsədən uzaqlaşdım. Belarusdan ayrılarkən bir fikiri özümdə yəqinləşdirdim. Xalqımızın başına gətirilən işgəncələri, soyqırımları, həqiqətləri yorulmadan dünyaya və dünya xalqlarına çatdırmağa davam etməliyik. Bəlkə bu zaman ermənilərə havadarlıq edən riyakar qüvvələr onların törətdikləri vəhşilikləri, təkcə türklər üçün yox, həm də bütün bəşəriyyətə təhlükə saçdıqlarını görə bildilər”.





DİGƏR XƏBƏRLƏR

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

SON DƏQİQƏ! Fəzail Ağamalı vəfat etdi

Sabiq millət vəkili Fəzail Ağamalı vəfat edib. Manset.az-ın əldə etdiyi məlumata görə, o bu dəqiqələrdə Türkiyədə vəfat edib. Fəzail Ağamalının…
Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

Şagird müəllimini qısqandığı üçün güllələyib? ŞOK İDDİA – FOTO

“İdrak” liseyində 10-cu sinif şagirdinin müəllimini güllələməsi hadisəsi ilə bağlı yeni iddialar ortaya çıxıb. AzEdu portalının sosial hesabında iddia olunub…
Aybəniz Haşımovaya vəzifə verildi

Aybəniz Haşımovaya vəzifə verildi

Əməkdar artist Aybəniz Haşımovaya vəzifə verilib. Müğənni A.M.Şərifzadə adına Mədəniyyət Mərkəzinin direktoru vəzifəsinə təyin edilib. Məlumata görə, Aybəniz Haşımova fevralın…
Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda keçirəcək

Klinika sahibinin qətl törədən oğlu – Bəzi günlərini azadlıqda…

“Aristokrat” tibb mərkəzinin sahibi Məmmədrəhim Rahimovun qətl törədən oğlu Həsən Rahimlinin cəzası yüngülləşdirilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, 6 il əvvəl 9…
Şəhid anası vəfat etdi

Şəhid anası vəfat etdi

Vətən müharibəsi şəhidi Kərim Yusifovun anası vəfat edib. Proses.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, şəhidin anası 56 yaşlı Əminə Nuriyeva…
“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs edilməməsinə ETİRAZ

“Oğlumu qəddarlıqla döydülər” – Əməkdar artistdən oğlunu döyənlərin həbs…

Azərbaycanın mərhum Xalq artisti Yuri Balıyev və Əməkdar artist Nataliya Balıyevanın övladları Artur Balıyev xəstəxanadan evə buraxılıb. Artur Balıyev yanvarın…
İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

İntensiv qar yağacağ, yollar buz bağlayacaq – XƏBƏRDARLIQ

Fevralın 10-11-də ölkə ərazisində havanın qeyri-sabit keçəcəyi, arabir yağıntılı olacağı, qar yağacağı, bəzi yerlərdə şimal-qərb küləyinin güclənəcəyi, havanın temperaturunun ötən…
Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Prezidentdən Cabbar Musayevlə bağlı SƏRƏNCAM

Cabbar Hafiz oğlu Musayev Naxçıvan Muxtar Respublikası Naxçıvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib. Bununla bağlı Prezident İlham Əliyev…
Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a buna görə lazım imiş…”

Davtyandan Zəngəzur dəhlizi ilə bağlı SENSASİON AÇIQLAMA: “TRIPP ABŞ-a…

Ermənistanın “Tramp Marşrutu” (TRIPP) layihəsinin məqsədlərindən biri ölkənin Zəngəzur bölgəsindəki uran yataqlarının nəzarətini təmin etməkdir. KONKRET.az xəbər verir ki, bu…
Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

Arif Həsənovun 25 milyonluq əmlakı əlindən alındı

“Azərinşaatservis” MMC-nin Müşahidə Şurasının sədri Arif Həsənova məxsus 25 milyon manatlıq əmlak müsadirə olunub. Teleqraf-ın əldə etdiyi məlumata görə, söhbət…
Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

Metrodan istifadə edənləri SEVİNDİRƏCƏK XƏBƏR – Yeni stansiyalar…

“2025-2030-cu illəri əhatə edən Dövlət Proqramına uyğun olaraq, qeyd edilən müddətdə 10 yeni stansiyanın inşası planlaşdırılır”. Bu barədə BAKU.WS-in sorğusuna…
Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvana yeni Baş nazir təyin olundu

Naxçıvan Muxtar Respublikasının yeni Baş naziri təyin olunub. Proses.az xəbər verir ki, bu barədə Naxçıvan MR Ali Məclisi qərar qəbul…
Nazir rektorun oğlunu vəzifədən azad etdi

Nazir rektorun oğlunu vəzifədən azad etdi

Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəis müavini Mehdi Abdullayev öz arzusu ilə tutduğu vəzifədən azad edilib. Bununla bağlı nazir…
Netanyahunun oğlu atasına HÜCUM ETDİ

Netanyahunun oğlu atasına HÜCUM ETDİ

İsrail Baş naziri Binyamin Netanyahunun keçmiş şəxsi mühafizəçisi Dror Ami ailə ilə bağlı bir sıra qalmaqalları açıqlayıb. Ən diqqətçəkən iddialardan…
Azərbaycanda həkimlər həbs olundu

Azərbaycanda həkimlər həbs olundu

Əlillik dərəcələrinin təyin edilməsi müqabilində külli miqdarda rüşvət almaqda təqsirləndirilən Könül Əliyeva və İltizam Əzimovun cinayət işi üzrə məhkəmə prosesi…