- 14.04.2025 15:21
Kəlbəcərdə maşın aşdı, qadın hərbçi öldü – Foto
Kəlbəcər rayonunda ölümlə nəticələnən yol qəzası baş verib.
“Nissan Pathfinder” markalı avtomobil sürücünün idarəetməsindən çıxaraq aşıb. Nəticədə sürücü 1983-cü il təvəllüdlü İlahə Rəsul qızı Şahverdiyeva həlak olub.
Hadisənin təfərrüatları araşdırılır.
Əldə edilən məlumata görə, qəzaya düşərək həlak olan İ.Şahverdiyeva hərbçidir. O, N saylı hərbi hissədə gizir kimi xidmət göstərirmiş./Qafqazinfo.az/
