• 15.04.2025 17:43

Mehriban Ələkbərzadənin “çör-çöp” ittihamına ŞOK CAVAB – Ana teatrda kimlər səssiz “təmizlənir”?

Mehriban Ələkbərzadənin “çör-çöp” ittihamına ŞOK CAVAB – Ana teatrda kimlər səssiz “təmizlənir”?

“Ana teatrın bədii rəhbəri Mehriban Ələkbərzadə 15 Aprel – Beynəlxalq Mədəniyyət Günündə efirə çıxaraq deyir ki, “Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində gözəl olan qalır”.

Bu cümlə zahirən pafoslu səslənsə də, əslində bir etiraf idi və gəlişiylə nələrin “təmizləndiyini” xəbər verirdi. Sözün açığı, bu cür çıxışda teatrın bədii rəhbərinə yaraşan üslubda yox, məişət tullantılarının təmizlənməsinə rəhbərlik edən şəxs kimi çıxış edib”.

Bu sözləri Musavat.com-a açıqlamasında Əməkdar artist Mehriban Xanlarova deyib.

Aktrisa Akademik Milli Dram Teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə haqqında yenidən qalmaqallı ittihamlar səsləndirib:

“Bəs Mehriban Ələkbərzadənin bu “çör-çöp” dediyi kimlər idi? Əvvəlcə uşaq evindən çıxmış, böyük istedad və potensiala malik gənc aktyor Corc Qafarı səhnədən uzaqlaşdırdı. Ardınca səssizcə 10 texniki əməkdaşla yollar ayrıldı. Daha sonra isə teatrın repertuarına əl gəzdirdi –  “Zəfər” kimi vətənpərvər ruhlu tamaşalar, “Medeya”, “Almaz”, “Bir, iki – bizimki” kimi klassik və müasir səhnə əsərləri yaddan çıxarıldı. Bunların arasında “Medeya”, “Bir, iki – bizimki” tamaşası sizin olsaydı, bütün dünyaya car çəkərdiniz.

Çünki beynəlxalq səviyyədə nümayiş oluna biləcək tamaşalar idi. Siz bütün bu addımlarınızı “çör-çöp təmizliyi” adı altında cəmiyyətə təqdim etdiniz. Yeniliyiniz isə səhnəyə dəvə gətirməniz oldu. Lakin səhranın istisinə, susuzluğuna dözən bu heyvan belə Mehriban Ələkbərzadənin eqosuna dözə bilmədi və səhnədən getdi”.

Mehriban Xanlarova iddia edib ki, bədii rəhbər “YouTube” arxivlərindən oğurluq səhnələr toplayır, 1940 və 1948-ci illərə aid tamaşalardan kadr səhnələr götürərək plagiat tamaşalar qurur:

“Hazırda bədii rəhbər “bütün beynimlə çox önəmli bir tamaşa üzərində işləyirəm” deyir. Bunu çox düz deyir. Çünki “YouTube”da 1940, 1948-ci illərə aid tamaşaları izləyib oradakı səhnələri oğurlayaraq plagiat tamaşalar qurmaqla məşğuldur.

Bu barədə Azərbaycanın bir nömrəli teatrşünası Aydın Talıbzadə konkret linklər və mənbələrlə sübutlar ortaya qoyaraq məqalə dərc edib. Orada açıq şəkildə göstərilir ki, “V.X.A.” tamaşasının müxtəlif səhnələri oğurluqdur. Nəticə isə budur: bədii rəhbərimiz plagiat rejissordur, kamera qarşısında, kamera arxasında öz kollektivini aşağılamaqdan çəkinmir və “YouTube”da oğurluq etməklə məşğuldur”.

Səslənən ittihamlarla bağlı Mehriban Ələkbərzadənin mövqeyini öyrənməyə çalışdıq. Bədii rəhbər heç bir ittihama cavab vermək istəmədiyini dedi:

“Belə olmaz. Mən də xeyli vaxt jurnalist işləmişəm, amma heç vaxt yazıb, soruşmamışam ki, “filankəs filan sözü dedi, buna necə baxırsınız?” Nə olub? Başqa xəbər yoxdur?”

Xatırladaq ki, Azərbaycan Dövlət Akademik Milli Dram teatrının bədii rəhbəri Mehriban Ələkbərzadə “Sabahın xeyir, Azərbaycan!” verilişində son günlər mədəniyyət ocağında aktyorlarla onun arasında baş verən mübahisələrə bu cür cavab verib:

“Zaman çox dəyişir. Sosial şəbəkələr, dırnaq içində olan demokratik özbaşınalıqlar… Hər kəs öz fikrini səsləndirə bilir və heç kim məsuliyyət daşımadan hansısa ünvana sözlər deyə bilir. Normal, olsun… Yetər ki, bu, əxlaqdan kənar olmasın. Amma mübahisələr hər zaman olmalıdır. Yenilik özü ilə gələndə çör-çöpü aparır, yerində isə gözəl olan qalır. Yaradıcı mübahisələr məşq prosesində olur, amma o birilər başqa şeydə.

Bu saat narahat dövrümdür. Hazırda çox önəmli tamaşa üzərində çalışıram. Buna görə mənim beynimin hər hüceyrəsi o işlə çalışır”.

DİGƏR XƏBƏRLƏR

Azərbaycanda futbol hakimi yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycanda futbol hakimi yüksək vəzifəyə TƏYİN OLUNDU

Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasına (AKTA) yeni icraçı direktor təyin edilib. Proses.az bu barədə AKTA-ya istinadən xəbər verir. Bildirilib ki, AKTA-nın operativ…
Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı

Tibb işçilərinin maaşlarına əlavə müddəti uzadıldı

Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavələrin verilməsi müddəti uzadılıb. Proses.az xəbər…
Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında nə baş verib?

Afaq Bəşirqızı ilə Almaz Ələsgərova arasında nə baş verib?

Akademik Musiqili Teatrında qalmaqal yaşandığı iddia olunur. Proses.az “Qaynarinfo”ya istinadən xəbər verir ki, hadisə mədəniyyət naziri Adil Kərimlinin sözügedən teatrda…
Bu günəbaxan emalı sexi bağlandı – SƏBƏB – VİDEO

Bu günəbaxan emalı sexi bağlandı – SƏBƏB – VİDEO

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətləri daxilində ölkə ərazisində yanğın təhlükəsizliyinin təmin edilməsi məqsədilə zəruri tədbirlərin görülməsini davam…
Qarabağa qayıdan sakinlərə “kupça” niyə verilmir?

Qarabağa qayıdan sakinlərə “kupça” niyə verilmir?

Azad olunmuş ərazilərdə öz dədə-baba torpaqlarına yaşamağa qayıdanlara mənzillərin çıxarışlarının verilməməsi, onlarla sadəcə müqavilə imzalanması ilə bağlı xəbərlər yayılıb. Proses.az…
Azərbaycanda da satılan mineral suda görün nə aşkarlandı – FOTO

Azərbaycanda da satılan mineral suda görün nə aşkarlandı –…

Fransada aparılan analizlər zamanı məşhur “Perrier” mineral qazlı suyunun bəzi şüşələrində nəcis mənşəli enterobakteriyalara rast gəlinib. Milli.Az xəbər verir ki,…
Planlı qeysəriyyə əməliyyatları qadağan edildi

Planlı qeysəriyyə əməliyyatları qadağan edildi

Türkiyə Səhiyyə Nazirliyi tibbi zərurət olmadan özəl xəstəxanalarda planlı qeysəriyyə əməliyyatlarına qadağa qoyub. Milli.Az xəbər verir ki, qərar Rəsmi Qəzetdə…
Zərdabda oğlunun ölümünə dözməyən ata intihar etdi

Zərdabda oğlunun ölümünə dözməyən ata intihar etdi

Zərdab rayonunda intihar hadisəsi baş verib. Proses.az Teleqraf.com-a istinadla xəbər verir ki, aprelin 21-də saat 13 radələrində 1960-cı il təvəllüdlü…
Prezidentlə xanımı Çindədir

Prezidentlə xanımı Çindədir

Azərbaycan Prezidenti İlham Əliyev bu gün Çinə dövlət səfərinə gedib. Proses.az xəbər verir ki, Pekin Beynəlxalq Hava Limanında dövlət başçısının…
Ramin Şükürov həbs edildi

Ramin Şükürov həbs edildi

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xəzər Rayon İdarəsinin rəisi Ramin Şükürov həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata…
Oğlu şantaj edilən ananın şikayəti ilə HƏBS OLUNDULAR

Oğlu şantaj edilən ananın şikayəti ilə HƏBS OLUNDULAR

Mingəçevirdə vətəndaşa hədə-qorxu gələrək xeyli pul alan şəxslər tutulublar. Proses.az xəbər verir ki, şəhər sakini polisə müraciət edərək iki nəfər…
Metroda düyməni basanlar cərimələnəcək – AÇIQLAMA

Metroda düyməni basanlar cərimələnəcək – AÇIQLAMA

Metro gündəlik olaraq bir çoxumuzun istifadə etdiyi nəqliyyat vasitəsidir. Metroda olan düyməni isə bəzən sərnişinlər sıxlıq səbəbindən, bəzən də qəsdən…
Məhkəmə Şərurlu İsfəndiyar barədə qərar çıxardı

Məhkəmə Şərurlu İsfəndiyar barədə qərar çıxardı

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundov (Şərurlu İsfəndiyar) ona qarşı xüsusi ittiham qaydasında edilmiş şikayət üzrə təqsirləndirilən şəxs qismində tanınıb. Proses.az…
Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı QƏRAR

Bəzi dövlət qurumlarındakı vəzifə maaşları ilə bağlı QƏRAR

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Aparatı, strukturuna daxil olan qurumlar və strukturuna daxil olmayan tabeliyindəki qurumlar üzrə xidmət heyətinin…
Sosial xidmətlərlə bağlı qanunda YENİ MADDƏ

Sosial xidmətlərlə bağlı qanunda YENİ MADDƏ

Sosial xidmətə götürülən şəxslərlə bağlı qaydalar dəyişəcək. Proses.az xəbər verir ki, bu, Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə…