• 15.04.2025 18:45

Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Vardanyana ən ağır cəzanın verilməsini istədilər

Azərbaycan Cinayət Məcəlləsinin sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi aprelin 15-də davam etdirilib.

“Qafqazinfo” xəbər verir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyi ilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilən açıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova) təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi, habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.

Məhkəmə prosesi zərərçəkmiş şəxslərin dindirilməsi ilə davam etdirilib.

Zeynal Ağayev dindirmədən əvvəl zərərçəkmiş şəxslərə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını və vəzifələrini izah edib.

Məhkəmədə zərərçəkmiş şəxslər İlqar Orucov, Mərdan Musayev, Anar Alıyev, Xəzri Əhmədov, Həsən Əliyev, Elşad Əhmədov, Fərid İlyaszadə, Təbriz Ramazanov, Saleh Həsənov, Cavid Mehdizadə, Əzizağa Qarayev, Nəriman İbrahimov və digərləri Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlif istiqamətlərdə təxribatları zamanı yaralandıqlarını bildiriblər.

Zərərçəkmişlərdən Elvin Məmmədli ifadəsində Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən təxribat nəticəsində yaralanmış əsgəri sanitar maşınla təxliyə edərkən özünün də yaralandığını bildirib. O, sanitar maşının üzərində uzaqdan görünən qırmızı aypara işarəsi olmasına baxmayaraq, tank əleyhinə silahla vurulduğunu deyib.

Nizami Baxşəliyev dövlət ittihamçısı Fuad Musayevin suallarına cavab olaraq ön xətdən 7-8 kilometr geridə olarkən qarşı tərəfin atəşi nəticəsində yaralandığını bildirib və deyib: “Onların məqsədi torpaqları işğal etmək idi”.

Ülvi Süleymanov isə özünün yaralandığını, döyüş yoldaşının isə şəhid olduğunu qeyd edərək bildirib: “Döyüş yoldaşlarımdan biri qucağımda can verdi”.

İmran Həsənli isə dövlət ittihamçısı Təranə Məmmədovanın suallarını cavablandıran zaman Ağdərə rayonunun Sırxavənd kəndində partlayış nəticəsində qrup komandiri ilə eyni vaxtda yaralandığını deyib.

Tural Məmmədzadə də Ermənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələri tərəfindən törədilən hərbi təxribat zamanı artilleriya atəşi nəticəsində Ağdamda qəlpə yarası aldığını söyləyib.

Anar Rəhimli dövlət ittihamçısı Vüsal Abdullayevin suallarına cavab verərkən Ağdam rayonunun Yeddixırman ərazisində mülki şəxs kimi öz vəzifəsini icra edən zaman yaralandığını diqqətə çatdırıb. “Ermənistanın qanunsuz silahlı birləşməsinə rast gəldik. Onlar bizim avtomobili atəşə tutdular. Mən sol qolumdan güllə yarası aldım”, – deyə o əlavə edib. Bildirib ki, nəticədə onun qolu sınıb, avtomobilin aşması nəticəsində isə sağ əlindən də sınıq xəsarəti alıb.

“Həmin vaxt bizim yanımızda hərbçilərimiz yox idi. Biz onları görərkən geri qayıtmaq istədik. Geri qayıdanda bizi atəşə tutdular. Onların atəşi qorxutmaq üçün deyildi, davamlı atəş açırdılar”, – deyə o vurğulayıb.

Cavid Mehdizadə düşmənin Ağdamın Abdal-Gülablı kəndi istiqamətində təxribatı nəticəsində yaralandığını bildirib. O əlavə edib: “Yanımda iki döyüş yoldaşım şəhid oldu, bir neçə nəfər yaralandı. Xəsarət alarkən biz öz mövqeyimizdə idik. Qarşı tərəf mütəmadi olaraq təxribat törədirdi”.

Valeh Nuriyev də düşmən tərəfin təxribatı zamanı yaralandığını bildirib.

Elşən İbrahimli Ağdamda snayper tüfəngindən açılan atəş nəticəsində yaralandığını söyləyib.

Zərərçəkənlərin hər biri təqsirləndirilən şəxsə ən ağır cəzanın verilməsini məhkəmədən xahiş edib.

Prosesdə, həmçinin məhkəmə-tibbi ekspertizanın rəyləri açıqlanıb.

Məhkəmənin növbəti iclası aprelin 22-nə təyin olunub.

Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama, başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburi köçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma), 112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113 (işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını və adətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16, 116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquq normalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11, 120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4, 29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd), 192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4 (terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2 (cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr və qurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdid yaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onu zorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə), 279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələri və ya qrupları yaratma) və 318.2-ci (Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə ittiham olunur.

 


















DİGƏR XƏBƏRLƏR

Qubada istirahət məkəzində DAVA – Vəzifəli şəxs qaziyə hücum edib – İDDİA – FOTO

Qubada istirahət məkəzində DAVA – Vəzifəli şəxs qaziyə hücum…

Qubada fəaliyyət göstərən “Alma bağı” istirahət mərkəzində 44 günlük Vətən müharibəsi qazisinə qarşı hücumla nəticələnən kütləvi dava baş verib. Hadisə…
Təyyarədə dava düşdü – Bakıya məcburi eniş etdi – VİDEO

Təyyarədə dava düşdü – Bakıya məcburi eniş etdi –…

Dubay-Moskva reysi ilə uçan sərnişinlər itaətsiz sərnişini özləri saxlayıblar.  Proses.az lent.az-a istinadən xəbər verir ki, kişinin nalayiq davranışı ucbatından təyyarə…
Tanınmış vəkil Bakı bulvarında qəfil vəfat etdi – FOTO

Tanınmış vəkil Bakı bulvarında qəfil vəfat etdi – FOTO

Dünən Bakı bulvarında ölüm hadisəsi baş verib. Proses.az qafqazinfo.az-a istinadən xəbər verir ki, aprelin 25-i saat 16 radələrində Neftçilər prospektində…
Ərdoğan onları təbrik etdi – Video

Ərdoğan onları təbrik etdi – Video

Xəbər verdiyimiz kimi, Türkiyənin “Trabzonspor” klubunun U-19 komandası UEFA Gənclər Liqasında finala yüksəlib. “Qafqazinfo” “TRT Haber”ə istinadən xəbər verir ki,…
Əvəz Zeynallının azadlığa buraxılmasına görə Prezidentə təşəkkür müraciəti

Əvəz Zeynallının azadlığa buraxılmasına görə Prezidentə təşəkkür müraciəti

Tanınmış jurnalist və “Xural” Media Yayınları Evinin rəhbəri Əvəz Zeynallının azadlığa buraxılmasından sonra hüquq müdafiəçiləri, media nümayəndələri, ziyalılar və ictimai-siyasi…
Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq – VİDEO

Prezidentlə jurnalist arasında çayla bağlı maraqlı dialoq – VİDEO

Xəbər verdiyimiz kimi, Çində dövlət səfərində olan Azərbaycan Prezidenti İlham Əliyev aprelin 24-də Pekində CGTN (China Global Television Network) telekanalına…
Ərdoğan Azərbaycana gələcək

Ərdoğan Azərbaycana gələcək

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan gələn ay Azərbaycana gələcək. “Qafqazinfo” “A Haber”ə istinadən xəbər verir ki, bu barədə Türkiyə liderinin…
Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı – Xəsarət alanlar var

Şamaxıda məktəbliləri daşıyan avtobus aşdı – Xəsarət alanlar var

Şamaxıda mikroavtobus qəzaya uğrayıb. “Qafqazinfo”nun məlumatına görə, hadisə ötən gün axşam saatlarında rayonun Hacıqədirli kəndi ərazisində baş verib. Belə ki,…
Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ

Əli Mirəliyev reanimasiyaya YERLƏŞDİRİLDİ

Tanınmış müğənni Əli Mirəliyev xəstəxanaya yerləşdirilib. Oxu.Az xəbər verir ki, bu barədə sənətçinin xanımı Anaxanım Mirəliyeva Moderator.az-a açıqlama verib: “Əli…
Əvəz Zeynallı azadlığa buraxıldı

Əvəz Zeynallı azadlığa buraxıldı

“Xural” Media Qrupunun rəhbəri, hazırda həbsdə saxlanılan jurnalist Əvəz Zeynallının səhhəti ilə bağlı azadlığa buraxılması üçün keçirilən məhkəmə iclası başa…
Meyxanaçı həbs edildi

Meyxanaçı həbs edildi

Gəncə şəhərində meyxanaçı həbs edilib. Proses.az teleqraf-a istinadən xəbər verir ki, həbs edilən meyxanaçı “Fərid Gəncəli” ləqəbi ilə tanınan Fərid…
Məşhur qapıçı siqaret çəkməsi haqda – “Bunu etməyin”

Məşhur qapıçı siqaret çəkməsi haqda – “Bunu etməyin”

“Barselona”nın qapıçısı Voyçex Şensnı siqaret çəkməyi tövsiyə etmir. “Qafqazinfo” xəbər verir ki, İspaniya mətbuatına açıqlamasında pis vərdişindən də söz açan…
DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib – VİDEO

DİN kibertalamalarla bağlı vətəndaşlara çağırış edib – VİDEO

Daxili İşlər Nazirliyi kibertalamalarla bağlı vətəndaşlara çağırış edib. Bu barədə Proses.az-a nazirlikdən məlumat verilib. Çağırışda bildirilib: “Dələduzlar sizə zəng edərək, mesaj…
Bakıda tanınmış alimin evdən meyiti tapıldı

Bakıda tanınmış alimin evdən meyiti tapıldı

Bakı Slavyan Universitetində işləyən alim Rəhilə Quliyeva vəfat edib. Rəhilə Quliyeva Bakı Slavyan Universitetinin Dissertasiya şurasının sədri, Ədəbiyyat nəzəriyyəsi kafedrasının…
Avro, rubl ucuzlaşdı, dollar və lirə isə… – RƏSMİ

Avro, rubl ucuzlaşdı, dollar və lirə isə… – RƏSMİ

Azərbaycan Mərkəzi Bankı bu günün valyuta məzənnələrini açıqlayıb. Proses.az xəbər verir ki, 2025-ci il aprelin 25-də ABŞ dollarının məzənnəsi dəyişməyərək…