• 16.04.2025 13:27

Havaya görə bu sahədə işlər dayandırılmalıdır! – Rəsmi

Havaya görə bu sahədə işlər dayandırılmalıdır! – Rəsmi

“Mövcud hava şəraiti davam etdiyi müddətdə açıq havada işləyən işçilərin həyat və sağlamlığının qorunması məqsədilə əmək qanunvericiliyinin tələblərinə uyğun olaraq zəruri tədbirlərin görülməsi vacibdir”.

Proses.az xəbər verir ki, bu, Dövlət Əmək Müfəttişliyi Xidmətinin ölkə ərazisində müşahidə olunan hava şəraiti ilə əlaqədar işəgötürənlərə müraciətində bildirilib.

“Belə ki, “Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 233-cü maddəsinə əsasən, aşağı temperatur və şiddətli külək şəraitində açıq havada, habelə ilin soyuq vaxtlarında qızdırılmayan qapalı binalarda işləyərkən işçilərə qızınmaq üçün fasilələr verilir və ya iş dayandırılır.

Məcəlləyə 2-ci əlavəyə görə, küləyin gücü 6 bal və daha artıq olduqda, quruda kranlarla görülən bütün növ işlər dayandırılır. Həmçinin tikinti işləri görüldükdə küləyin gücü 2 baldan artıq olduqda kranlar qurulması üzrə quraşdırma, 3 baldan artıq olduqda qaldırıcıların quraşdırılması və sökülməsi, daşınan taxta-şalbanın yerinin dəyişdirilməsi işləri, 6 baldan artıq olduqda taxta-şalban, işi, habelə taxta-şalbanın sökülməsi işləri dayandırılır.

Dənizdə işləyərkən küləyin gücü 3 baldan çox olduqda qaynaq tikişinin şaquli və tavan vəziyyətində qoyulduğu bütün növ qaynaq, 4 baldan çox olduqda ayrı-ayrı özüllərdə kran gəmiləri vasitəsilə görülən tikinti-quraşdırma və sökmə, daimi dəniz özülləri və estakadayanı meydançaları yanındakı buxtalarda barjlara, kran gəmilərinə yükvurma və yükboşaltma işlərinin, qaynaq tikişi aşağı vəziyyətdə qoyulduğu bütün növ qaynaq işlərinin, estakada tikən kranla quraşdırma və dəniz neft-mədən qurğularının sökülməsi işlərinin dayandırılması təmin edilməlidir.

Dənizdə işləyərkən küləyin gücü 5 baldan artıq olduqda isə ayrı-ayrı özüllərdə üzən vasitələr, qurğular olmadan tikinti-quraşdırma və sökmə, kopyor vasitəsilə dayaqlar vurulması, daimi dəniz özüllərində buruqların quraşdırılması, sökülməsi və dorların qaldırılması (endirilməsi), traversin sürgü qollarının, mancanaq dəzgahının asma kanatının təmiri və dəyişdirilməsi, buruqda və ya dorda diyircəklərin, kran-blokun dəyişdirilməsi, tali kanatının təchizatı, dərinlik ölçmələri və quyuların debitinin ölçülməsi, estakada meydançalarında quyuların cari və əsaslı təmiri üçün səyyar aqreqatların dorlarının qaldırılması işləri dayandırılmalıdır.

Küləyin gücü 6 baldan artıq olarsa, daimi dəniz özüllərində istismar edilən quyularda işləri, daimi dəniz özüllərində estakadayanı meydançalarda quyuların əsaslı və cari yeraltı təmir işlərini, 8 baldan çoxdursa, qazma işləri aparılan quyularda alətlərin quyulardan qaldırılması ilə əlaqədar bütün işləri, özülün və ya estakadayanı meydançanın döşəməsi üstündəki və altındakı işləri dayandırmaq tələb olunur”.

Xidmətdən əlavə olaraq qeyd edilib ki, əgər küləyin gücü 10 baldan artıq olarsa, quyunun yuyulması işlərindən başqa buruqda bütün işlərin dayandırılması təmin edilməlidir:

“İşlərin dayandırılması zamanı işəgötürənlə həmkarlar təşkilatının birgə qərarı ilə fasilənin sayı, müddəti müəyyənləşdirilməli, iş zamanı verilmiş fasilələr iş vaxtına daxil edilməli və bu fasilələr zamanı da əmək haqqı işçilərin tarif maaşına görə ödənilməlidir. İş dayandırıldıqda boşdayanma vaxtının haqqının işçinin təqsiri səbənindən baş verməyən boşdayanma kimi və tarif maaşının üçdə iki hissəsindən az olmayaraq ödənilməsi təmin edilməlidir”.

DİGƏR XƏBƏRLƏR

Həyət evi ya bina evi hansının qiyməti daha da BAHALAŞACAQ? – AÇIQLAMA

Həyət evi ya bina evi hansının qiyməti daha da…

Son 4 ildə mənzil bazarında 55 faizə qədər qiymət artımı müşahidə olunur. Bu barədə Dövlət Statistika Mərkəzi məlumat yayıb. Bahalaşma…
Qarşıdakı 2 gün güclü külək əsəcək – Xəbərdarlıq

Qarşıdakı 2 gün güclü külək əsəcək – Xəbərdarlıq

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib. Proses.az-ın məlumatına görə, bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.…
Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələri ilə bağlı sərəncama dəyişiklik edildi

Şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılması ilə bağlı sərəncamda dəyişiklik edilib. Azərbaycanın ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar…
Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir?- DOSYE

Prezidentin təyin etdiyi yeni Hərbi Prokuror kimdir?- DOSYE

Xəbər verdiyimiz kimi, Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini Azərbaycanın Hərbi prokuroru təyin edilib. Bu barədə Prezident İlham Əliyev…
Azərbaycanın yeni hərbi prokuroru təyin edilib – SƏRƏNCAM

Azərbaycanın yeni hərbi prokuroru təyin edilib – SƏRƏNCAM

Bəhruz Vidadi oğlu Əhmədov Baş prokurorun müavini – Azərbaycanın Hərbi prokuroru təyin edilib. Proses.az xəbər verir ki, Prezident İlham Əliyev…
Şərurlu İsfəndiyar məhkəməyə belə gəldi – FOTO

Şərurlu İsfəndiyar məhkəməyə belə gəldi – FOTO

Xüsusi ittiham qaydasında məhkəməyə verilən “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovla (Şərurlu İsfəndiyar) bağlı növbəti məhkəmə prosesi keçirilir. Proses.az APA-ya istinadən…
Magistratura imtahanının nəticələri elan olundu

Magistratura imtahanının nəticələri elan olundu

Dövlət İmtahan Mərkəzi ali təhsil müəssisələrinin magistraturalarına 11 may 2025-ci il tarixində keçirilmiş qəbul imtahanının qapalı və kodlaşdırıla bilən açıq…
Küçədə döyülərək öldürülən məktəblinin FOTOSU

Küçədə döyülərək öldürülən məktəblinin FOTOSU

Xəbər verdiyimiz kimi, dünən axşam saatlarında Gəncə şəhərində küçədə döyülən 18 yaşlı Elgün İbrahimov bu gün xəstəxanada aldığı ağır kəllə-beyin travmasından…
Məşhur şirkətin sədr müavini də Mövlam Şıxəliyevin əmlakı ilə bağlı dindirilib – SENSASİON GƏLİŞMƏ

Məşhur şirkətin sədr müavini də Mövlam Şıxəliyevin əmlakı ilə…

“Qafqaz Construction” şirkətinin sədr müavini Murad Həsən oğlu Rzayev Milli Təhlükəsizlik Nazirliyinin (MTN 2015-ci ildə ləğv olunub – red.) İstintaq…
Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI+FOTO

Polis insan alverinə görə bu qadınları axtarır – SİYAHI+FOTO

Xəbər verdiyimiz kimi, Azərbaycan insan alverinə görə 11 nəfəri İnterpol xətti ilə beynəlxalq axtarışa verib. Hazırda insan alveri cinayət əməllərinə…
Pakistan itkiləri AÇIQLADI

Pakistan itkiləri AÇIQLADI

Hindistanla baş vermiş hərbi toqquşma nəticəsində Pakistanda 11 əsgər və 40 dinc sakin həlak olub. Musavat.com xəbər verir ki, bu…
Silah anbarında Güclü PARTLAYIŞ oldu: Çox sayda ÖLƏN VAR – Bu ölkədə…

Silah anbarında Güclü PARTLAYIŞ oldu: Çox sayda ÖLƏN VAR…

İndoneziyanın Qərbi Yava əyalətində köhnə silah-sursatın zərərsizləşdirilməsi zamanı güclü partlayış olub. Musavat.com xarici mediaya istinadən xəbər verir ki, yerli vaxtla…
Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ

Putinin İstanbul səfəri ilə bağlı SON DƏQİQƏ

Rusiya prezidenti Vladimir Putin sabah İstanbula getməyəcək və belə bir planı da yoxdur. Proses.az xəbər verir ki, bu barədə Gulagu.net…
Kiçik dövlətlərin casusluq “uğurları” – Finlər “Kalaşnikov”u necə söküb-yığıblar…

Kiçik dövlətlərin casusluq “uğurları” – Finlər “Kalaşnikov”u necə söküb-yığıblar…

Casusluq və məxfi əməliyyatlar dedikdə dərhal insanın ağlına supergüclərin kəşfiyyat xidmətləri gəlir. XX əsrin oratalarında ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi, SSRİ-nin…
Baş nazirin 2 milyonluq evini yandırmaq İSTƏDİ – SAXLANILDI

Baş nazirin 2 milyonluq evini yandırmaq İSTƏDİ – SAXLANILDI

Böyük Britaniyada baş nazir Kir Starmerin evini yandırmağa cəhd olunub. Musavat.com xəbər verir ki, hadisədə şübhəli bilinən 21 yaşlı gənc mayın 13-nə keçən gecə…