• 18.04.2025 09:51

DTX-nin həbs etdiyi haker: Məqsədim xeyirli iş görmək olub…

DTX-nin həbs etdiyi haker: Məqsədim xeyirli iş görmək olub…

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyat nəticəsində həbs olunan 1993-cü il təvəllüdlü Tural Əliyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

“Report” xəbər verir ki, Yasamal Rayon Məhkəməsində hakim Rəşad Cavadzadənin sədrliyi ilə keçirilən prosesdə Tural Əliyev vəkilinin suallarını cavablandıran zaman qeyd edib ki, “Ultra Technologies” şirkətinin gizli məlumatlarına giriş edib: “Daxil olan zaman gördüm ki, Azərbaycan şirkətidir. Şirkətin bazasına girməkdə məqsədim yoxlamaq olub, maddi gəlir güdmək məqsədim olmayıb. Azərbaycanda serverlərə müdaxilənin qarşısının alınması üçün milli proqram yaratmaq istəmişəm. Bunun üçün də xaricdən olan şirkətlərin gizli məlumat bazalarına daxil olmaqla test etmişəm. Məqsədim özümü həmin şirkətlərə sübut etmək, nüfuz qazanmaq olub”.

Daha sonra hakim təqsirləndirilən şəxsin ifadəsindən bir hissəni elan edib. Həmin ifadədən məlum olub ki, onun şəxsi kompüterində zərərli proqramlar, gizli yazışmalar, kibermüdaxilələr, kriptopullar aşkar edilib.

Təqsirləndirilən şəxs qeyd edib ki, “Karnaval” ləqəbli şəxslə əlaqəsi olub, ona bir şirkətin giriş məlumatlarını 500 dollara satıb.

Bundan başqa, təqsirləndirilən şəxs Argentinaya məxsus dəniz şirkətinin serverində olan gizli məlumatları əldə edib və 350 dollara satıb.

Daha sonra səsləndirilən ifadələrdən məlum olur ki, təqsirləndirilən şəxs İsrail dövlətinə məxsus şirkətin 25 meqabayt, ABŞ-yə məxsus şirkətin isə 1 meqabayt məlumatlarını əldə edib.

Sualları cavablandıran təqsirləndirilən şəxs isə özünü qismən təqsirli bilib. Bildirib ki, gördüyü işlərdə qanunsuz hərəkətlər etməyib: “Mən hakerəm. Xarici ölkə hakerlərində zərərli vasitələrin sistemə daxil olmasının qarşısının alınması üçün proqramlar olub. Amma bizdə belə proqram olmayıb. Mən də bu proqramın millisini yaratmaq istəmişəm. Məqsədim də xeyirli iş görmək olub”.

T.Əliyev bildirib ki, “İdrak” şirkətinin rəhbəri Hikmət Abdullayev ona 80 min manat verib və deyib ki, bu işləri həyata keçirsin: “Mənim məqsədim həmin proqramları hazırlamaq və dövlətə təqdim etmək olub. Başqa niyyətim olmayıb. İşi göstərib, iş qazanmaq istəmişəm”.

Proses mayın 1-də davam edəcək.

İttihama görə, “Zeromap” MMC-nin icraçı direktoru olan Tural Əliyev 2021-2024-cü illərdə mobil telefonlara və digər texniki avadanlıqlara kənardan nüfuz edə bilən proqramları əldə edərək tətbiq etməkdə, habelə nəhəng yerli və xarici şirkətlərə kiberhücumlar təşkil etməkdə ittiham olunur.

Belə ki, o, 2021-ci illərdə kompüter texniki avadanlıqlarından istifadə edərək yerli və xarici fiziki, hüquqi şəxslərin mobil telefonlarına müdaxilə edib.

Bundan başqa, o, xarici şirkətlərə məxsus hamıya açıq olmayan məlumatlara giriş əldə edib.

T.Əliyev Cinayət Məcəlləsinin 271.2.1-ci (kompüter sisteminə qanunsuz daxil olma – təkrar törədildikdə), 272.2.1 (kompüter məlumatlarını qanunsuz ələ keçirmə) və 273-1.1-ci (kibercinayətlərin törədilməsi üçün hazırlanmış vasitələrin dövriyyəsi) maddələri ilə ittiham olunaraq həbs edilib.

DİGƏR XƏBƏRLƏR

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Füzulidə 16 yaşlı Nahid Nağızadə kanalda batıb. “Qafqazinfo”nun məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisindən…
Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən AÇIQLAMA

Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən…

“Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki…
Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə…
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib. Proses.az modern.az-a istinadən xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir…
Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim imiş – VİDEO

Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim…

Adana şəhərinin Seyhan rayonunda xüsusi sərnişin avtobusunda bir qadının ətək altından foto çəkdiyi iddia edilən 75 yaşlı təqaüdçü hakim A.M.A.…
Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu…
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb. Görüntülər cəzaçəkmə müəssisələrinin birində lentə alınıb. Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarında…
OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində  Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.…
Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov…
Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətiriləcəyi tarix hələ məlum deyil.…
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Proses.az-a AZAL-dan…
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. XİN-dən Proses.az-a daxil olan sənəddə iyunun 27-də…
Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü – FOTO

Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü…

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə…
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Təsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə…
Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törədib. Milli.Az xəbər verir ki, dönmə hərəkətini uğursuz icra edən sürücü parklanmış maşınla çırpılıb. Parklanma…