• 18.04.2025 10:36

Azərbaycanda qadın müğənni qardaşı tərəfindən qətlə yetirildi

Azərbaycanda qadın müğənni qardaşı tərəfindən qətlə yetirildi

Gəncə şəhərində 1984-cü il təvəllüdlü Vüqar qısqanclıq zəminində ögey bacısı Fidanı (adlar şərti verilib – red.) öldürüb.

Proses.az Teleqraf.com-a istinadla xəbər verir ki, Vüqar 1989-cu il təvəllüdlü ögey bacısı Fidanın müğənnilik fəaliyyəti ilə məşğul olmasını özü üçün alçaldıcı hərəkət hesab edib.

O, bacısını öldürmək qərarına gəlib. Bu məqsədlə 2023-cü ilin noyabrın 2-də səhər saat 7 radələrində bacısının Gəncə şəhəri, Yeni qəsəbədə yaşadığı binanın qarşısına gəlib, havanın işıqlanmasını gözləyib.

Vüqar bacısının mənzildən çıxaraq binanın qarşısında gözləyən taksiyə yaxınlaşanda ona öz iradını bildirib. Fidan qardaşının onunla mübahisə etməsindən sonra yaxınlıqdakı polis şöbəsinə gedərək məlumat vermək istəyib.

Vüqar Fidanın ardınca qaçaraq onu tutub və ona çoxsaylı bıçaq zərbələri vurub. Qadın hadisə yerində ölüb.

İstintaq orqanı tərəfindən Vüqarın barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsulla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vüqar ittiham üzrə özünü qismən təqsirli bilib. O, ifadəsində göstərib ki, mərhum Fidan onun atabir bacısıdır: “Bacımla dəfələrlə telefonda danışmışam və görüşmüşəm. Onun müğənnilik fəaliyyətindən əl çəkməsini istəmişəm. Müğənnilik edən qadının abır-həyası olmaz deyə düşünmüşəm. “Hər ehtiyacını ödəyirəm, müğənnilik fəaliyyətindən əl çək” demişəm.

Bacım isə mənə bildirdi ki, 9 min manat borcu var. Bu borcunun tam ödənilməsini də öz üzərimə götürdüyümü bildirdim. Bir nəfərin yanına gedərək, mənə sabaha 10 min manat pul lazım olduğunu və həmin məbləği evimi satdıqdan sonra qaytaracağımı söylədim. O da “problem yoxdu” dedi”.

Təqsirləndirilən şəxs qeyd edib ki, bacısı səs-küy edib, dava salıb və oradan uzaqlaşıb: “Sonra qardaşım Əhmədlə bibim oğlu Əfqan gəldi. Bizim danışıqlarımız alınmadı. Əfqanla heç bir söhbətimiz olmadı. O, mehribançılıq yaratmaq üçün gəlmişdi. Bacım dəfələrlə gələrək evdə səs-küy salıb və gedib. Bununla bağlı polis şöbəsindən mənə zəng də olunub, Gülnar və Səidə adlı şəxsləri tanıyıb-tanımadağım soruşulub”.

Vüqarın ifadəsinə görə, bacısı yenidən dava-dalaş və səs-küy salandan sonra daha onunla görüşməyib: “Axırıncı dəfə noyabrın 2-də Gəncə şəhərinə gəldim və uşağın məktəbə getməsini gözlədim. Uşaq məktəbə getdikdən sonra fikrim evə qalxmaq və bacımla söhbət etmək idi.

Həmin vaxt mən avtomobildə gözləyirdim. Bundan xəbər tutan bacım oraya gəldi, gəlişimin səbəbini soruşdu. Mən də söhbət etmək üçün gəldiyimi bildirdim. Bacım səs-küy saldı. Ona buranın yaşayış yerinin olduğunu bildirərək evə qalxmağı təklif etdim. Daha sonra söyüş və təhqirlər oldu. Nəticədə bu hadisə baş verdi”.

Vüqarın sözlərinə görə, hadisə baş verən zaman Sumqayıt şəhərində yaşayıb, Gəncəyə taksi ilə gəlib: “Həmin əraziyə də taksiylə gəldim. Fidan məndən “bura niyə gəlmisən” deyə soruşdu. “Gəlmişəm səninlə söhbət etməyə” dedim. Bacıma binanın qabağında söhbət etməyimizin ayıb olduğunu bildirdim, evə qalxmağı təklif etdim. O, səs-küy, qışqır-bağır saldı, polisə tərəf getdi. Ona 17 bıçaq zərbəsi vurdum. Daha sonra məni polis şöbəsinə apardılar. Fidan isə hadisə yerində qaldı. Bacıma kömək olunub-olunmasından xəbər tutmadım. Mən tanımadığım yerə gəlmişdim, bıçağı bacımı ödürmək məqsədi ilə götürməmişdim”.

Vüqar ifadəsində göstərib ki, bundan əvvəl doğma anasını qətlə yetirdiyinə görə məhkumluq həyatı yaşayıb: “Anamı da eyni səbəbdən qətlə yetirmişdim. 15 il həbsdə yatdım. Hadisədən 6 ay əvvəl həbsdən çıxmışdım. Mən belə şeyləri qəbul etmirəm. Cəza çəkərkən bacıma zənglər etmişəm və bu yoldan çəkinməsini istəmişəm. Fidan mənə müğənnilik fəaliyyəti ilə məşğul olmayacağına söz versə də, vədinə əməl etmədi. Mən bacımı öldürmək istəmirdim. Onun ölümünün səbəbkarı öz qohumlarıdı. Bacıma evimi verməyi də təklif etmişdim. Törətdiyim əməldən peşman deyiləm”.

İş üzrə zərərçəkmiş Fidanın hüquqi varisi qismində bacısı Əsmər tanınıb. Hüquqi varis həm də təqsirləndirilənin ögey bacısıdır.

Əsmərin sözlərinə görə, Vüqar dəfələrlə ona zəng edib və “sən şərait qur, mən gəlib, onların kökünü kəsim” deyib: “Ona yalvarırdım, “bizim bacımızın pis bir şeyi olsa, oxumasına özüm razı olmaram” deyirdim. Bacım sadəcə çörək pulu qazanırdı. Hadisə yerində mən olmamışam. Danışılanlardan bilmişəm ki, Vüqar Fidana 17 bıçaq zərbəsi vurub. O, bacımın müğənnilik etməsini istəmirdi. Mən də “yaxşı, müğənnilik etmirsə, onda gətir ona çörək ver” deyirdim. Vüqar Fidanın əri Zauru da hədələyirdi. “Sən evdə bir şənlik hazırla, çağır məni, gəlim, onları qırım” söyləyirdi. Vüqardan şikayətçiyəm”.

Bu cinayət işinə Gəncə Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vüqar 19 il müddətinə azadlıqdan məhrum edilib.

Cinayət Məcəlləsinin 56.2 və 56.1.4-cü maddələrinə əsasən, təqsirləndirilən şəxs cəzasının ilk 5 ilini həbsxanada, qalan hissəsini isə xüsusi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

Qeyd edək ki, bundan əvvəl Vüqar öz doğma anasını öldürüb. 2009-cu ildə Ağır Cinayətlərə Dair İşlər Üzrə Məhkəmənin hökmü ilə 15 il cəza alıb.

O, həmin dövrdə də Cinayət Məcəlləsinin 120.2.2 və 120.24-cü maddələri ilə ittiham elan edilib. O, 2008-ci ildə Bərdə rayonunda anasını döyə-döyə öldürüb. İddia olunur ki, Vüqar anasını da qısqanclıq zəminində qətlə yetirib.

DİGƏR XƏBƏRLƏR

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Kanalda batan məktəbli 3 gündür tapılmır – Video

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Füzulidə 16 yaşlı Nahid Nağızadə kanalda batıb. “Qafqazinfo”nun məlumatına görə, rayonun Kərimbəyli kəndi ərazisindən…
Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən AÇIQLAMA

Rusiyada öldürülən qardaşların cənazələrinin Bakıya gətirilməsi ilə bağlı XİN-dən…

“Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətirilməsi məsələsi ilə Azərbaycanın bu ölkədəki…
Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyada azərbaycanlıların ölümü ilə nəticələnən əməliyyatla bağlı RƏSMİ AÇIQLAMA

Rusiyanın Sverdlovsk vilayətinin İstintaq Komitəsi və Daxili İşlər Nazirliyinin Baş İdarəsi Yekaterinburq şəhərində azərbaycanlılara qarşı keçirilmiş xüsusi əməliyyatla bağlı birgə…
Şəhid anası vəfat etdi – FOTO

Şəhid anası vəfat etdi – FOTO

Aprel döyüşləri şəhidi Rüstəm Əhmədovun anası vəfat edib. Proses.az modern.az-a istinadən xəbər verir ki, şəhidin anası Saqibə xanım yaşadığı Mingəçevir…
Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim imiş – VİDEO

Avtobusda qadının ətək altından şəklini çəkən şəxs keçmiş hakim…

Adana şəhərinin Seyhan rayonunda xüsusi sərnişin avtobusunda bir qadının ətək altından foto çəkdiyi iddia edilən 75 yaşlı təqaüdçü hakim A.M.A.…
Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyada öldürülən qardaşların əmisi oğlu da qətlə yetirildi

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Səfərov Ziyəddin və Hüseyn qardaşlarının əmisi oğlu Səfərov Kamal Qədiməli oğlu…
Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada saxlanılan azərbaycanlıların həbsxanadan GÖRÜNTÜLƏRİ – VİDEO

Rusiyada həbs olunan azərbaycanlıların görüntüləri yayılıb. Görüntülər cəzaçəkmə müəssisələrinin birində lentə alınıb. Məlumata görə, həmyerlilərimiz 1 həftə əvvəl Novosibirsk bazarında…
OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

OMON-çuların öldürdüyü Səfərov qardaşlarının FOTOları

Xəbər verdiyimiz kimi Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi Rusiyanın Yekaterenburq şəhərində  Ziyəddin və Hüseyn Səfərovların evinə basqın edib.…
Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyada öldürülən azərbaycanlıların sayı artdı

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən öldürülən Ziyəddin və Hüseyn Səfərov qardaşlarının əmisi oğlu Kamal Qədiməli oğlu Səfərov…
Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyada öldürülən azərbaycanlıların qardaşı: “Meyitlərini bizə vermək istəmirlər”

Rusiyanın Yekaterinburq şəhərində OMON xüsusi təyinatlı dəstəsi tərəfindən qətlə yetirilən azərbaycanlı Səfərov qardaşlarının cənazələrinin Bakıya gətiriləcəyi tarix hələ məlum deyil.…
AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

AZAL Bakı-Təl-Əviv reyslərini bərpa edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) iyunun 28-dən etibarən Bakı–Təl-Əviv–Bakı marşrutu üzrə uçuşların yerinə yetirilməsini bərpa edir. Bu barədə Proses.az-a AZAL-dan…
Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan XİN Rusiyada azərbaycanlılara hücumlarla bağlı bəyanat yayıb

Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın Yekaterinburq şəhərində azərbaycanlılara qarşı hücumlarla bağlı bəyanat yayıb. XİN-dən Proses.az-a daxil olan sənəddə iyunun 27-də…
Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü – FOTO

Bir müddət əvvəl qızının adına dönərxana açmışdı, qəzada öldü…

Xəbər verdiyimiz kimi, iyunun 26-sı saat 14 radələrində Göyçay şəhərində “VAZ-2107” markalı avtomobillə motosiklet toqquşub və 27 yaşlı motosikletçi hadisə…
Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Azərbaycanda sabit tarif dövrü başlayır: Kim nə qədər ÖDƏYƏCƏK…

Təsəvvür edin, heç istifadə etmədiyiniz elektrik və ya qaz xidmətinə görə hər ay ödəniş edirsiniz. İlk baxışdan qeyri-məntiqli görünür, elə…
Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törətdi – VİDEO

Bakıda xanım sürücü qəribə qəza törədib. Milli.Az xəbər verir ki, dönmə hərəkətini uğursuz icra edən sürücü parklanmış maşınla çırpılıb. Parklanma…