- 21.04.2025 14:32
Musiqi müəlliməsi başçı müavini təyin edildi – FOTO

Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Proses.az banker.az-a istinadən xəbər verir ki, RİH başçısı Elxan Usubovun əmri ilə Xəyalə Töhrab qızı Töhrablı başçının müavini təyin edilib.
Bununla da başçının müavinlərinin sayı ikiyə yüksəlib, ancaq I müavini vəzifəsi hələ ki vakantdır.
Xəyalə Töhrab qızı Töhrablı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışırdı.
O, 2006-cı ildən 2024-cü ilə qədər Şəki Musiqi Texnikumunda müəllim vəzifəsində çalışıb.