• 21.04.2025 14:34

Qənirə Ataşdan MÜRACİƏT: “Ailəmin təhlükəsizliyindən narahatam”

Qənirə Ataşdan MÜRACİƏT: “Ailəmin təhlükəsizliyindən narahatam”

ABŞ-də yaşayan Azərbaycan vətəndaşı, jurnalist Qənirə Ataş İnsan haqları üzrə Monitor Qrupunun üzvlərinə müraciət edib.

Proses.az lent.az-a istinadən xəbər verir ki, o, özünün və ailəsinin təhlükəsizliyi ilə bağlı ciddi narahatlıq keçirdiyini bildirib.

“Bir müddət əvvəl Azərbaycanda tibbi təhsili və ixtisası olmayan şəxslərin vətəndaşlara qanunsuz tibbi müdaxiləsi ilə bağlı jurnalist araşdırmaları aparırdım. Bu araşdırmalar zamanı Gəncə şəhərində liposaksiya əməliyyatından sonra dünyasını dəyişən gənc xanım Gülbəniz Bayramovanın ölüm işi ilə qarşılaşdım. Topladığım sübutlara əsasən məlum oldu ki, əməliyyatı “VMR estetik klinikası”nda heç bir tibbi təhsili olmayan Gülsüm Əliyeva həyata keçirmişdir.

Araşdırmalarımı Azərbaycan hüquq-mühafizə orqanlarına və Səhiyyə Nazirliyinə təqdim etdikdən sonra, Gülsüm Əliyevanın qeyri-rəsmi nikah münasibətində olduğu Vüsal Həsənov tərəfindən davamlı təhdid və təhqirlərə məruz qaldım. Sosial mediada mərhum valideynlərimi təhqir edən, övladlarımın şəkillərini montajlayaraq böhtan xarakterli videolar hazırlayan, mənim barəmdə yalan və iftira dolu materiallar yayan paylaşımlar etmişdir. Bu hallar barədə Daxili İşlər Nazirliyinə dəfələrlə müraciət etmişəm və bəzi videoların silinməsinə nail olunmuşdur. Lakin təhdidlər davam edir”.

Jurnalist müraciətdə bildirib ki, Vüsal Həsənov Gülbəniz Bayramovanın valideynləri ilə razılıq əldə etdiyini bildirərək, həmin şəxslər vasitəsilə ona və ABŞ-da yaşayan oğluna yenidən ölüm hədələri ünvanlayıb:

“Təəssüf ki, bu cür davranışlar təkcə mənə qarşı deyil. Azərbaycanda bir çox qadınlar da eyni şəxsin şantaj və təhdidlərinə məruz qalmış, o cümlədən tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlının qızı Sara xanım da bu davranışlarla üz-üzə qalmışdır. Rus icmasından Zarina Minakovskaya bu dəqiqə təhdidlə üz-üzədir.

Bu gün isə Vüsal Həsənov sosial mediada haqqımda əxlaqsızlıq iddiaları ilə yeni videolar paylaşır və şər-böhtan kampaniyasını davam etdirir. Mən artıq özümün və Azərbaycanda yaşayan qohumlarımın həyatı üçün real təhlükə hiss edirəm. O bütün çıxışlarında özünü “dövlətin adamı” kimi təqdim edərək insanları şantaj edir”.

“Azərbaycan qadını və jurnalist olaraq sizdən xahiş edirəm ki, bu çirkli təhdidlərə qarşı hüquqi və ictimai dəstəyinizi göstərəsiniz. Təhqir və təhdid olunan qadınların bu şəxsin təzyiqlərindən azad olunması üçün atacağınız hər bir addıma görə sizə əvvəlcədən təşəkkür edirəm”. – deyə, o, müraciətində qeyd edib.

Qarşı tərəfin də açıqlaması təqdim ediləcək.

DİGƏR XƏBƏRLƏR

“Şəhərin mərkəzində 1 milyonluq evdə qalıram”

“Şəhərin mərkəzində 1 milyonluq evdə qalıram”

“Miss Azerbaijan 2019″un qalibi Səmra Hüseynovam açıqlaması ilə diqqət çəkib. Milli.Az bildirir ki, modelin sözləri birmənalı qarşılanmayıb. “Ağlı olan ev…
Şərurlu İsfəndiyar bir milyon dollarlıq məhkəmə işində UDUZDU

Şərurlu İsfəndiyar bir milyon dollarlıq məhkəmə işində UDUZDU

İş adamı Rəşid Qoşnalı oğlu Süleymanovla “Şərur” MTK arasındakı məhkəmə prosesi yekunlaşıb. Medianews.az  Modern.az-a istinadla xəbər verir ki, iddiaçı cavabdehə…
Bakıda qadın estetik əməliyyatlarına pul verməyən keçmiş sevgilisinin başını əzdi

Bakıda qadın estetik əməliyyatlarına pul verməyən keçmiş sevgilisinin başını…

Nərimanov Rayon Məhkəməsində quldurluqda təqsirləndirilən Səbinə Ağabalayevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. Oxu.Az-ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxsə…
Ümit Karan həbs olundu: Cinsi təcavüzdə günahlandırılır

Ümit Karan həbs olundu: Cinsi təcavüzdə günahlandırılır

Futbol üzrə Türkiyə millisinin və “Qalatasaray” klubunun sabiq üzvü Ümit Karan həbs olunub. Oxu.Az bu barədə “Haber Global”a istinadən məlumat…
Böyük fəlakət qarşıdadır – Ekspertən 7 ballıq zəlzələ xəbərdarlığı

Böyük fəlakət qarşıdadır – Ekspertən 7 ballıq zəlzələ xəbərdarlığı

İstanbul Texniki Universitetinin alimləri tərəfindən hazırlanan ilkin hesabat 23 aprel 2025-ci il tarixində Mərmərə dənizinin mərkəzində baş vermiş 6,2 bal gücündə…
“Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər” – AÇIQLAMA

“Bu şəxslər erkən yaşda pensiya kapitalını götürə bilər” –…

Pensiya kapitalından istifadə imkanları son dövrlər ən çox müzakirə edilən mövzulardandır. Bununla bağlı fərqli dövlətlərdə müxtəlif modellər tətbiq olunur. Bəs,…
Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə… – Həkim yayılan xəstəlikdən DANIŞDI

Boğaz ağrısı ilə başlayır, qripə keçir, sonra isə… –…

Yəqin ki, bu günlərdə hər kəsin ətrafında yüksək hərarət, öskürək, boğaz ağrısı, ürəkbulanma kimi əlamətlərlə xəstələnən biri var. Xüsusilə günlərlə…
Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Sel təhlükəsi ilə bağlı əhaliyə XƏBƏRDARLIQ – FOTO

Azərbaycanda yağan güclü yağışlar nəticəsində transsərhəd və ölkənin əksər yerli çaylarında sululuq səviyyəsi artıb. Proses.az xəbər verir ki, bu barədə…
Konsertində eks-gəlininin verdiyi hədiyyəni bəyənmədi – FOTO

Konsertində eks-gəlininin verdiyi hədiyyəni bəyənmədi – FOTO

Əməkdar artist Mətanət İsgəndərli 27 il sonra “Gəl qayıdaq o illərə” adlı solo konserti ilə tamaşaçı qarşısına çıxıb. Proses.az Axşam.az-a istinadən…
Məşhur aparıcı və həyat yoldaşı ABŞ-ni tərk etdi

Məşhur aparıcı və həyat yoldaşı ABŞ-ni tərk etdi

Məşhur amerikalı televiziya aparıcısı Ellen DeGeneres və onun həyat yoldaşı, keçmiş aktrisa Portia de Rossi ABŞ-ı tərk edərək İngiltərəyə köçüblər.…
“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana

“Helikopterə minməyin…” – Rəisinin anasından Pezeşkiana

İran Prezidenti Məsud Pezeşkian Məşhədə səfəri zamanı sələfi, mərhum İbrahim Rəisinin anasını ziyarət edib. “Qafqazinfo” xəbər verir ki, bu barədə İran…
77 yaşlı anası çəkiliş vaxtı YIXILDI – VİDEO

77 yaşlı anası çəkiliş vaxtı YIXILDI – VİDEO

“Gün ortası” verilişinin çəkilişləri zamanı həyəcanlı anlar yaşanıb. Milli.Az xəbər verir ki, meyxanaçı-müğənni Samirə Yusifqızının evində veriliş çəkilərkən anası yıxılıb. 77 yaşlı…
Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu – VİDEO

Hindistan ordusu bu postda ağ bayraq qaldıraraq təslim oldu…

Pakistan Ordusunun Kəşmirdə nəzarət xətti boyunca həyata keçirdiyi dəqiq və sarsıdıcı zərbələr nəticəsində Hindistan Ordusu geri çəkilməyə məcbur olub və…
“Vasmoy” bazarında qəribə fırıldaq – Pomidorun qırmızı görünməsi üçün görün nə edirlər – VİDEO

“Vasmoy” bazarında qəribə fırıldaq – Pomidorun qırmızı görünməsi üçün…

Vasmoy bazarında pomidorların qırmızı görünməsi üçün hiylə işlədilir. Milli.Az xəbər verir ki, bu barədə alıcılar iddia edir. Vətəndaşların sözlərinə əsasən,…
Ziya Əliyev müşavir vəzifəsindən azad edildi – FOTO

Ziya Əliyev müşavir vəzifəsindən azad edildi – FOTO

Azərbaycan Mərkəzi Bankının (AMB) sədrinin müşaviri Ziya Əliyev vəzifəsindən azad edilib. Milli.Az xəbər verir ki, o bu vəzifəyə bu ilin…