• 21.04.2025 18:43

Tərtərdə bir ailənin 4 üzvünün ölümünə quş yuvası səbəb olub – TƏFƏRRÜAT-YENİLƏNDİ

Tərtərdə bir ailənin 4 üzvünün ölümünə quş yuvası səbəb olub – TƏFƏRRÜAT-YENİLƏNDİ

Tərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq ölməsi ilə bağlı yeni təfərrüatlar məlum olub. Belə ki, hadisə Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsindəki həyət evində baş verib.

Bu barədə Teleqraf-a ailənin yaxınları məlumat veriblər.

Qeyd olunub ki, ailə qəsəbədə iki il imiş ki, keçmiş məcburi köçkün kimi müvəqqəti məskunlaşıbmış. Verilən məlumata görə, hadisədən əvvəlcə qonşular xəbər tutublar. Saat 10 -11 radələri olsa da, evdən heç kimin çıxmadığını görən qonşular mənzilə daxil olub və ailənin 4 üzvünün vəfat etdiyini aşkar ediblər.

Bildirilib ki, meyitlər tibbi ekspertiza üçün prokurorluğa göndərilib. Onlar yaxınlarının dəfn olunduğu Bəyəmsarov kənd qəbirstanlığında torpağa tapşırılacaqlar. Ehtimal edilir ki, ailənin ölümünə səbəb qaz sobası olub. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları, polis işçiləri və əməliyyatçılar gəliblər, araşdırma aparılır.

Sarov kəndinin icra nümayəndəsi Surxay Hüseynov hadisənin təfərrüatları ilə bağlı Teleqraf-a açıqlama verərərk deyib ki, hadisədən ilk olaraq qonşular xəbər tutublar və qapını xeyli döydükdə cavab ala bilməyiblər.

“Qonşular pəncərədən baxaraq görüblər ki, ailənin bütün üzvləri yorğan-döşəkdədir. Adi dəmirdən düzəldilən qapını qıraraq evə daxil olublar. Onlar iki il idi ki, qəsəbədə yaşayırdılar. Sarov kəndinə Bəyimsarovdan, yəni qonşu kənddən gəlmişdilər. İlkin ehtimala görə, hadisəyə səbəb qaz sobasının borusunda quşun yuva qurması olub. Havalar isti olduğu üçün sobadan istifadə edilməyib. Bu yaxınlarda yağışlı havalarda yenidən istifadə etməyə başlayıblar. Soba istifadə edilmədiyi müddətdə quş onun borusunda yuva qurub və samanla sobanın borusunu doldurub. Hadisədən sonra soba söküləndə saman çöpləri aşkar edilib və sobanın yanar vəziyyətdə olduğu müəyyən olunub”.

Kənd icra nümayəndəsi ailə başçısının fərdi işlərlə məşğul olduğunu vurğulayıb:

“Ailənin başçısı təsərrüfatla məşğul olurudu. Əkin əkər, kartof sahələri salar, lazım olanda ağac da əkərdi. Bir sözlə, zəhmət adamı idi. Dəfn mərasimi Bəyimsarov kəndində olacaq”.

***

12:46

TƏRTƏR, 21 aprel. TELEQRAF

Tərtərdə bir ailənin 4 üzvünün dəm qazından boğularaq öldüyünün bəzi təfərrüatları məlum olub.

Teleqraf-ın bölgə müxbiri xəbər verir ki, ilkin məlumatlara görə, ailə evdə İran istehsalı olan qızıdırıcı sobadan istifadə edib.

Ehtimal olunur ki, hadisəyə səbəb həmin məişət cihazından qaz sızması olub.

Ailə üzvlərinin ölümünü əvvəlcə qonşular biliblər. Onlar evə pəncərəni sındıraraq daxil olublar, sonra isə 4 nəfərin meyiti aşkar edilib.

Faktla bağlı araşdırma başlanılıb.

***

12:12

BAKI, 21 aprel. TELEQRAF

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

Teleqraf xəbər verir ki, hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonunun Babaşlar kəndindən olan bir ailənin 4 üzvü – 1995-ci il təvəllüdlü Tağızadə Ülfət Mayıs oğlu, həyat yoldaşı 1998-ci il təvəllüdlü Tağızadə Əfsanə Fəqan qızı, övladları 2018-ci il təvəllüdlü Tağızadə Ümid Ülfət oğlu və 2020-ci il təvəllüdlü Tağızadə Sürəyya Ülfət qızı yaşadıqları evdə dəm qazından boğularaq ölüblər.

Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerinə baxış keçirirlər.

Qeyd edək ki, hadisə barədə ilk xəbəri Qafqazinfo yayıb.

DİGƏR XƏBƏRLƏR

Nazir “Səhiyyə əlaçısı” medallarını kimə verib?- Əsasnamə pozulub

Nazir “Səhiyyə əlaçısı” medallarını kimə verib?- Əsasnamə pozulub

Səhiyyə Nazirliyində “Səhiyyə əlaçısı” döş nişanının verilməsi ilə bağlı qalmaqal yaşanıb. Proses.az xəbər verir ki, bir qrup səhiyyə işçisi bu…
Xəstəxanaya yerləşdirilən Əli Mirəliyev SON DURUMUNU AÇIQLADI

Xəstəxanaya yerləşdirilən Əli Mirəliyev SON DURUMUNU AÇIQLADI

“Özümü yaxşı hiss edirəm. Hələ ki, xəstəxanadayam. Gələn həftənin 1-ci günü buradan çıxacağam”. Proses.az xəbər verir ki, bunu musavat.com-a açıqlamasında…
Prezidentin təyin etdiyi yeni sədr kimdir? – DOSYE

Prezidentin təyin etdiyi yeni sədr kimdir? – DOSYE

Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin sədri vəzifəsinə İlham Mirzəliyev təyin edilib. Yeni sədrin dosyesini təqdim edir:…
Bakıda “Porche” ilə “avtoşluq” edən sərxoş qadın sürücü həbs olundu – VİDEO

Bakıda “Porche” ilə “avtoşluq” edən sərxoş qadın sürücü həbs…

Bakıda “Porche” ilə sərxoş vəziyyətdə avtoxuliqanlıq edən qadın sürücü həbs olunub. Bakının Nəsimi rayonunda sərxoş vəziyyətdə “Porche” markalı nəqliyyat vasitəsi…
Özünü maşınların altına atan şəxs tutuldu – VİDEO/FOTO

Özünü maşınların altına atan şəxs tutuldu – VİDEO/FOTO

“20 Yanvar” dairəsində özünü maşınların altına ataraq təhlükə yaradan şəxslə bağlı ötən gün görüntülər yaymışdıq.  Proses.az DİN-in Mətbuat xidmətinə istinadən xəbər verir…
Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Bu ərazilərdə qaz olmayacaq – XƏBƏRDARLIQ

Nizami və Sabunçu rayonlarının bəzi küçələrin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. Proses.az xəbər verir ki, bu barədə “Azəriqaz” İB məlumat…
Prezident fərman imzaladı: Bu şəxslərin maaşı 2425 manat oldu

Prezident fərman imzaladı: Bu şəxslərin maaşı 2425 manat oldu

Azərbaycanda dövlət qulluqçularının aylıq vəzifə maaşları artırılıb. Proses.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev “Dövlət qulluqçularının aylıq vəzifə…
Kamran Əliyev baş prokuror təyin edildi

Kamran Əliyev baş prokuror təyin edildi

Kamran Bayram oğlu Əliyev Azərbaycanın baş prokuroru vəzifəsinə təyin edilib. Proses.az xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı Sərəncam…
Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ

Bakının ayrı-ayrı küçələri üzrə mənzillərin QİYMƏTLƏRİ

“Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti” İctimai Birliyi Bakının 12 rayonundan 11-də müxtəlif küçə və prospektlərdə mənzillərin qiymətləri ilə bağlı araşdırma aparıb. Proses.az xəbər verir ki, bu…
Türkiyənin bu bölgəsində karantin elan olundu – Giriş-çıxış bağlandı

Türkiyənin bu bölgəsində karantin elan olundu – Giriş-çıxış bağlandı

Balıkəsirin Gönen mahalına bağlı Ulukır məhəlləsində iribuynuzlu heyvanlarda daban (dabaq) xəstəliyi aşkar edilib. Xəstəliyin yayılmasının qarşısını almaq məqsədilə 15 məhəllə…
Dövlət əleyhinə çağırışlarda ittiham edilənlərin məhkəməsi başladı

Dövlət əleyhinə çağırışlarda ittiham edilənlərin məhkəməsi başladı

Dövlət əleyhinə çağırışlar etmə ittihamı ilə həbs edilən cəbhəçilər – Gündüz Mirzəyev və Zaur Əsgərovun məhkəməsi başlayıb. “Qafqazinfo”nun məlumatına görə,…
Poçt direktoru nazir müavini təyin olundu – Foto

Poçt direktoru nazir müavini təyin olundu – Foto

Naxçıvanın rəqəmsal inkişaf və nəqliyyat nazirinə müavin təyin edilib. Proses.az “Nuhçıxan”a istinadən xəbər verir ki, Naxçıvan Ali Məclisi Sədrinin Sərəncamına…
Ədalət Abbasov işdən çıxarıldı

Ədalət Abbasov işdən çıxarıldı

Azərbaycan Prezidentinin Mətbuat katibi xidmətinin çəkiliş sektorunun müdiri Ədalət Abbasov vəzifəsindən azad olunub. Proses.az xəbər verir ki, bununla bağlı Teleqraf…
“Onlar polis idarəsində məndən üzr istəyiblər, bağışlamışam”

“Onlar polis idarəsində məndən üzr istəyiblər, bağışlamışam”

“ATV kanalı ilə məhkəməmiz davam edir. Bundan sonra belə edəcəyəm. Mənim sənətimi təhqir edən hamını məhkəməyə verəcəyəm, qanun qarşısında cavab…
“Xatirələr” kafesində 25 illik konyakı içib dava saldı – Həbs olundu

“Xatirələr” kafesində 25 illik konyakı içib dava saldı –…

Bakıda kafedə dava-dalaş salan şəxs həbs edilib. “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə aprelin 28-i gecə saatlarında Binəqədi rayonu Məsud…