- 22.04.2025 13:02
Həbsdə olan ərinin bibilərini bıçaqladı – Məleykə həbs edildi

Bakıda 33 yaşlı qadın ərinin iki bibisini bıçaqlayıb. Buna səbəb qadının başqa bir şəxslə münasibət qurmaq istəməsi olub.
Musavat.com xəbər verir ki, Məleykə Bakırova həbsdə olan ərinin bibiləri Xalidə və Dürdanəyə bıçaq xəsarətləri yetirib.
Bua səbəb Məleykənin başqa bir şəxslə münasibət qurmaq istəməsi olub. Bundan xəbər tutan Xalidə və Dürdanə Məleykənin evinə gəlib. Onlar Məleykənin bu hərəkətinin həbsdə olan ərinə xəyanət olduğunu deyiblər. Məleykə isə bundan qayınatasının xəbərinin olduğunu deyib.
Xalidə və Dürdanə əvvəlcə Məlyekəni döyüblər, saçından tutaraq evdə sürüyüblər. Məleykə də özünü qorumaq üçün bıçaqla hər iki şəxsə xəsarət yetirib.
Məhkəmədə Xalidə və Dürdanə zərərçəkmiş kimi dindirilən zaman Məleykəni bağışladıqlarını deyiblər.
Məlyekə bu hadisəni özünü müdafiə etmək məqsədi ilə törətdiyini deyib və əməlindən peşman olduğunu söyləyib. Bildirib ki, himayəsində bir azyaşlı övladı var.
Qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Məlyekə 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.